Icma.az
close
up
RU
Azərbaycana gətirilən avtobillərin sayı açıqlandı ORTA QİYMƏTLƏR

Azərbaycana gətirilən avtobillərin sayı açıqlandı ORTA QİYMƏTLƏR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

2024-cü ildə Azərbaycan 91838 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib ki, bu da ümumilikdə 1 milyard 844 milyon 157 min dollar dəyərində olub. 

Modern.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil idxalı ümumilikdə 9,7% artıb, lakin bəzi kateqoriyalarda 4,3% azalma müşahidə olunub.

İl ərzində 10 nəfər və daha çox adam daşımaq üçün nəzərdə tutulan motorlu nəqliyyat vasitələrinin idxalı 2,5 dəfə artaraq 405 ədədə (68,065 milyon ABŞ dolları dəyərində) çatıb. Əsasən adam daşımaq üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 6,5% azalıb və 82434 ədəd (1 milyard 566,604 milyon ABŞ dolları dəyərində) olub. 

Elektrikli nəqliyyat vasitələrinin idxalı da nəzərə çarpan artım nümayiş etdirib. Daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən 26,197 avtomobil (679,49 milyon ABŞ dolları dəyərində) idxal edilib. Yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin sayı isə 3027 ədəd (12 606 milyon ABŞ dolları dəyərində) olub. Elektrik və daxili yanma mühərriki ilə işləyən avtomobillərin idxalı 85,8% artıb, yalnız elektrik mühərriki ilə hərəkət edənlərin sayı isə 2,4% azalıb.

Yük daşımaq üçün nəzərdə tutulan mühərrikli nəqliyyat vasitələrinin idxalı da artıb. Bu növ avtomobillərin idxalı 15,7% artaraq 8,430 ədəd (141,026 milyon ABŞ dolları dəyərində) olub. Xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 53,8% artaraq 569 ədəd (68,461 milyon ABŞ dolları dəyərində) təşkil edib.

10 nəfər və daha çox adam daşımaq üçün nəzərdə tutulan motorlu nəqliyyat vasitələrinin orta qiyməti 168 min 802 dollar, əsasən adam daşımaq üçün nəzərdə tutulan minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin orta qiyməti 19 min dollar, daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə işləyən avtomobillərin orta qiyməti: 25 min 953 dollar, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin orta qiyməti 40 min 163 dollar olub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Yanvar 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri