DGK: Ötən il Azərbaycana qanunsuz yollarla 7 milyondan artıq siqaretin gətirilməsinə cəhd edilib
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2024-cü ildə qanunsuz yollarla Azərbaycana gətirilməsinə cəhd göstərilən 7 milyondan artıq siqaret aşkar edilib.
"Report" bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Məlumata əsasən, gömrük orqanları tətəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü il ərzində aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 7 milyon 256 min 037 ədəd xaricdə istehsal olunan siqaretlər, 13 min 266 litr spirtli içkilər, 105 min 721,715 litr energetik içkilər, həmçinin aksiz markalarının tətbiqi qaydalarının pozulması halları ilə əlaqədar Azərbaycanın aksiz markası ilə markalanmış 292 litr spirtli içki saxlanılıb.
Eləcə də, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1 milyon 760 min ədəd aksiz markası ilə markalanmamış və ya məcburi nişanlanma ilə nişanlanmamış tütün məmulatları və 300 min ədəd saxta aksiz markaları da qanunsuz dövriyyədən götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 13 Yanvar 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















