Icma.az
close
up
RU
Azərbaycan xalqı bu gün öz tarixi iradəsinin, qəhrəmanlıq və həmrəyliyinin bəhrəsini görür

Azərbaycan xalqı bu gün öz tarixi iradəsinin, qəhrəmanlıq və həmrəyliyinin bəhrəsini görür

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatına start verildi. Qısa müddətdə Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan bütün vəzifələri yerinə yetirdi. Cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. On minlərlə silahlı qüvvə tərksilah edildi, yüzlərlə texnika məhv edildi və ya ələ keçirildi. Ən əsası isə – Prezident İlham Əliyevin dəmir iradəsi sayəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa olundu. Əməliyyatın ən mühüm məqamlarından biri də dövlətimizin humanist mövqeyi idi. Ali Baş Komandanın göstərişi ilə mülki əhalinin təhlükəsizliyi tam təmin edildi. Qarabağda yaşayan erməni sakinlərinə əvvəlcədən xəbərdarlıqlar edildi, qadınların, uşaqların, qocaların və xəstələrin qorunması xüsusi diqqət mərkəzində saxlanıldı. Bu, həm də cənab Prezident İlham Əliyevin humanizmə əsaslanan siyasətinin bariz təzahürü idi".

Bunu millət vəkili Fatma Yıldırım 525.az-a bildirib. O qeyd edib ki, sentyabrın 28-də separatçı rejimin rəhbərliyi qondarma qurumun ləğvi ilə bağlı sənəd imzaladı. Bununla da Qarabağda 30 ilə yaxın davam edən separatizm birdəfəlik tarixə qovuşdu. Artıq Qarabağda yalnız Azərbaycan dövləti var, yalnız Azərbaycan qanunları işləyir və üçrəngli bayrağımız Xankəndidə, Xocalıda, Ağdərədə və digər şəhərlərimizdə əzəmətlə dalğalanır. Bu möhtəşəm nəticə Prezident İlham Əliyevin 20 illik ardıcıl siyasətinin, diplomatik uzaqgörənliyinin və hərbi-siyasi liderliyinin məntiqi yekunudur:

"2020-ci ilin Vətən müharibəsində əldə olunan Qələbə 2023-cü ilin 19–20 sentyabr antiterror əməliyyatı ilə tamamlandı. Dövlətimizin başçısının dəmir iradəsi, xalqın birliyi və Ordumuzun gücü sayəsində Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdi. Bu gün Azərbaycan xalqı fəxrlə deyə bilər ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır. Dövlətimizin təsis etdiyi Dövlət Suverenliyi Günü də məhz bu qürur dolu günlərin rəmzi olaraq hər il qeyd ediləcək. Azərbaycan xalqı bu gün öz tarixi iradəsinin, mübarizəsinin, qəhrəmanlıq və həmrəyliyinin bəhrəsini görür. Qarabağ artıq birdəfəlik Azərbaycanın ayrılmaz hissəsidir və biz hamımız birlikdə cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında daha qüdrətli gələcəyə doğru addımlayırıq.".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Sentyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri