Icma.az
close
up
RU
Azərbaycan Macarıstan münasibətləri möhkəm tarixi köklərə, sarsılmaz dostluğa əsaslanır Ramid Namazov

Azərbaycan Macarıstan münasibətləri möhkəm tarixi köklərə, sarsılmaz dostluğa əsaslanır Ramid Namazov

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində hər zaman prioritet istiqamətlərindən biri olub. Ələlxüsus da, iki dövlət və xalq arasında bir çox oxşarlıqlar, möhkəm tarixi köklər sarsılmaz tərəfdaşlığın daim inkişafını təmin edib.

Dövlət müstəqilliyini bərpa edən Azərbaycanın Macarıstanla strateji tərəfdaşlıq kursuna xüsusi önəm verməsi münasibətlərin siyasi keyfiyyətini davamlı olaraq daha da yaxşılaşdırıb. İki dövlət arasında strateji tərəfdaşlıq münasibətləri, habelə siyasi, iqtisadi, humanitar sahələri əhatə edən mühüm sənədlərin imzalanması əməkdaşlığın çoxşaxəli inkişafında yeni mərhələ açıb.

Azərbaycan və Macarıstandan ali səviyyəli qarşılıqlı səfərlər isə güclü siyasi dialoq və dostluq ruhunu daha da gücləndirərək yüksək zirvəyə çatdırıb. Azərbaycanın dövlət başçısının xatırlatdığı kimi Macarıstana tez-tez səfər edir, eyni zamanda, Baş nazir Viktor Orban Azərbaycana müntəzəm olaraq gəlir və bütün bunlar iki dövlət arasında olan təmasların mütəmadi xarakter daşıdığını və əlaqələrin uğurla inkişaf etdiyini təsdiqləyir.

Prezident İlham Əliyevin mayın 20-də Macarıstana işgüzar səfəri isə dövlətlərarası strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişafının növbəti nümunəsi olmaqla, yeni siyasi fraqmentasiyalar fonunda hər iki tərəf üçün yeni geostrateji üstünlüklər qazandırır.

Azərbaycan Prezidentinin Baş nazir Viktor Orban ilə görüşü zamanı səsləndirdikləri fikirlər bir daha ölkələrimiz arasında münasibətlərin müasir dinamizmini və inkişaf vizyonunu əks etdirməklə, Şərqi-Avropa ölkələri üçün nümunəvi model olduğunu əks etdirdi.

“Biz dost ölkələrik, strateji tərəfdaşıq” deyə bəyan edən Prezident İlham Əliyev bir çox məsələlərdə mövqelərimizin üst-üstə düşdüyünü, dəyişən dünyada gedən proseslərə rəğmən, münasibətlərin daha da möhkəmləndiyini vurğulamaqla Bakı-Budapeşt münasibətlərinin tarixi ənənəyə, sarsılamz dostluğa söykəndiyini xatırlatdı.

Viktor Orbanın mətbuata bəyanatında vurğuladığı kimi Azərbaycan Macarıstanın sadiq və etibarlı dostudur və öz sarsılmaz qardaşlığı ilə macar xalqının hörmətini qazanıb. Dar gündə dost köməyini əsirgəməyən Azərbaycan 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən çətinliyin dəf edilməsində öz mənəvi borcunu nümayiş etdirib. Azərbaycan lideri istər siyasi məsələlərdə, enerji təhlükəsizliyi və ya digər sahələrdə daim Macarıstanın yanında olub.

Macarıstan beynəlxalq təşkilatlarda, Avropa institutlarında da Azərbaycanın mövqeyini hər zaman dəstəkləyir. Enerji sahəsində uğurlu təmaslar mövcuddur, Azərbaycan enerji diplomatiyasında Macarıstana da yer verib, macar şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında təmsil olunur.

Eyni zamanda, Azərbaycan Macarıstanın və Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. “Şahdəniz” qazı TAP kəməri və nəqledici interkonnektorlar vasitəsilə Bolqarıstan və Rumıniyadan Macarıstana və digər Avropa ölkələrinə çatdırılır ki, bu da Macarıstanın Pan-Avropa klubunda strateji əhəmiyyətini gücləndirir.

Macarıstan müasir enerji təlatümlərinin yaşandığı çətin şəraitdə Azərbaycanın artan qaz resursları hesabına öz enerji təhlükəsizliyinin sütunlarını daha da möhkəmləndirməyə çalışır, rəsmi Bakının humanist və ədalətli enerji diplomatiyasının yaratdığı sərfəli enerji tarifləri sayəsində rəqabətqabiliyyətli iqtisadiyyat qurmağı hədəfləyir.

Prezident Orbanın vurğuladığı kimi ölkəsinin iqtisadiyyatının dayanıqlılığının təmin olunmasında Azərbaycanın sadiq tərəfdaşlığına əminlik böyükdür – “Bu dostluq sayəsində biz özümüzü daha az mürəkkəb vəziyyətdə, həssas vəziyyətdə hiss edirik”.

Azərbaycan və Macarıstan həm də geniş qeyri-enerji iqtisadi potensiallarına malik dövlətlərdir. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində nümunəvi fəaliyyətlər mövcuddur, qarşılıqlı investisiya qoyuluşları hər il artır. Hər iki dövlət regional qeyri-neft layihələrində də əməkdaşlığa fokuslanan iradə nümayiş etdirir. Yeni iqtisadi dövrün yeni imkanlarına uyğun iqtisadi-ticari təmasları artırmağı, daha fəal iqtisadi xəritələr hazırlamağa çalışır.

Prezident İlham Əliyevin mesajından da aydın olur ki, kifayət qədər geniş olan ikitərəfli gündəliyin yeni səhifələrini yazmaq zəruridir. Səfər çərçivəsində geniş müzakirələr zamanı da bu məsələlər diqqət mərkəzində olub. Energetika sahəsində uğurlu əməkdaşlığı inkişaf etdirmək üçün gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq və Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq.  

Macarıstanla “yaşıl enerji” platformasında da fəal iş aparılır və böyükmiqyaslı gündəlikdə macar şirkətləri üçün geniş yer nəzərdə tutulub.

Macarıstan həm də Türk Dövlətləri Təşkilatı (TDT) ailəsinin müşahidəçi üzvü kimi regional trans-nəqliyyat və logistika qovşaqlarında yer alır, Azərbaycanın xüsusi təşəbbüskarlığı sayəsində nəhəng haba çevrilən Orta Dəhlizə inteqrasiyaya qoşulmaqdadır. Azərbaycan kimi açıq dənizlərə çıxışı olmayan Macarıstan, buna baxmayaraq öz logistika qovşaqlarını digər coğrafiyalarla əlaqələndirməklə, yeni  çağırışlar mühitində  rəqabətli və perspektiv nəqliyyat bloklarına - Türk dövlətlərinin vahid logistika sinerjisinə  daxil olur, özünün rifahına möhkəm zəmin qurur.

Macarıstanın TDT-yə yaxın inteqrasiya etməsinin və təşkilatın iqtisadi blokunda fəal yer alması da səbəbsiz deyil, mürəkkəb vəziyyətlə üzləşmiş Avropa iqtisadiyyatının gələcək taleyini hələ də proqnozlaşdırmaq çətindir, təməl prinsipləri pozulmuş iqtisadiyyatın gəmisi kompas olmadan hərəkət edir. Baş verən mürəkkəb situasiyalar fonunda nikbin iqtisadi perspektivlərlə öz gələcək yol xəritəsini müəyyən edən və vahid enerji-nəqliyyat-investisiya zəncirində irəliləyən Türk dövlətlərinin ümidverici iqtisadi güc amili Budapeşt üçün daha cəlbedici və təminatvericidir. Məhz bu baxımdan Macarıstan TDT alyansına qoşulmaqla gələcəyin möhkəm inkişaf arxitekturasını da formalaşdırır.

İlk dəfə olaraq Türk Dövlətləri Təşkilatının ikinci qeyri-rəsmi Zirvə görüşünün Macarıstanda keçirilməsi isə bu ölkənin Türk ailəsinin bir parçası, ayrılmaz tərəfdaşı olmasını göstərir. Bu təşkilata tamhüquqlu üzv olmasa da, Macarıstan Türk dövlətləri üçün eyni strateji dost və qardaş ölkədir, bütün məsələlərdə onlarla həmrəydir.

Macarıstanın bu ailədə öz layiqli yerini tutmasında, daha aktiv iştirakçıya çevrilməsində Azərbaycanın liderliyi isə diqqətdən qaça bilməz. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinin təşəbbüskarı olan Azərbaycan ilk Zirvə toplantısını ötən il Şuşa şəhərində təşkil etməklə xoş ənənənin əsasını qoyub və bu mütərəqqi modeli Şərqi-Avropa regionuna gətirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Şuşa Zirvəsindən sonra estafetin Macarıstana verilməsi alqışlanmalıdır. Bu, bir daha onu göstərir ki, Macarıstan öz milli ənənələrinə, tarixi köklərinə bağlı olan dövlət kimi Türk dünyasının, Azərbaycanın daimi sadiq tərəfdaşıdır, Şuşadan sonra mötəbər toplantının ona həvalə edilməsi də təsadüfi deyil.

Ramid Namazov,

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 May 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see169

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see149

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see148

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see139

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see137

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see136

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see133

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see133

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see133

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see133

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see132

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see131

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see131

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see129

Ən faydalı turşu

04 Oktyabr 2025 10:00see127

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see126

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see124

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see121

Cabir İmanovun dəfnində ŞOK görüntü FOTO

04 Oktyabr 2025 01:20see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri