Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Azərbaycan xalqı tarixi və mənəvi siyasi sərvəti olan milli müstəqilliyi əbədi yaşatmaq əzmindədir

Azərbaycan xalqı tarixi və mənəvi siyasi sərvəti olan milli müstəqilliyi əbədi yaşatmaq əzmindədir

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər bir xalqın tarixində qürurverici məqamlar, millətin öz kimliyini dünyaya bəyan etdiyi anlar mövcuddur. 28 May – Müstəqillik Günü Azərbaycan xalqı üçün bu baxımdan mühüm mənəvi-siyasi əhəmiyyətə malikdir. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanın deyil, həm də bütün Şərq və müsəlman aləminin ilk demokratik, hüquqi və dünyəvi respublikası kimi tarixə düşmüşdür.

Tiflisdə fəaliyyət göstərən Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsinin qəbul edilməsi ilə xalqımız öz taleyinin sahibi olduğunu dünyaya bəyan etmişdir. Bu sənədin ruhunda xalq hakimiyyəti, hüquq bərabərliyi, söz və vicdan azadlığı kimi mütərəqqi prinsiplər əksini tapmışdır. Cümhuriyyət parlamenti çoxpartiyalı sistem əsasında fəaliyyət göstərmiş, qadınlara seçki hüququ verərək bu sahədə bir çox Avropa ölkələrini belə geridə qoymuşdur.

Qısa müddət ərzində dövlət atributlarının – bayraq, gerb, himn təsis edilməsi, ordu quruculuğu, təhsil islahatları və beynəlxalq əlaqələrin qurulması tarixi və mənəvi-siyasi əhəmiyyətə malikdir. Həmin dövrdə qəbul edilən qərarlar gələcək müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi və hüquqi əsaslarını formalaşdırmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə Sovet işğalı nəticəsində süqut etsə də, onun ideyaları xalqın yaddaşında yaşamağa davam edirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etməklə Cümnhuriyyət ideyalarının davamçısı olduğunu dünyaya bəyan etdi. Lakin bu yol asan olmadı – müstəqilliyin ilk illərində ölkədə siyasi böhran, iqtisadi çətinliklər və təhlükəli separatizm cərəyanları hökm sürürdü.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni böyük təhlükələrdən xilas etdi. Onun rəhbərliyi ilə sabitlik bərpa edildi, ordu quruculuğu sürətləndirilərək dövlətçiliyin möhkəm təməli qoyuldu. Dahi Lider Azərbaycanı güclü və dayanıqlı dövlətə çevirmək istiqamətində genişmiqyaslı islahatlar reallaşdırdı. Bu siyasət müstəqil iqtisadiyyatın formalaşması, ölkəmizin beynəlxalq nüfuzun artırılması və milli təhlükəsizliyin təmin olunması ilə müşayiət olundu. Məhz bu dövrdə gələcək Zəfər yolunun əsası qoyuldu – milli birliyin möhkəmlənməsi, güclü ordu və qətiyyətli xarici siyasət bu tarixi missiyanın əsas sütunlarına çevrildi.

Ulu Öndərin siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın inkişafını yeni mərhələyə yüksəltdi. Onun rəhbərliyi ilə ölkəmiz sürətli iqtisadi inkişaf yolu keçdi, irimiqyaslı infrastruktur layihələri həyata keçirildi. Dövlətimizin beynəlxalq münasibətlərdə mövqeyi möhkəmləndi və ən əsası Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.

Müasir Azərbaycan dövləti Cümhuriyyət irsini yaşadır, onu dövrün tələblərinə uyğun olaraq inkişaf etdirir. Bu, həm tarixi yaddaşa sədaqət, həm də gələcək nəsillərə örnəkdir. 28 May – Müstəqillik Günü həm də milli kimliyimizin, dövlətçilik iradəmizin və azadlıq ruhumuzun simvoludur. Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı ideyalar bu gün müasir müstəqil Azərbaycanın sütunlarını təşkil edir. Cümhuriyyət qurucularının arzuları gerçəkləşdirilmiş, bugünkü nəsillərə güclü, müstəqil və qalib bir dövlət miras qoyulmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”. Azərbaycan xalqı bu tarixi yaddaşın daşıyıcısı, dövlətin qürurlu vətəndaşı olaraq hər il 28 May tarixini yüksək ehtiramla qeyd edir, müstəqilliyimizi əbədi yaşatmaq əzmində olduğunu nümayiş etdirir.

Nurlan Həsənov

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 May 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see210

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see181

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see169

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see142

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see139

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri