Icma.az
close
up
RU
Azərbaycan yaşıl iqtisadiyyata töhfə verən 5 razılaşma imzalayıb

Azərbaycan yaşıl iqtisadiyyata töhfə verən 5 razılaşma imzalayıb

Icma.az bildirir, Report.az portalına istinadən.

Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkil etdiyi tədbirlər çərçivəsində "yaşıl iqtisadiyyat"a töhfə verən 5 razılaşma imzalanıb.

Bu barədə “Report” nazirliyə istinadən xəbər verir.

İqtisadiyyat, rəqəmsal inkişaf və nəqliyyat, maliyyə nazirlikləri, eləcə də BYD, “SARDA Group” və “Electrify Azerbaijan” şirkətlərinin nümayəndələri tərəfindən ölkədə elektrik avtobus istehsalının lokallaşdırılması layihəsi üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən, layihə çərçivəsində Azərbaycanda elektrik avtobusların istehsalının qurulması və ehtiyat hissələrinin lokallaşdırılması, 2030-cu ilə qədər mərhələli şəkildə lokallaşma səviyyəsinin 40 %-ə çatdırılması nəzərdə tutulur.

“Azərbaycan İnvestisiya Şirkəti” (AİŞ) ilə Türkiyənin “Dias Bilişim ve Teknoloji Hizmetleri A.Ş.” şirkəti arasında “Depozit İdarəetmə Sistemi” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Bu əməkdaşlıq Azərbaycanda plastik və şüşə qabların toplanması və Depozit İdarəetmə Sisteminin təşkilini əhatə edəcək.

AİŞ-lə Böyük Britaniyanın “Carbonbit Technologies” şirkəti arasında karbon texnologiyalarının inkişafı və kommersiyalaşdırılması sahəsində birgə iş məqsədilə Anlaşma Memorandumu Azərbaycanda karbon texnologiyalarının inkişafını hədəfləyir.

Digər Anlaşma Memorandumu Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və BP-nin törəmə şirkəti “Volts” ilə imzalanıb. Sənəd Azərbaycanda enerji batareyası istehsalı müəssisəsinin yaradılmasına dəstək verilməsini nəzərdə tutur.

COP29 çərçivəsində AİŞ, “SOCAR Downstream” və “Technip Energies Italy S.P.A (TEN)” tərəfindən yaradılmış “Ecostar” MMC-nin nizamnaməsi imzalanıb. “Ecostar” MMC “Alterra” piroliz texnologiyasına əsaslanan “Tullantıların monetizasiyası” layihəsinə dair ön mühəndislik layihələndirməsi həyata keçirəcək və plastik tullantı materiallarından istifadə etməklə piroliz yağı istehsal edəcək.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə qlobal səviyyədə KOB-ların "yaşıl iqtisadiyyat"a keçidi üzrə birgə səylərin birləşdirilməsi məqsədilə “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” imzalanıb və KOB ekosisteminin bütün maraqlı tərəfləri bu Bəyannaməyə qoşulmağa dəvət olunublar.

Beynəlxalq Ticarət Mərkəzi, Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti və KOBİA arasında imzalanmış üçtərəfli əməkdaşlıq bəyannaməsi isə BMT-nin 2030 İnkişaf Gündəliyində qeyd edilmiş dayanıqlı və inklüziv iqtisadi inkişafa nail olmaq və KOB-ların aşağı karbon keçidinin asanlaşdırılması üzrə birgə əməkdaşlığın təşviqini nəzərdə tutur. İqtisadiyyat Nazirliyi yanında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin təşkilatçılığı və tərəfdaşlığı ilə süni intellektin idarəetməyə, ətraf mühitə neqativ müdaxilələrin azaldılmasına, dayanıqlı inkişafa təsirləri, 4-cü Sənaye inqilabının iqlim dəyişilmələri kontekstində önəmi, Yer səthinin müşahidəsi barədə məlumatların iqlim problemlərinin həllində rolu mövzularında müzakirələr təşkil edilib, enerji sahəsində fəaliyyət göstərən startaplar, enerji sərfiyyatının optimallaşdırılmasında süni intellektin rolu və iqlim sahəsi üzrə rəqəmsallaşmanın tətbiqi mövzularında təqdimatlar olub.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://report.az
archiveBu xəbər 27 Noyabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri