Icma.az
close
up
RU
Ermənistanda çağırışçıların hərbi xidmət müddəti azaldılacaq: Müqaviləli əsgərlərin sayı artırılacaq

Ermənistanda çağırışçıların hərbi xidmət müddəti azaldılacaq: Müqaviləli əsgərlərin sayı artırılacaq

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Ermənistanda müqaviləli əsgərlərin sayının artırılması hesabına çağırışçıların hərbi xidmət müddəti azaldılır.

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistanın müdafiə naziri Suren Papikyan parlamentdə keçirilən hökumət saatında məlumat verib.

Müdafiə nazirinin sözlərinə görə, hökumət proqramı çərçivəsində hakimiyyət müqaviləli əsgərlərin sayını artırmaqla hərbi xidmət müddətinin azaldılması ilə bağlı öz üzərinə öhdəlik götürüb.

"İkinci sənəd ordunun transformasiyası konsepsiyasıdır ki, orada da oxşar öhdəliklər var. Bütün bunlardan aydın olur ki, bu, uzunmüddətli planlaşdırmanın nəticəsidir", - deyə Papikyan bildirib.

Nazir qeyd edib ki, bu proqramın həyata keçirilməsinin mümkünlüyü hakimiyyət orqanlarının son illərdə müqaviləli əsgərlərin sayını artıra bilib-bilməyəcəyindən asılı idi.

Papikyan ona diqqət çəkib ki, 2,5 il əvvəl Ermənistan parlamenti 6 aylıq hərbi xidmətdən sonra Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa imkan verən qanun layihəsini qəbul edib.

"Bu gün "Vətənin müdafiəçisi" proqramı çərçivəsində çox sayda əsgərlər uzun illər ərzində öz talelərini ordu ilə bağlayırlar. Bu rəqəm artıq bir neçə minə çatır. Yəni biz ordunu ixtisar edirik barəsində danışmaq, yumşaq desək, absurddur", - deyə Suren Papikyan əlavə edib.

Xatırladaq ki, oktyabrın 21-də baş nazir Nikol Paşinyan sosial şəbəkədə bildirib ki, məcburi hərbi xidmət müddətinin azaldılmasına dair qanun nəzərdə tutulduğundan daha tez qüvvəyə minəcək. Qanun qəbul olunacağı halda, 2026-cı ilin qış çağırışından başlayaraq, xidmət müddəti 2 deyil, 1,5 il təşkil edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Oktyabr 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see299

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see195

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see195

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see190

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see183

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see182

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see152

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see139

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see129

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri