Icma.az
close
up
RU
Azərbaycana ürəyi ağrıyan Kalaşnikov Müavini Zatulinə niyə bir şapalaq çəkmir?

Azərbaycana ürəyi ağrıyan Kalaşnikov Müavini Zatulinə niyə bir şapalaq çəkmir?

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı-Moskva münasibətlərində daha bir təlatümlü dövr hələ ki, arxada qalmayıb. Müəyyən pozitiv simptomlar olsa da, belə görünür, əvvəlki “status-kvo” durumuna qayıdışa çox var. Baş səbəb bəlli: tibbi dillə desək, bir xəstəliyin kardinal müalicəsi üçün öncə onun düzgün diaqnozu qoyulmalıdır. Yəni etiologiyası, mənbəyi müəyyən edilməlidir.

O da ki, ötən ilin dekabrına – AZAL təyyarəsinin Qroznı səmasında vurulduğu tarixə gedib çıxır. O vaxt Rusiya tərəfi uzaqgörənlik eləsəydi, Azərbaycanla tərəfdaşlığın dəyərini düzgün hesablasaydı, nəhayət, 22 fevral (2022) Moskva Bəyannaməsinə “ruhuna” sayğılı olsaydı, xülasə, qəza ilə bağlı gərəkənləri etsəydi, indi vəziyyət bu həddə çatmazdı. Bəlkə heç Yekaterinburq olayları da baş verməz, yaxud yaşansaydı belə, Azərbaycan cəmiyyətində bunca qıcıq yaratmazdı...

Şübhəsiz, Rusiyada da iki qonşu arasında münasibətlərin 7 ay əvvəlki kimi dost xarakterli qalmasında səmimi şəkildə maraqlı olanlar, ədalət hissini itirməyənlər, mövcud durumdan üzülənlər var. Onlardan biri də Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri, Azərbaycana münasibətdə obyektivliyi ilə tanınan Leonid Kalaşnikovdur.

“Son həftələrdə baş verənlər Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olmasını istəyənlər, özlərini bu mövzuya həsr edənlər, dövlətlərimizin sabit inkişafı və qüdrətini müdafiə edənlər arasında ciddi narahatlıq yaratmaya bilməz”.
Kalaşnikov bunu “Moskva-Bakı”ya müsahibəsində deyib (Axar.az).

Komitə sədrinə görə, hər zaman olduğu kimi, yaranmış vəziyyətdən qazanc əldə etməyə, hansısa siyasi xal qazanmağa çalışanlar var ki, günahı gah birinə, gah da digərinin üzərinə yıxmağa çalışırlar: “Belə oyunların əleyhinəyəm. Çünki bilirəm ki, Rusiya ilə Azərbaycanın, Putinlə Əliyevin əslində necə münasibətləri var. Bu vəziyyətdə ürəyim qan ağlayır. Axı bizim ölkələrimiz bir-birinə çox mehribandır. Liderlərimiz arasında çox səmimi münasibətlər var. Son illər münasibətlərimizdə müsbət irəliləyişlər sevindirməyə bilməzdi”.

O səbəbə deputat haqlı olaraq hesab edir ki, münasibətlərimizdə olanları dəyərləndirməliyik. “Ola bilsin, bu sözlər bəzilərinə bəsit görünər, amma məncə, yalnız iki nəfər sakit, düşünülmüş və istənilən problemi bacarıqla həll etməyə qadirdir. Onlar ən çətin anlarda belə vaxt tapıb telefonu götürüb, bir-birinə zəng edib bütün məsələləri həll ediblər. Heç bir qüvvə dostluğumuza təsir edə bilməz. İstər Rusiyada, istərsə də Azərbaycanda heç bir millətçilik istəkləri bizim yaxşı münasibətlərimizi, insani bağlarımızı kəsə bilməyəcək. Mən buna tam əminəm”, - siyasətçi əlavə edib...

Qulağa xoş gələn sözlərdir. Hərçənd indi sözdən çox əmələ ehtiyac var. Məsələn, Kalaşnikov “yaranmış vəziyyətdən qazanc əldə etməyə, hansısa siyasi xal qazanmağa çalışanların” olduğunu deyir. Ancaq onlardan biri elə Dumada onun böyründə oturub. Komitə sədrinin 1-ci müavini, Azərbaycan düşməni Konstantin Zatilini deyirik.

Ocağı sönməyə qoymayan, daim ora yağ tökən bu ermənipərəst yaramaz və rus şovinisti neçə həftədir yenə gözünü yumub ağzını açıb. Əleyhimizə şər-böhtan, hədə yağdırır. Görəsən cənab Kalaşnikov öz müavininə bununla bağlı hansısa irad bildiribmi? Ona siyasi anlamda bir şapalaq çəkibmi ki, özünü yığışdır?

O ki qaldı problemin çözümü üçün iki liderin dəstəyi götürüb bir-birinə telefon açmasına, bunu öncə hansı tərəfin etməli olduğu gərək ki, bəlli...

/Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 İyul 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri