Icma.az
close
up
RU
Zərurətdən doğan addım, yoxsa...

Zərurətdən doğan addım, yoxsa...

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın miqrasiya qanunvericiliyindəki dəyişikliklərdə məqsəd nədir?

2025-ci il iyunun 30-dan etibarən Rusiyaya səfər etmək istəyən xarici ölkə vətəndaşları, o cümlədən vizasız gediş-gəliş rejimi tətbiq olunan ölkələrin, həmçinin Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrin bütün vətəndaşlarından 72 saat əvvəl, fövqəladə hallarda isə 4 saatdan gec olmayaraq, məlumat vermələri tələb olunacaq. İnternet tətbiqi vasitəsilə ərizə təqdim edildikdən sonra və Rusiya Federasiyasına daxil olmazdan əvvəl müvafiq orqanlar vətəndaşın məlumatlarını yoxlayacaq. Əgər vətəndaşın ölkəyə girişinə icazə verilərsə, o, sərhədçiyə təqdim etməli olduğu müvafiq kodu alacaq.

Bu kod olmadan xarici ölkə vətəndaşı Rusiyaya buraxılmayacaq. Qeyd edək ki, bu ilin əvvəlindən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib. Bu qaydalara əsasən, yanvarın 1-dən etibarən Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gün müəyyən edilib. Həmin müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər. Eyni zamanda, yeni qaydalarda digər məsələlər də yer alıb.

Həmçinin Rusiya Federasiyasının mövcud qanunvericiliyinin tələblərinə əsasən, bu ölkəyə daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur.

* * *

Cari il fevralın 5-dən isə Rusiyada miqrasiya siyasətinin təkmilləşdirilməsinə yönəlmiş daha iki yeni qanun qüvvəyə minib. Həmin tarixdən etibarən qeyri-qanuni miqrantların deportasiyasının sadələşdirilmiş proseduru həyata keçirilir. Yəni polis əməkdaşları ölkədə qanunsuz yollarla məskunlaşan xarici vətəndaşları məhkəmə qərarı olmadan deportasiya edə biləcəklər. Eyni zamanda, miqrasiya qaydalarının pozulmasına görə inzibati məsuliyyət də nəzərdə tutulur. Rusiyaya giriş və çıxış qaydalarının pozulmasına, habelə nəzarət edilən şəxslərin reyestrinə daxil edilmiş miqrantlara xidmət göstərməyə görə məsuliyyət müəyyən edilir. Rusiyada yaşamaq üçün qanuni əsası olmayan və nəzarət edilən şəxslərin reyestrinə daxil edilmiş əcnəbilər olduqları yer barədə polisə məlumat verməlidirlər. Onlar mənzil və ya avtomobil ala, kredit götürə, ölkə daxilində sərbəst hərəkət edə bilməyəcəklər. Ümumiyyətlə, miqrasiya qanunvericiliyində tətbiq olunan son dəyişikliklərdə məqsəd nədir? Dəyişikliklər Rusiyaya səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün hansı çətinlikləri yarada bilər?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov mövzu ilə bağlı XQ-yə bildirdi ki, Rusiyanın miqrasiya qanunvericiliyində bundan öncə də məhdudlaşdırıcı və çətinləşdirici istiqamətdə dəyişikliklər olub: “Yəni, qanunun daha da sərtləşdirilməsi, tələblərin gücləndirilməsi həyata keçirilib. Düşünürəm ki, Rusiya dövləti tərəfindən miqrasiya qanunvericiliyinə nəzərdə tutulan yeni dəyişikliyə görə, əslində, çox böyük ərazisi olan və gediş-gəlişin intensiv olduğu Rusiyaya daxil olan hər bir şəxsə nəzarət etmək, onun şəxsiyyətini müəyyənləşdirməkdən savayı, həm də onun Rusiyaya, bu dövlətin atdığı bütün addımlara qarşı münasibəti (Rusiya – Ukrayna müharibəsi və digər məsələlər barəsində) də əsas götürüləcək”. X.Bəşirov onu da əlavə edib ki, miqrasiya sahəsində dünyada mövcud olan bəzi qaydalar var: “Vizalı gedişlərin müəyyən edilməsi, təbii ki, artıq bu təcrübə mövcuddur. Məsələn, Avropa İttifaqına üzv dövlətlərə Şengen vizası vasitəsilə daxil olmaq mümkündür. Bunun üçün müəyyəm müddət, eyni zamanda, bu müddət ərzində həmin şəxsin şəxsiyyəti, onun səfərinin məqsədləri və digər məqamlar müəyyənləşdirilir. Hesab edirəm ki, Rusiya tərəfi də buna doğru addımlar atır. Bu, dünyada ənənə halını alıb.

Amerika Birləşmiş Ştatlarında da miqrasiya qaydalarına ciddi dəyişikliklər edilir. Hətta konkret mövzular üzrə insanlardan münasibət soruşulur. Məsələn, Qəzzada baş verənlərlə bağlı fələstinlilərə münasibət, İsrail dövlətinə münasibət və sair. Artıq miqrasiya məsələsində əsas prinsplərdən biri kimi ABŞ Dövlət katibi Marko Rubionun göstərişinə əsasən, bu ölkəyə təhsil, ticarət, turist və hansı məqsədlərlə gəlməsindən asılı olmayaraq, Yaxın Şərqdə baş verən proseslərə mövqeyinə nəzər yetirilməsi məsələsi tapşırılıb. Bu, əslində, faktiki olaraq insan hüquq və azadlıqlarına, demokratik dəyərlərə zidd olan bir addımdır.

Qeyd etdiyim kimi bu təcrübə var və Şengen vizası ilə bağlı ayrı-seçkilik uzun müddətdir tətbiq edilir. Hər bir insan istədiyi vaxt Avropa məkanına, Aİ ölkələrinə səfər edə bilməz. Digər dövlətlər – ABŞ bir tərəfdən, Rusiya digər tərəfdən, gələcəkdə isə başqa ölkələr bu ənənədən yararlanaraq öz qanunvericiliklərinə dəyişikliklər edə bilərlər. Hesab edirəm ki, burada əsas məqsəd Rusiyaya qarşı olan insanlara, ümumiyyətlə, məhdudiyyət tətbiq edilməsidir”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri onu da vurğuladı ki, dəyişikliklər vizasız gediş-gəliş tətbiq olunan ölkələrə, o cümlədən Azərbaycan vətəndaşlarına da şamil olunacaq: “Bu məsələdə bir sıra texniki çətinliklər yaşana bilər. Məsələn, səfərdən 72 saat əvvəl məlumat verməli olacaqlar. Yaxud fövqəladə hallarda 4 saat ərzində. Təminat yoxdur ki, aidiyyəti qurumlar müraciətə operativ cavab verəcəklər. Cavab verilsə belə, bu müddətdən sonra şəxsin Rusiyaya getmək imkanı olacaqmı? Yəni təyyarəyə biletin alınması, digər məsələlərə də zaman lazımdır. Hər halda bu addım insanların çətinlik yaşamasına gətirib çıxaracaq”.

Sonda qeyd edək ki, Rusiyada miqrasiya qanununun sərtləşdirilməsinin əsas səbəbi daxildəki problemlərin baiskarını axtarmaqdır. Bir milyondan çox azərbaycanlının da yaşayıb işlədiyi Rusiyada baş verən bu dəyişikliklər ölkəmizdə də diqqətlə izlənilir.

Azər MUSTAFAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri