Icma.az
close
up
RU
Azərbaycan xalqı Ulu Öndərin gücünün və siyasi iradəsinin şahidi oldu

Azərbaycan xalqı Ulu Öndərin gücünün və siyasi iradəsinin şahidi oldu

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Ümummilli lider Azərbaycan dövlətinin, xalqının mənafeyi, müstəqilliyi və bütövlüyü uğrunda düşünmədən canını fəda etməyə hazır olan dahi şəxsiyyət olub". SİA xəbər verir ki, bu sözləri "BİG Media" MMC-nin rəhbəri Emil Əkbərov deyib.

Emil Əkbərov bildirib ki, müstəqil dövlətimizin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir: "Hər zaman xalqımızın, dövlətimizin inkişafı, tərəqqi üçün çalışan Ulu Öndər Heydər Əliyev ömrünün sonuna qədər müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı üçün fədakarlıqla çalışıb. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi dövrdə dövlətimizi zamanın ağır və sərt sınaqlarından çıxara bilib. Ən önəmlisi isə, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atıb. Ulu Öndərin Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr xalqımızın tarixinə "Heydər Əliyev dövrü" kimi əbədi həkk olunub. Ümummilli lider Heydər Əliyev xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi kimi güclü, dərin və universal biliyə, qətiyyətə, qeyri-adi yaddaşa, tükənməz səbirə, uzaqgörənliyə və müdrikliyə sahib idi.

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə onun gücünün və siyasi iradəsinin şahidi oldu. Dövlətinin, xalqının gələcəyini düşünən rəhbər hər zaman inkişaf konsepsiyasını elə hədəflər üzərində qurur ki, davamlı inkişaf qaçılmaz olur. Zamanında Ulu Öndər bu nümunəni nümayiş etdirdi".

Emil Əkbərov qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb xilaskarlıq missiyasını yerinə yetirməklə Azərbaycanın qarşısında geniş imkanlar açdı: "Ümummilli lider Heydər Əliyev hazırladığı iqtisadi strategiyası ilə Azərbaycanı müstəqilliyinin yenidən bərpasının ilk illərinin çətinliklərindən, bəlalarından xilas etdi.Əlbəttə, müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir. Ulu Öndər Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaradıb.

1993-2003-cü illərdə dövlətçilyimzin əsasları yaradıldı və bu günə qədər də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Emil Əkbərov Ulu Öndər Heydər Əliyevin ən böyük arzusunun torpaqlarmızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olduğunu söyləyib: "Ümummilli liderin bu arzusu onun layiqli davamçısı, güclü sərkərdə, Ali Baş Komandan İlham Əliyev tərəfindən reallaşdırılıb. Ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olunub. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu düşmənin belini qıraraq ərazi bütövlüyümüzü bərpa etdi. Üçrəngli bayrağımız Qarabağın döyünən ürəyi olan Şuşada, Kəlbəcərdə, Xankəndində və işğaldan azad olunmuş digər ərazilərdə qürurla dalğalanmaqdadır. Bu gün əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi planları cənab Prezident İlham Əliyev uğurla həyata keçirməkdədir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Dekabr 2024 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri