Icma.az
close
up
RU
Azərbaycana qarşı yeni dəhliz? Bakıdan GÖZLƏNTİ

Azərbaycana qarşı yeni dəhliz? Bakıdan GÖZLƏNTİ

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Gözlənilirdi ki, Azərbaycanın haqqında çox danışdığı Orta Dəhlizə Rusiyadan hansısa alternativ təşəbbüs olacaq. Siz deməyin bu ilin iyul ayında prezident Putin Rusiyadan Çinə Yeni Transaltay Orta Nəqliyyat Marşrutu deyilən dəmiryolu layihəsinin işlənməsi barədə tapşırıq veribmiş...”

Bu sözləri politoloq Aydın Quliyev öz feysbuk səhifəsində yazıb.

A.Quliyev daha sonra qeyd edib: “Təxminən 1100 kilometrlik dəmiryolu Rusiya ilə Çinin şimal-qərb sərhəddində 55 kilometrlik ərazidən keçəcək. Bu ərazi Qazaxıstanla Monqolustanın arasındadır və əslində bu iki ölkəni ayırır.. Tam açıq deyiblər ki...

1. Dağlıq Altaydan keçən Yeni Transaltay Orta Nəqliyyat Marşrutu Qazaxıstandan yan keçməlidir. Çünki Qazaxıstan Avropaya Rusiyadan yan keçən marşrutlar axtarır. Bu Qazaxıstana cavabdır.

2. Yeni Transaltay Orta Nəqliyyat Dəhlizi dedikləri bu dəmiryolu Azərbaycanın məşhur və haqqında çox danışdığımız Orta Dəhlizinə alternativ olmalıdır.

Müqayisə üçün rəqəmlər də gətirirlər. Yazırlar ki, son 3 ildə Azərbaycanın Orta Dəhlizi üzərindən Çindən Avropa istiqamətinə daşımalar 800 min tondan 4,5 milyon tona çatıb və 2030- cu ilə kimi 10 milyon tona çatacaq. Həqiqətən cəlbedici rəqəmlərdir. Rusiyada düşünürlər ki, bu qədər yük niyə Qazaxıstan və Azərbaycanın üzərindən keçsin?! Elə Rusiyanın öz üzərindən keçsə pis olar?!

Hələlik bu marşrut Rusiya-Çin-Rusiya daşımaları üçün nəzərdə tutulur. Ancaq Rusiya sanksiyalardan qurtaran kimi Yeni Transaltay Orta Nəqliyyat Dəhlizi Çin-Rusiya-Avropa və əksinə marşrut üzrə işləyəcək. Bu da Azərbaycana cavabdır”.

Yeni Transaltay Orta Nəqliyyat Dəhlizi Orta Dəhlizə alternativdirmi? Bu logistika gələcəkdə Rusiya-Çin-Avropa yoluna çevrilə bilərmi və Azərbaycanın narahatlığına əsas varmı?

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, bunu “Orta Dəhlizin yaxın zamanda sıradan çıxması təhlükəsi” kimi yox, Rusiyanın Orta Dəhlizə paralel və müəyyən şərtlər daxilində rəqib ola biləcək yeni marşrut yaratmaq cəhdi hesab etmək mümkündür: “Hazırda söhbət reallaşmış layihədən yox, Rusiya hökumətinin araşdırdığı Transaltay dəmir yolu layihəsindən gedir. Məlumatlara görə, Putin iyulun 27-də yeni “Orta nəqliyyat dəhlizi” konsepsiyasının işlənməsi barədə tapşırıq verib. Dörd marşrut variantı nəzərdən keçirilir və onların uzunluğu təxminən 825-1123 km arasında dəyişir. Marşrutun Çin ərazisindəki hissəsi də nəzərdə tutulur. Rusiya-Çin sərhədində isə Altayda Qazaxıstan və Monqolustan arasındakı təxminən 55 kilometrlik birbaşa sərhəd sahəsindən istifadə imkanına baxılır. Rusiya mediasında nəzərdə tutulan layihənin məqsədlərindən birinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna-Orta Dəhlizə rəqabət yaratmaq olduğu iddiaları var. Əgər Transaltay dəmir yolu tikilərsə, Çin-Rusiya yükdaşımalarının yeni birbaşa quru bağlantısı yaranacaq. Hazırda layihənin ilkin iqtisadi məntiqi daha çox Sibirdən Çinə kömür və digər xammal ixracının artırılması, həmçinin BAM və Transsibir magistralının yükünü azaltmaqla əlaqələndirilir. Lakin gələcəkdə sanksiyaların əhəmiyyətli hissəsi aradan qalxarsa və Rusiya ilə Avropa arasında ticarət bərpa olunarsa, nəzəri olaraq Çin-Transaltay-Rusiya-Belarus-Polşa və ya digər Şərqi Avropa bağlantılarından ibarət Avropa nəqliyyat zənciri meydana gələ bilər”.

Partiya sədri hesab edir ki, Transaltay layihəsi Azərbaycan üçün hələlik təhlükə deyil, amma strateji xəbərdarlıq siqnalıdır: “Rusiya bu layihə ilə Çinlə birbaşa quru əlaqəsini gücləndirmək və gələcəkdə Şimal-Cənub yox, faktiki olaraq Şərq-Qərb istiqamətində də öz tranzit rolunu bərpa etmək istəyir. Sanksiyalar aradan qalxarsa, Çin-Rusiya-Avropa dəmir yolu xəttinə çevrilməsi mümkündür. Buna görə Azərbaycanın ən düzgün cavabı layihəyə etiraz etmək yox, Orta Dəhlizi elə gücləndirməkdir ki, gələcəkdə Rusiya marşrutu açılsa belə, yük sahibləri Azərbaycan üzərindən keçməyə iqtisadi və logistika baxımından üstünlük versinlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Sentyabr 2026 08:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri