Icma.az
close
up
RU
Azərbaycana qarşı hərbi əməliyyat? “Bu qərarı verəcək adam hələ doğulmayıb”

Azərbaycana qarşı hərbi əməliyyat? “Bu qərarı verəcək adam hələ doğulmayıb”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Rusiya Ukraynada Azərbaycana bağlı enerji obyektlərinə zərbələr endirməkdə davam edərsə, rəsmi Bakı Ukraynaya silah tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsini nəzərdən keçirməyə başlayacaq. 

Bu barədə yerli KİV məlumat yayıb. Xatırladaq ki, 8 avqustda Rusiyanın Ukraynanın Odessa vilayətində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neft bazasına zərbə endirib. Hücum nəticəsində yanğın baş verib və dizel borusu zədələnib. 

Dörd şirkət əməkdaşı xəsarət alıb - onların hamısı ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Bundan əvvəl isə Orlovka yaxınlığında, Azərbaycan qazının keçməli olduğu qazpaylayıcı stansiya Rusiyanın hücumu nəticəsində zədələnib. 

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycan Ukraynanın haqq işini ilk gündən dəstəkləyir: 

“Ancaq Azərbaycanın Ukraynaya silah embarqosunu ləğv edəcəyinə dair məlumatları inandırıcı hesab etmirəm. Ümumiyyətlə, Ukraynaya lazım olan bütün silah-sursat Qərbdən gəlir. Onların kifayət qədər silahı var və bizim yardımımıza ehtiyac yoxdur. Məgər, Azərbaycan Ukraynaya “Patriot” raketləri verəcək? 

Biz bu gün Ukraynaya lazım olan bütün yardımları edirik. Hətta 44 günlük Vətən müharibəsindən sonra Ukrayna Müdafiə Nazirliyinin böyük bir heyəti ölkəmizə gəlmişdi. Onlar o zaman dron istehsalı, ondan istifadə və digər başqa məsələlərdə təcrübələrimizi öyrəndilər”. 

Ekspert qeyd edib ki, Rusiyanın Azərbaycanın Ukraynadakı obyektlərinə zərbələr endirməsi qəbuledilməzdir:

“Bu, onların növbəti vəhşiliyidir. Əlbəttə ki, Moskva buna görə cavab verməlidir”. 

Üzeyir Cəfərov jurnalist Vladimir Solovyovun sərsəm açıqlamasına da münasibət bildirib: 

“Başdanxarab rusiyalı jurnalist Vladimir Solovyov Azərbaycana qarşı xüsusi hərbi əməliyyat aparmağa ehtiyac olacağını deyib. Görün o, nə qədər xəstə və anormaldır. Guya Ukraynada xüsusi əməliyyat aparıb, nəyəsə nail olublar, indi də Azərbaycanı hədələyirlər. Hələ Rusiyada Azərbaycana qarşı hərbi əməliyyata başlamaq qərarını verəcək adam doğulmayıb. Bunlar isə onu bilmirlər”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Rusiya Azərbaycan Ukrayna Üzeyir Cəfərəov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Avqust 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see307

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see165

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see148

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see136

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see132

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see132

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see131

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see129

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see129

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri