Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Azərbaycan Zəfər Erası nda öz konstitusiyasından keçmişin işğal və imperiya dövrünün izlərini silir

Azərbaycan Zəfər Erası nda öz konstitusiyasından keçmişin işğal və imperiya dövrünün izlərini silir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

“Naxçıvan MR Konstitusiyasında dəyişikliklərin ediləcəyi Vətən müharibəsindən sonrakı dövrdə gözlənilən idi. Hətta yaxın dövrdə ölkə konstitusiyamızın da dəyişəcəyini ehtimal edə bilərik. Çünki bunları zəruri edən bir sıra amillər var və bunların ən başlıcası Azərbaycanın "Zəfər Erası"na qədəm qoymasıdır. Həmçinin, milli maraqlar və prioritetlər kontekstində, daxili idarəetmədə dəyişikliklər konteksində, regional münasibətlər və təhlükəsizlik kontekstində bir sıra yeniliklər artıq realdır və bunları Ana Qanunda əks etdirmək artıq bir çağırışdır”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, 1921-ci ilin 16 mart tarixində bağlanan Moskva müqviləsi və həmin ilin 13 oktyabrında bağlanan Qars müqaviləsi I Dünya Müharibəsindən sonra Türkiyə və Rusiya arasında münasibətləri, sərhədləri, o cümlədən Cənubi Qafqaza dair geosiyasi vəziyyəti müəyyən edirdi.

Şəhla Cəlilzadə

“Moskva müqaviləsinin 3-cü maddəsinə görə Naxçıvan Azərbaycanın tərkibində muxtar oblast olaraq elan olunur. Onun sərhədləri Araz çayından, Dəhnə (3829), Vəlidağ (4121), Bağarsıq (6587), Kəmərli dağı (6930) kimi yüksəkliklərdən keçən xəttlə başlayır, Soray-Bulaq (8071), Ararat stansiyası və Qara-Su ilə Araz qovşağında Türkiyə sərhəddində bitir. Həmçinin sənəddə qeyd olunurdu ki, bu coğrafi sərhədlər Türkiyə, Azərbaycan və Ermənistanın nümayəndələrindən təşkil olunmuş birgə komissiya ilə tam dəqiqləşdiriləcəkdir.

Qars müqaviləsinin 5-ci maddəsi müvafiq olaraq Azərbaycan ərazisində muxtar ərazinin yaradıldığını təsdiq edir. Qars müqaviləsinə 3-cü əlavə Naxçıvanın dəqiq sərhədlərini müəyyən edir: Naxçıvan Urmiya kəndi, Arazdəyən stansiyası, Daş-qurun suayrıcı, Bağarsıq dağı (6587), keçmiş İrəvan qəzasının və Şərur-Dərələyəzin inzibati sərhəddi ilə Kəmərli dağı (6930) və Sayat dağı (7868), Qurd-qulaq dağı və kəndi, Qamesur dağı (8160), Kuki dağ (10282) kimi yüksəkliklərdən keçən sərhədləri əhatə edir”-deyən Şəhla Cəlilzadə qeyd edib ki, bu sərhədlər sonrakı ildə Sovet mərkəzi hakimiyyətinin qərarı ilə Ermənistanın xeyrinə müəyyən qədər dəyişdirilmişdi və 1929-cu ildə Naxçıvan MSSR-nin doqquz kəndi Ermənistan SSR-ə birləşdirilmişdi.

“Azərbaycan 1991-ci il sərhədlərinə, o cümlədən 1995-ci il konstitusiyasına istinadı saxlayıb və 1921-ci ilin sazişlərinə istinadı ləğv etməklə, əslində müstəqillik dövrünün sərhədlərini tanıyır, beynəlxalq tanınan sərhədlərdən əlavə heç bir iddiasının olmadığını dünyaya nümayiş etdirir, eyni zamanda keçmiş imperiya izlərini və onun protektorat (zamin) rolunu inkar edir, milli təhlükəsizliyinin keşiyində yalnız özünün və öz milli ordusunun əsas qoruyucu güc olduğunu təsbit etmiş olur. Artıq Azərbaycanın təhlükəsizliyi üçün mövcudiyyəti yalnız arxiv sənədlərində qalan keçmiş SSRİ-nin zəmanəti lazım deyil”.

Şəhla Cəlilzadə vurğulayıb ki, Türkiyə və Rusiya arasında zaman-zaman yaşanan gərginliklərdə (1945-ci ildə II Dünya müharibəsi və yaxud Stalinin dövründə, yaxud 2015-ci ildəki təyyarə qəzası zamanı) Moskva və Qars müqavilələrinin ləğv olunması məsələsi bir neçə dəfə gündəmə gəlmişdir: “Bunu, Rusiya Türkiyəyə qarşı ərazi iddiaları qaldırma təhdidi kimi gündəmə gətirib. Lakin artıq yeni dövrdə belə bir təhdiddən söhbət getmir. Odur ki, bu müqavilələr öz tarixi əhəmiyyətini itirmiş hesab oluna bilər”.

Azərbaycan və Ermənistan sərhəddi ilə bağlı Şəhla Cəlilzadə qeyd edib ki, iki ölkənin müvafiq delimitasiya və demarkasiya komissiyalarının qərarları ilə tam təsbit olunaraq gələcək sülh müqaviləsi ilə hər iki ölkə tərəfindən qəbul olunacaq.

“Azərbaycan yeni geosiyasi reallıq inşa edir və öz konstitusiyasından keçmişin işğal və imperiya dövrünün izlərini silir. Bu, Ermənistan üçün də bir nümunə olmalıdır”-deyə politoloq əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 23 İyun 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see282

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see274

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see249

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see239

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see217

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see205

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see181

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see163

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see160

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see145

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see144

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see142

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see141

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see141

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see139

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see136

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see134

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see134

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri