Icma.az
close
up
RU
Azərbaycan xalqı həmişə ikidillilik şəraitində yaşamışdır MÜNASİBƏT BİLDİRİLDİ

Azərbaycan xalqı həmişə ikidillilik şəraitində yaşamışdır MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Dil elə bir ictimai varlıqdır ki, orada xalqın mədəniyyəti, ədəbiyyatı, məişəti, dünyagörüşü öz əksini tapır. Azərbaycan xalqı həmişə ikidillilik şəraitində yaşamışdır. Dil başqa bir mədəniyyətə açılan pəncərədir. İkinci və üçüncü dil öyrənmək həmişə yeni mədəniyyətlə məşğul olmaq və dünyanı fərqli baxışla dərk etmək deməkdir". Bu sözləri SİA-ya açıqlamasında AMEA Nəsimi Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib.

Onun sözlərinə görə, xarici dil öyrənmək diqqətin cəmləşdirilməsini formalaşdırır: "Belə ki, insan hər hansı xarici dilin qaydalarını, həmin dildəki yeni sözləri öyrənmək üçün fikrini cəmləşdirməli olur. Hər gün daimi olaraq ən azı 30 dəqiqə xarici dil öyrənməyə vaxt sərf edən insanda diqqət cəmləşdirmək vərdişi yaranır. Beləliklə, dil öyrənmək diqqət yayınmasının qarşısını alır.

Çoxdilli insanlar, adətən, bildikləri dillərdən şəraitə uyğun olaraq, yəni məişətdə daha çox ana dilindən, I dildən, rəsmi yerlərdə isə digər dildən istifadə edirlər. Qloballaşan dünyada ikidillilik dövrün başlıca tələbidir. Lakin bununla yanaşı, milli dilləri də qorumaq və inkişaf etdirmək vacibdir".

Təranə Şükürlü qeyd edir ki, dili öyrətmək üçün onu sevmək lazımdır: "Dil vasitəsilə biz dünya qapılarını üzümüzə açır, müxtəlif mədəniyyətlərlə tanış olur, sivilizasiyaları tədqiq edirik. Dil bizi bir-birimizə bağlayır. Müxtəlif xalqların, millətlərin nümayəndələri bir-birilə dil vasitəsilə ünsiyyət qurur, əlaqə yaradır, dostlaşır".
Dil, sadəcə, ünsiyyət vasitəsi deyil, eyni zamanda, ədəbiyyatdır, tarixdir, millətin taleyidir. Hər bir şəxs dünya mədəniyyətinə dil vasitəsilə bələd olur. Dil insanları bir-birinə bağlayır. Dilimizin nüfuzunu daha da artırmaq üçün düzgün danışmağı və yazmağı bacarmalıyıq.

Azərbaycan dili həm dil quruculuğu prosesinə, həm də dildə gedən prosesə hər zaman həssasdır. Dilimizi vətənimiz kimi qorumalıyıq və sevməliyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Aprel 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri