Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Azərbaycan Vyetnam münasibətlərinin yeni mərhələsi: Geosiyasi yaxınlaşmadan praktik əməkdaşlığa

Azərbaycan Vyetnam münasibətlərinin yeni mərhələsi: Geosiyasi yaxınlaşmadan praktik əməkdaşlığa

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci il 7 may tarixində Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri ilə ölkələrimiz arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Dövlət səfəri çərçivəsində dövlət başçıları mətbuata bəyanatla çıxış etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu səfəri tarixi hadisə kimi qiymətləndirərək, onun nəticələrinin uzunmüddətli əməkdaşlıq üçün ciddi zəmin yaradacağına inamını ifadə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması isə bu münasibətlərin gələcək inkişafına dair mühüm siyasi iradənin göstəricisi, bu yolda atılan əhəmiyyətli addım oldu.

Prezident İlham Əliyevin bəyanatında ön plana çıxan əsas məqam Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərdir. Bu sənəd yalnız iki dövlət arasında diplomatik münasibətlərin yeni formatını müəyyən etməklə kifayətlənmir, eyni zamanda, gələcəkdə iqtisadi, siyasi və humanitar sahələrdə konkret layihələrin həyata keçirilməsinə əsas yaradır. Dövlət başçısının İlham Əliyevin sözləri ilə desək, imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat ikitərəfli əlaqələrin inkişafında “yeni mərhələnin başlanğıcı”dır.

Səfər çərçivəsində müzakirə olunan məsələlər geniş spektri əhatə edərək, ticarət, iqtisadiyyat, energetika, mədəniyyət, təhsil və nəqliyyat kimi mühüm sahələrdə əməkdaşlıq imkanlarını nəzərdə tutur. Ən önəmli məqamlardan biri kimi isə neft və enerji sektorundakı əməkdaşlıq imkanlarına diqqət yetirildi. İlham Əliyev Azərbaycanın bu sahədə təkcə ixracatçı deyil, həm də investor rolunu oynamağa hazır olduğunu vurğuladı. Vyetnam şirkətlərinin Azərbaycana sərmayə qoyuluşuna dəvət olunması və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Vyetnam bazarına çıxış imkanlarının dəyərləndirilməsi gələcək əməkdaşlığın praktiki istiqamətlərini müəyyən edəcəkdir.

Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz 6500 meqavat gücündə yaşıl enerji layihələrinin reallaşdırılmasını planlaşdırır və bu sahədə Vyetnam şirkətlərini investisiya qoymağa dəvət edir. Cənab Prezident öz növbəsində Azərbaycanın da Vyetnamda yaşıl enerji layihələrinə sərmayə qoymağa hazır olduğunu bildirdi. Bu isə ölkələrimiz arasında qarşılıqlı maraqların təkcə karbohidrogen sektorunda deyil, həm də ekoloji dayanıqlılıq aspektində inkişaf etdirilə biləcəyini göstərir.

Prezident İlham Əliyev müdafiə sənayesi sahəsində əməkdaşlığın da gündəmdə olduğunu bildirdi. Hər iki ölkənin bu sahədə müəyyən təcrübəyə malik olması və birgə müəssisələrin yaradılması imkanları gələcəkdə hərbi-texniki əməkdaşlığın inkişafına zəmin yaradır.

İki ölkə arasındakı əməkdaşlıq təkcə ikitərəfli səviyyədə deyil, beynəlxalq təşkilatlar çərçivəsində də uğurla davam edir. Vyetnamın Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı mövqeyini dəstəkləməsi və ölkələrimizin Qoşulmama Hərəkatındakı birgə fəaliyyəti bu həmrəyliyin təzahürüdür. İlham Əliyev dövlətimiz üçün beynəlxalq hüququn aliliyi və ölkələrin suverenliyinin qorunması prinsipinin əsas olduğunu bildirərək, mübahisələrin sülh yolu ilə həllinin vacibliyini vurğuladı.

Prezident İlham Əliyevin çıxışında vurğuladığı digər mühüm məsələ nəqliyyat dəhlizlərinin yaratdığı imkanlarla bağlıdır. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri vasitəsilə Azərbaycan və Vyetnam arasında coğrafi məsafələrin iqtisadi əməkdaşlıqla kompensasiya edilə biləcəyi düşüncəsi ortaya qoyuldu. Bu baxımdan nəqliyyat-logistika infrastrukturu iki ölkəni birləşdirən strateji platformaya çevrilə bilər.

Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri hərtərəfli və məhsuldar müzakirələrlə yadda qaldı. Bu səfər yalnız diplomatik münasibətlərin inkişafı deyil, həm də iqtisadi və siyasi əməkdaşlıqda real addımların atılması ilə xarakterizə olundu. Prezident İlham Əliyevin bəyanatında əksini tapan istiqamətlər, tərəflərin regional və qlobal kontekstdə oxşar geosiyasi baxışlara sahib olduğunu, həm də bu baxışların konkret əməkdaşlıq formatlarına çevrilməsi üçün iradə nümayiş etdirdiyini göstərdi. Bu səfər Azərbaycanın Asiya istiqamətində fəal diplomatik manevr imkanlarının genişlənməsinin növbəti nümunəsi kimi dəyərləndirilə bilər.

Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 May 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see261

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see246

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see212

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see212

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see198

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see194

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see174

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see167

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see164

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see160

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see156

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see150

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see139

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see138

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see136

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see135

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri