Icma.az
close
up
RU
Azərbaycana gəlsələr, 20 il vergi verməyəcəklər

Azərbaycana gəlsələr, 20 il vergi verməyəcəklər

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycana gələn İT mütəxəssislərinə 20 illik vergi güzəşti veriləcək.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Dövlət rüsumu haqqında", "Sosial sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Tibbi sığorta haqqında", "Miqrasiya Məcəlləsində" və digər qanunlarda dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, Azərbaycana gələn yüksəkixtisaslı informasiya texnologiyaları mütəxəssisləri, eləcə də xaricdə fəaliyyət göstərdikdən sonra ölkəyə qayıdan azərbaycanlı İT mütəxəssisləri üçün yeni vergi güzəştləri tətbiq edilir.

Qanun layihəsinə əsasən, müəyyən edilmiş meyarlara cavab verən yüksəkixtisaslı İT mütəxəssislərinin əməkhaqqı gəlirləri 20 il müddətinə gəlir vergisindən azad olunacaq. Dəyişikliklə ölkəyə yüksək ixtisaslı kadrların cəlb edilməsi, onların Azərbaycanda uzunmüddətli fəaliyyətinin təşviq edilməsi və rəqəmsal iqtisadiyyatın inkişafının sürətləndirilməsi hədəflənir.

Layihədə həmçinin bu kateqoriyadan olan şəxslərin Azərbaycanda işləməsi və yaşaması üçün hüquqi mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur. Belə ki, onların müvəqqəti yaşamaq icazəsinin verilməsi və müddətinin uzadılması ilə bağlı yeni qaydalar tətbiq ediləcək ki, bu da xarici mütəxəssislərin ölkədə fəaliyyətini asanlaşdıracaq.

Qanun layihəsinin məqsədi beynəlxalq əmək bazarında rəqabət qabiliyyətli mühit formalaşdırmaq, yüksək ixtisaslı İT mütəxəssislərini Azərbaycana cəlb etmək, xaricdə yaşayan azərbaycanlı peşəkarların ölkəyə qayıdışını stimullaşdırmaq və informasiya texnologiyaları sektorunun inkişafını dəstəkləməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 İyun 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri