Icma.az
close
up
RU
Azərbaycana qarşı düşmənçiliyin tarixi kökləri, erməni vandalizmi və ədalətin bərpası 44 gündə qazanılan qələbənin yaratdığı reallıq KONKRET

Azərbaycana qarşı düşmənçiliyin tarixi kökləri, erməni vandalizmi və ədalətin bərpası 44 gündə qazanılan qələbənin yaratdığı reallıq KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları hələ ötən əsrin əvvəllərindən başlayıb. Zaman-zaman öz havadarlarına arxalanan Ermənistan Azərbaycan torpaqları hesabına ərazilərini genişləndirməyə nail olub. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra əvvəlcə İrəvan şəhəri ermənilərə güzəştə gedilib. Daha da azğınlaşan ermənilər Azərbaycanın digər ərazilərinə iddia etməyə başlayıblar. Naxçıvan, Dərələyəz, Zəngəzur, Qarabağ və Göyçəni ələ keçirməyə cəhd edən Ermənistan, yalnız öz istəyinə bolşevik Rusiyasının Azərbaycanı işğalından sonra çatıb. Məhz bolşevik Rusiyasının müdaxiləsindən sonra Dərələyəz, Zəngəzur və Göyçə Ermənistana birləşdirilib. Bununla da, öz müstəqilliyini 9 min kv.km ərazidə elan edən Ermənistan, ərazilərini daha 20 min kv.km artıraraq 29 min kv. km-ə çatdırıb.

70 il SSRİ-nin tərkibində birgə yaşadığımız illərdə də Ermənistan Azərbaycandan torpaq qoparmaq üçün səylər göstərib. Dəfələrlə Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsi haqqında SSRİ rəhbərliyi qarşısında məsələ qaldırılıb. Amma həmin dövr Azərbaycana rəhbərlik edən Heydər Əliyevin səyi nəticəsində ermənilərin bu istəyi baş tutmayıb. Heydər Əliyev SSRİ rəhbərliyində təmsil olunanda isə ermənilər bu məsələni bir dəfəlik bağlayıblar. Yalnız 1987-ci ilin payızında  ümumimilli lider istefaya göndərildikdən sonra ermənilərin fəallaşması müşahidə olunub. Heydər Əliyevin SSRİ rəhbərliyindən istefasından cəmi bir neçə ay sonra ermənilər Azərbaycana ərazi iddiaları irəli sürüblər. Daha sonra hadisələr bir-birini əvəz edib və Azərbaycan əraziləri işğala məruz qalıb. 1988-ci ildən başlayan münaqişə 1992-ci ildə müharibə mərhələsinə qədəm qoyub. Ermənistan xarici havadarlarının köməyi ilə Azərbaycanın 20% ərazisini işğal edib. Bir milyona yaxın insan öz doğma yurd-yuvasından didərgin düşüb və ağır şəraitdə yaşamağa məcbur olub. Sülh danışıqlarında vaxt udmaqla düşmən ölkə işğalı qanuniləşdirmək niyyətində idi. Bu işdə onlara ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də yaxından dəstək verirdilər. Onlar Azərbaycanı işğalla barışmağa, Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmağa çalışırdılar.

Nəhayət, 2020-ci ildə Azərbaycanın səbr kasası doldu və 30 il işğal altında qalan ərazilərin azad olunmasının vaxtı çatdı. 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə irəli atılan Azərbaycanın şanlı ordusu düşməni darmadağın etdi. Cəmi 44 günə Qarabağ işğaldan azad edildi. Azərbaycan ordusunun qazandığı tarixi qələbə böyük əks-sədaya səbəb oldu. Azərbaycanın dostları bu zəfərə sevindi, düşmənlər isə ölkəmizə qarşı qərəzli mövqeyini davam etdirdilər. 44 gün ərzində bütün dünyanın diqqəti Azərbaycana yönəldi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya savaşında hər kəsin cavabanı verdi. Dünyanın 30-a yaxın informasiya vasitəsinə müsahibə verən Ali Baş Komandan, Ermənistanın törətdiyi vəhşiliklərdən danışır, Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla sübut edirdi.

 Ordumuz isə hücumdaydı. Cənub istiqamətindən başlayan həmlələr düşməni çaş-baş salmışdı və yenilməz Azərbaycan əsgəri əvvəlcə Cəbrayılı, Hadrutu, Füzulini azad etməklə Şuşaya gedən yola nəzarəti ələ keçirmişdi. Nəhayət, 2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildi. Bir gün sonra isə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bununla da, Qarabağın işğalına son qoyuldu.

İşğal dövründə ermənilər Qarabağdakı maddi-mədəni abidələrimizi yer üzündən silib və məscidlərimizi darmadağın edib. Yüzlərlə şəhər və kənd dağıdılıb. Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl, Ağdam və Füzuli kimi böyük  şəhərlərdən əsər-əlamət qalmayıb. İri qəsəbələr xarabalığa çevrilib. Bir sözlə vandallar daş üstündə daş qoymayıblar. Ətraf əraziləri minalayan düşmən, bununla Azərbaycana daha böyük zərbə vurmağı planlaşdırıb. Bu günə kimi 300-dən çox insan minaların qurbanı olub.

 Qarabağda yaşayan ermənilər isə özlərini yenidən Ermənistan vətəndaşı kimi aparır və Azərbaycana tabe olmaq istəmirdilər. Separatçılar silahlandırılır, Ermənistan onlara hərbi dəstəyini davam etdirirdi. Onlara dəfələrlə silahı yerə qoymaq təklif olunsa da separatçılar öz mövqelərindən geri çəkilmirdilər. Nəhayət 2023-cü il sentyabrın 19-da Qarabağda antiterror tədbirlərinə start verildi və Azərbaycan ərazisində olan sonuncu separatçı da zərərsizləşdirildi. Cəmi 23 saat davam edən əməliyyatlardan sonra Azərbaycan öz suverenliyini tam bərpa olundu. İndi Azərbaycan ordusu ölkəmizin bütün sərhədlərinə nəzarət edir. Bəzi hallarda Ermənistandan revanşist bəyanatlar eşidilsə də onlar Azərbaycan ordusunun gücünü bildiyindən bir daha sərhədlərimizə yaxınlaşmağa cürət etməzlər. Həmişə olduğu kimi dəmir yumruq yerindədir!

Vəli Həsənoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mövzusuna uyğun olaraq dərc edilir”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see180

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see175

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see165

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see150

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see145

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri