Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Sumqayıt ın Antalya toplanışı

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Azərbaycan xalqının tarixi iradəsinin və əbədi müstəqilliyinin təntənəsi

Azərbaycan xalqının tarixi iradəsinin və əbədi müstəqilliyinin təntənəsi

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan xalqı hər il 28 May tarixini xüsusi qürur və fəxrlə qeyd edir. Bu gün — Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gündür və dövlətçilik tariximizin ən önəmli, ən parlaq səhifələrindən biridir. Müsəlman Şərqində ilk parlamentli respublikanın qurulması məhz bu tarixdə baş tutmuşdur. Azərbaycan xalqı 1918-ci ilin 28 mayında dünya birliyinə öz siyasi iradəsini nümayiş etdirərək müstəqil dövlət qurdu.

Heç təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyev bu tarixi hadisəyə yüksək qiymət verərək - “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar” – deyirdi.
Bu fikirlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının arxasında uzun illər ərzində formalaşmış milli oyanış, azadlıq istəyi və siyasi düşüncənin dayandığını göstərir. Cəmi 23 ay mövcud olsa da, bu Cümhuriyyət Azərbaycan xalqının milli kimliyinin, suverenlik idealının və dövlət quruculuq potensialının real sübutu oldu.
1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra müxtəlif çətinliklərlə üzləşdi. Lakin xalqın iradəsi, gələcəyini etibar etdiyi liderləri sayəsində müstəqillik qorundu və möhkəmləndirildi.
Bu gün Azərbaycanın dövlət müstəqilliyi artıq yalnız siyasi bəyanatlarla deyil, real nəticələrlə təsdiq olunmuşdur. Ölkə həm iqtisadi, həm hərbi, həm də beynəlxalq müstəvidə öz sözünü deyən, mövqeyi sabit və güclü olan bir dövlətə çevrilib.
Prezident İlham Əliyev 28 May – Müstəqillik Günü münasibətilə Laçın şəhərində çıxışı zamanı bu mühüm günü belə dəyərləndirdi: “Bu gün Müstəqillik Günüdür. Əziz laçınlılar, ilk növbədə sizi və bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir.”
Bu sözlər təkcə siyasi bəyanat deyil, həm də xalqın azadlıq tarixinin davamlılığının və dövlət quruculuğunun gələcəyə istiqamətlənmiş bir vizyonunun ifadəsidir.
Laçın şəhərində – işğaldan azad olunmuş bölgələrimizdən birində – belə bir tədbirin keçirilməsi, həm tarixi yaddaşın yaşadılması, həm də müstəqilliyin real nəticələrə çevrilməsi baxımından xüsusi rəmzi məna daşıyır.
Azərbaycanın müstəqilliyi bu gün sadəcə bir hüquqi status deyil – bu, xalqın tarixə, mədəniyyətə, vətənə və gələcəyə olan inamının təcəssümüdür. 28 May – Müstəqillik Günü bir daha göstərir ki, dövlətçiliyin əsasında dayanan amil xalqın iradəsi, birliyi və liderlərinə olan etimaddır.
Bəli, Prezident İlham Əliyevin digər çıxışında qeyd etdiyi kimi: “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!” Bu fikirlər bugünkü Azərbaycan vətəndaşının dövlətinə olan inamını əks etdirir. Azərbaycanın müstəqilliyi artıq sabitlik, inkişaf və rifah anlamı daşıyır. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, yeni infrastruktur layihələri, müasir idarəetmə institutlarının yaradılması bu müstəqilliyin möhkəm əsaslar üzərində qurulduğunu sübut edir.
28 May – Müstəqillik Günü təkcə keçmişin deyil, həm də gələcəyin günüdür. Bu gün biz Azərbaycan Xalq Cümhuriyyətinin qoyduğu təməllər üzərində yüksələn, Heydər Əliyevin müdrik irsi və İlham Əliyevin qətiyyətli siyasəti ilə irəliləyən bir Azərbaycanı görürük. Bu gün Azərbaycanın müstəqilliyi artıq heç bir qüvvənin poza bilməyəcəyi bir reallıqdır.
Qoy 28 May – xalqın mübarizə ruhunun, dövlətçilik iradəsinin və tarixi qürurunun simvolu kimi daim yaşasın!

Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 May 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see215

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see183

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see143

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri