Azərbaycana qanuni yolla gəlib, qanunsuz yollarla çıxmağa cəhd etdi və cəzalandırıldı
Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, 36 yaşlı Ərən Cihat Azərbaycana Naxçıvan Muxtar Respublikası istiqamətindən - “Sədərək” sərhəd nəzarəti məntəqəsində qanuni şəkildə sənədlərini təqdim edərək daxil olub. Lakin o, ölkəni Bakıda hava limanında tərk edərkən saxta pasport təqdim edib. Bu zaman sərhəd nəzarət şöbəsinin əməkdaşı pasportun saxtalığından şübhələnib. Yoxlama zamanı şübhələr təsdiqlənib və Ərən Cihat saxlanılıb.
Araşdırmalar zamanı aydınlaşıb ki, o, Azərbaycana gələrkən şəxsiyyət vəsiqəsini təqdim edib. İki ölkənin vətəndaşları şəxsiyyət vəsiqəsi ilə gedib-gələ bilirlər. O, Ərən Cihat Azərbaycanı tərk edəndə aeroportda da şəxsiyyət vəsiqəsini təqdim edib. Lakin ondan pasportu tələb olunub. Çünki o, Bakıdan Türkiyə qayıtmırmış. Əgər Türkiyəyə qayıtsaydı, yenə də şəxsiyyət vəsiqəsindən istifadə edə bilərdi. Lakin o, “Bakı-Batumi” aviareysi ilə Gürcüstana getmək istəyirmiş. Belə olan halda isə Türkiyə vətəndaşı Bakıdan şəxsiyyət vəsiqəsi ilə Gürcüstana gedə bilməz. Bu səbəbdən sərhəd nəzarəti şöbəsinin əməkdaşı ondan pasportunu istəyib.
Ərən Cihat bildirib ki, saxta pasportu İstanbulda Mehmet adlı şəxsdən 7000 lirəyə almışdı.
Xəzər Rayon Məhkəməsi Ərən Cihatı Azərbaycan sərhədini qanunsuz keçməyə cəhd və saxta sənəddən istifadə ittihamları ilə təqsirli bilib, onun 9 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 21 Noyabr 2025 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















