Icma.az
close
up
RU
Azərbaycana Suriyadan gələnlərin sayı azalıb, rusiyalıların sayı artmaqda davam edir

Azərbaycana Suriyadan gələnlərin sayı azalıb, rusiyalıların sayı artmaqda davam edir

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkəyə gələn əcnəbilərin sayı ilə bağlı mütəmadi statistika paylaşılır. Sayın zamanla yalnız artdığı xüsusi qeyd olunur. Təəssüf ki, statistika müfəssəl olmadığından, əcnəbilərin səfərləri hansı istiqamətlər üzrə təyin etdiyini dəqiq bilmirik. Düzdür, turizm məqsədilə səfər edənlər üçün ayrıca sütun açılıb. Amma bunun həqiqəti nə qədər əks etdirdiyini bilmək olmur. Çünki ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlər statistikaya ciddi təsir göstərir.

Bizimyol.info xəbər verir ki, rəsmi rəqəmlər 2024-cü ildə dekabra qədər Azərbaycana 2 milyon 412 min əcnəbinin gəldiyini bildirir. Gələnlərin 1 milyon 709 min nəfərinin məhz turizmə görə bizim ölkəni seçdiyi qeyd olunub. Ola bilər ki, rəqəmlər həqiqəti əks etdirir, buna bir söz demirik. Təkcə COP29 tədbiri ümumi göstəricilərin artmasında böyük rol oynayıb.

Bir neçə ölkədən gələnlərin sayında azalma var. Ən çox diqqəti Suriya vətəndaşları çəkir. Onların sayında 13 faiz azalma gözə dəyir. İndi səbəb kimi ölkənin keçmiş rəhbəri Bəşər Əsədin Moskvaya qaçmasını göstərmək olmur. İndidən proqnozlaşdırmaq olar ki, zamanla sayda artım gözləməyə dəyməz. Çünki xaricdə yaşayan suriyalılar kütləvi şəkildə vətənə qayıtmağa başlayıb. Nümunə kimi Türkiyəni göstərmək olar. Əlbəttə, Suriya vətəndaşları Azərbaycanda yaşayış hüququ almamışdı. Burada köç ehtimalı yoxdur. Hər halda, suriyalıların turist səfərləri çox gözlənilən deyil.

Qətər, İsrail və Belarusdan gələnlərin sayı da azalıb. Ən çox artım İraq, Hindistan və İspaniya vətəndaşları ilə bağlı qeydə alınıb. Xüsusilə, hindistanlılar Azərbaycanı yaşayış yeri kimi seçirlər. Rəsmi statistikada bu haqda xüsusi danışılmasına ehtiyac var. Çünki cənub-şərqi asiyalıların Azərbaycana yaşayış yeri kimi marağı sirr deyil. Doğrudur, Hindistan və Pakistan vətəndaşlarının bizim ölkəyə turist səfərləri az olmur. Lakin daha çox burada məskunlaşmaq haqqında düşünürlər.

Rusiya vətəndaşlarının ümumi statistikada çəkisi böyük olaraq qalır. Şimal ölkəsindən gələnlərin sayı az qala hər il artır.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Yanvar 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri