Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mariya Papakonstantinu ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı səfir Mariya Papakonstantinu etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti, habelə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Dövlət və hökumət başçılarımız arasında baş tutan təmasların və aparılan müzakirələrin əlaqələrimizin təməlini təşkil etməklə yanaşı, əməkdaşlığımıza təkan verdiyi bildirilib.
İkitərəfli siyasi dialoqun, o cümlədən Xarici İşlər nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələrinin mütəmadi qaydada keçirilməsinin əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat, ticarət, investisiyalar, ənənəvi və bərpaolunan enerji, nəqliyyat və tranzit, gəmiçilik, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan ilə Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Beynəlxalq və regional formatlar çərçivəsində qarşılıqlı etimada və bir-birinin legitim maraqlarına hörmətə əsaslanan əməkdaşlığın önəmi qeyd edilib.
Nazir Ceyhun Bayramov səfiri postmünaqişə dövründə regionda formalaşmış vəziyyət və yeni reallıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Səfir Mariya Papakonstantinu qəbul üçün təşəkkürünü ifadə edib və fəaliyyəti dövründə Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafına töhfə verilməsi məqsədilə səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 23 Dekabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















