Icma.az
close
up
RU
“Ermənistanla Azərbaycan arasında yeni hərbi münaqişə alovlana bilər”

“Ermənistanla Azərbaycan arasında yeni hərbi münaqişə alovlana bilər”

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanda Azərbaycanın gözlənilən hücumu ilə bağlı yenidən çaxnaşma yaranıb. İlk həyəcan təbili çalan politoloq Alen Gevondyan olub. News.am ilə söhbətində o, “Ermənistan gələn il ərazi itkiləri verəcəyini, bu razılaşmanın çoxdan əldə edildiyini” bildirib. Onun fikrincə, “minimum plan və maksimum plan var”. "Vəziyyətdən asılı olaraq, Zəngəzur dəhlizi təkcə yol deyil, bütün Sünik ola bilər",- Gevondyan əlavə edib.

Bir az sonra Ermənistanın bədnam keçmiş ombudsmanı Arman Tatoyan da ona qoşulub. “Ermənistanın hakim “Vətəndaş Sazişi” partiyası dövlətimizin əsaslarını dağıtmaqla “sülh” gündəmini hakimiyyəti saxlamaq alətinə çevirib. Mövcud olmayan bir məsələ sıfırdan gündəmə çevrildi. Bakıda hakimiyyət saxta “Qərbi Azərbaycan” anlayışından istifadə edərək Azərbaycanın Ermənistanda məskunlaşdırmaq istədiyi 300 min azərbaycanlıya “təhlükəsizlik zəmanəti” tələb edir, o cümlədən üçüncü ölkənin silahlı qüvvələrinin bizim suveren ərazimizə yerləşdirilməsini tələb edir. Görünən odur ki, Azərbaycan Dağlıq Qarabağın blokadasını təmin edən, özünü “ekoloji fəal” kimi təqdim edən xüsusi xidmət orqanlarının agentlərini Ermənistanda yerləşdirməyi planlaşdırır”,- “falçı” Tatoyan bildirib.

Birdən-birə nə oldu? Bu mövzu niyə yenidən gündəmə gətirilir? Niyə İrəvanda insanlar hesab edirlər ki, Azərbaycanın Ermənistanın ərazilərini ələ keçirməkdən başqa işi yoxdur?

Tanınmış ekspertlər bu sualları Caliber.Az cavablandırıblar. Şərhləri oxucularımıza təqdim edirik.

Rusiyalı politoloq, Xəzər Strateji Araşdırmalar İnstitutunun eksperti Aleksandr Karavayev qeyd edib ki, burada 3 məqam var.

“Bu, bir tərəfdən, Bakının 1980-ci illərin sonlarında Ermənistandan qovulmuş 300 min insanın taleyi ilə bağlı məsələnin öyrənilməsinə başlamaq tələbi qarşısında erməni mövqeyinin zəifliyidir. İrəvan görür ki, Əliyev son illər dünya ictimai rəyi ilə müvafiq iş aparıb, bu problemlə bağlı məlumat verib. Bu mövzu prezidentin münaqişədən sonrakı məsələlərlə bağlı hər müsahibəsində, o cümlədən “Rossiya Seqodnya” agentliyinə verdiyi sonuncu müsahibəsində görünür. Yəni bu, getdikcə Ermənistanla danışıqların gündəliyinə daxil edilmə mövzusuna çevrilir. İrəvan da bunu görür”, - deyə tədqiqatçı əmindir.

Ekspert deyir ki, bu, hazırda birgə sülh memorandumunun mətnində bənd olmasa belə, hansısa mərhələdə bu, gündəmin mövzusuna çevriləcək.

“Əslində bu mövzuda vətəndaş diplomatiyasının müəyyən alətinə çevrilmiş Qərbi Azərbaycan icmasının fəaliyyəti şəklində Azərbaycan tərəfindən müəyyən addımlar var.

Erməni tərəfində isə vəziyyət elə cərəyan edir ki, əgər siz bu mövzunu danışıqlar nöqtəsi kimi qəbul etməyə razı deyilsinizsə, o zaman onu öz xeyrinizə çevirməyin yeganə variantı problemi gərginləşdirməyə yönəltməkdir. Azərbaycandan təhlükə kimi. Tarixi kontekst və Ermənistanın avropalı müttəfiqlərinin müəyyən türk fobiyası nəzərə alınmaqla gündəmi dəyişməyin bu variantı kifayət qədər işləkdir.

Bu mövzu Ermənistanda təhlükə kimi yozulur və bununla da dünya ictimai rəyinin diqqətinə çatdırılır. Və indiki şəraitdə, Ermənistanın bütün postsovet dövrü ərzində Qərb ictimaiyyətinin rəyi ilə həyata keçirdiyi fəaliyyətlər kontekstində Azərbaycandan gələn bu təhlükəni ortaya buraxmaq onlar üçün kifayət qədər asandır. Və təbii ki, uzun onilliklər ərzində davam edən diaspor işi. Yəni, prinsipcə, bunun bir çox onilliklər ərzində artıq mövcud olan relslərə çox yaxşı uyğunlaşdığı görünür. Amma burada birbaşa hərbi-siyasi mənfəət də var. Bu mövzu altında, Azərbaycandan gələn təhlükə mövzusu altında bir çox ölkələrlə hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək olar. Burada, əslində, bütün bu nümunələr son 2 ildə ortaya çıxıb. Hindistandan Fransayadək”,- ekspert bildirir.

Onun sözlərinə görə, bu, Ermənistanın xarici siyasətinin hazırkı gündəliyinə yaxşı uyğun gəlir.

“Sonuncu olaraq qeyd etmək lazımdır ki, əgər söhbət diplomatiya dilinə keçiddən gedirsə, bu, tərəflər tərəfindən başqa cür başa düşülür. Azərbaycan tərəfdən bu dil Ermənistandan gələn azərbaycanlıların, mühacirlərin icmasının maraqlarına, yəni vətəndaş cəmiyyətinə müraciət edir.

Erməni tərəfdən isə biz görürük ki, bu mövzu münaqişə gündəminə keçir. Bunun nəticəsi, həqiqətən də, gələcəkdə hərbi münaqişəyə çevrilə biləcək çox ciddi ağırlaşma ola bilər.

Yəni, deyək ki, erməni informasiya məkanında baş qaldıran bu qorxu və fobiyaları ümumiləşdirsək, əslində hələ Sovet dövründəki münaqişənin fonunu nəzərə alsaq, tamamilə mümkündür. Azərbaycanlıların Ermənistanın hazırkı konstitusion ərazisinə qayıtması ortamüddətli perspektivdə hətta hərbi münaqişə ilə nəticələnə bilər. Yəni bunun siyasi müzakirə predmetinə çevriləcəyi artıq göz qabağındadır- bir neçə addım qalıb. Amma bildiyimiz kimi, belə bir siyasi pərçim həm də Ermənistanın sadəcə olaraq təxribata çəkə biləcəyi hərbi əməliyyatlarla nəticələnə bilər. Amma Azərbaycan silahlı qüvvələri onları da qətiyyətlə yatıra bilər. Yəni, bu keçid işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı danışıqların dalana dirəndiyi 2020-ci ilə qədər və bunun hərbi yolla həllinə qədər olduğu kimi uzana bilməz. Son danışıqlar raundları onilliklər boyu davam etmişdi”,- deyə Karavaev xatırladıb.

Siyasi şərhçi Murad Sadəddinov qeyd edib ki, onun fikrincə, bu, sülh müqaviləsinin imzalanması perspektivlərinin yaranması ilə bağlıdır, çünki Ermənistan və Azərbaycan tərəfləri sülh müqaviləsinin mətninin böyük ölçüdə razılaşdırıldığı barədə məlumat səsləndiriblər.

“Yəni, 17 bənddən 15-i razılaşdırılıb, Ermənistan tərəfinin yerinə yetirməli olduğu iki məqam qalıb. Və onlar əsasən konstitusiya dəyişiklikləri ilə bağlıdır. Bunun üçün isə hakim partiya öz əhalisinə müraciət edib referendum keçirməyə məcbur olacaq. Müəyyən müxalifət qüvvələri anlayır ki, sülh müqaviləsi bağlanarsa, o zaman onların hakimiyyətə gəlmək və Paşinyanı devirmək şansları sıfıra bərabərdir.

Ona görə də müxtəlif siyasi saxtakarlıqlar uyduracaqlar, nağıllar yaradıb xalqı qorxudacaqlar, Paşinyanı azərbaycanpərəst, türkiyəpərəst mövqedə ittiham edəcəklər, guya Ermənistanın milli maraqlarını satmaqda ittiham edəcəklər və s. Sadəcə olaraq, sülh müqaviləsinin imzalanmasını hər hansı vasitə ilə pozmaq üçün. Sülh müqaviləsinin imzalanması təbii ki, Paşinyanın Ermənistan daxilində nüfuzunu yüksəldəcək və gələcəkdə müxalifət qüvvələrinin onu devirməsi mümkün olmayacaq.

Baxmayaraq ki, bu gün onların heç bir perspektivi yoxdur, lakin sülh müqaviləsi imzalanandan sonra Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası, sərhədlərin və kommunikasiyaların açılması, bütün bunlar Paşinyan üçün bir divident olacaq. Ona görə də istənilən növ bu cür hərəkətlər məhz sülh müqaviləsinin imzalanmasını pozmağa, hazırda sülh müqaviləsinin mətni üzrə yekun razılaşmaya mane olan məsələlərin həllinə qarşı yönəlib. Hesab edirəm ki, bu, məhz bununla bağlıdır”, - Sadəddinov bildirib.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər,habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri