Icma.az
close
up
RU
Avropanın nüfuzlu innovasiya platforması “Tenity” Azərbaycana gəlir

Avropanın nüfuzlu innovasiya platforması “Tenity” Azərbaycana gəlir

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Avropanın tanınmış akselerasiya və inkubasiya mərkəzi olan “Tenity” ilə əməkdaşlığa başlayıb.

Əməkdaşlıq çərçivəsində Azərbaycanın fintex yönümlü startapları üçün nəzərdə tutulmuş iki hakaton və bir inkubasiya proqramı həyata keçiriləcək. Bu proqramlarda Azərbaycan startapları ilə yanaşı, digər ölkələrin də startapları iştirak edə biləcək. 

İRİA-nın  İdarə Heyətinin sədri Fərid Osmanov proqramların yerli ekosistem üçün önəmini vurğulayıb: “Biz İRİA olaraq yerli startaplarımızın maliyyələşmə və bazar əlçatanlığını artıran proqramları dəstəkləməyə davam edirik. Hesab edirəm ki, bu proqramlar da ölkəmizdə fəaliyyət göstərən bir çox fintex yönümlü startaplar üçün inkişaf baxımından güclü dönüş nöqtəsi ola bilər”.

Belə ki, ilk olaraq reallaşdırılan hakaton proqramına hazırda müraciət qəbulu aktivdir. Noyabrın 14-16-sı tarixlərində baş tutacaq hakatonda yerli startaplar beynəlxalq ekspertlərin təlimlərində iştirak edəcək, həmçinin mentorluq dəstəyindən faydalana biləcəklər. Bununla yanaşı, “Tenity”nin əlaqəli olduğu investorlarla görüşlər də təşkil ediləcək. 

Bu hakaton proqramına fintex sahəsində fəaliyyət göstərən və ya bu sahəyə maraq göstərən 18 yaşdan yuxarı şəxslər tərəfindən təsis edilmiş və ya ideya mərhələsində olan startaplar qoşula bilər. Proqramın sonunda ən yüksək nəticə göstərən üç komanda pul mükafatına layiq görüləcək. Hakatona müraciət etmək istəyənlər bu keçiddən istifadə edə bilər. Son müraciət tarixi: 7 noyabr, 2025-ci il.

Hakatonla yanaşı, fintex startapları üçün inkubasiya proqramına müraciət qəbulu da başlayıb. Dörd ay davam edəcək bu inkubasiya proqramı ideyaları və prototipləri miqyaslana bilən biznesə çevirməyi həfədləyən startaplar üçün gərəkli olan mentorluq, ekspert dəstəyi və investor şəbəkəsinə çıxış imkanları ilə təmin edəcək. Proqramın yekununda startaplar öz layihələrini “Demo Day” tədbirində təqdim edəcək. 

İnkubasiya proqramına erkən mərhələdə olan fintex startapları bu keçid vasitəsilə müraciət edə bilər. Son müraciət tarixi: 12 dekabr, 2025-ci il.

Qeyd edək ki, “Tenity” 2015-ci ildə İsveçrədə təsis edilib. Hazırda Zürix, Madrid, London, İstanbul, Sinqapur və Tallin olmaqla 6 şəhərdə fəaliyyət göstərir.

Mərkəz, əsasən, “fintech”, “insurtech”, “regtech”, “Web3”, blockçeyn, tokenləşdirmə və süni intellekt kimi sahələrdə erkən mərhələ startaplara dəstək verir.

Akselerasiya və inkubasiya proqramları vasitəsilə startaplar üçün mentorluq, korporativ əlaqələr, investorlara çıxış və bazar imkanları yaradılır. İndiyədək “Tenity” startaplara 300 min avroya qədər investisiya yatırımına nail olub, 1600-dən çox startap “Tenity” ekosistemindən faydalanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri