Azərbaycana qarşı qara kampaniya aparan qüvvələr hansısa güc mərkəzləri tərəfindən idarə olunur
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu fikirləri Bizimyol.info xəbər portalına açıqlamasında diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk qardaş Türkiyədə Azərbaycana qarşı aparılan qara kampaniyaya münasibət bildirərkən qeyd edib.
Elnur Eltürk
“Bunlar hansısa güc mərkəzləri tərəfindən idarə olunan xəttə oxşayır. Məqsəd Azərbaycana qarşı qara kampaniya aparıb, iki ölkə arasında mövcud olan bağları zəiflətməkdir. Başqa səbəblər ola bilər. Ən əsas səbəb, Azərbaycana və onun yürütdüyü siyasi xəttə qarşıdır. Bu məqam diqqətdən yayına bilməz. Həmin qüvvələr güc mərkəzləri tərəfindən idarə olunurlar və lazım olan məqamda da dövriyyə girirlər. Bu gün imkan verməməliyik ki, iki ölkə arasında olan körpülərə ziyan gəlsin. Çünki illərdir ki, münasibətlərimiz güclü təməlli üzərində qurulub. Bu həm də xoşagəlməz tendensiya yarada bilər. Bu gün iki ölkənin liderləri münasibətləri elə bir səviyyədə qoruyurlar ki, hansısa qüvvələrin planları iflasa uğrayacaq”-deyən ekspert bildirib ki, sadəcə olaraq onların apardıqları iyrənc kampaniya ürək bulandırmaqdan başqa bir şey deyil.
İradə Cəlil, Bizimyol.info


