Icma.az
close
up
RU
Azərbaycançılıq milli birlik və davamlı inkişaf üçün möhkəm zəmin

Azərbaycançılıq milli birlik və davamlı inkişaf üçün möhkəm zəmin

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Qədim dövrlərdən günümüzə qədər Azərbaycan xalqının yaradıb-ortaya qoyduğu adət-ənənələri, milli-mənəvi dəyərləri, etnik-siyasi və psixoloji xüsusiyyətləri özündə cəmləşdirən Azərbaycançılıq ideologiyası mükəmməl bir düşüncə-əməl sistemidir. Tarixin inkişaf prosesinə nəzər yetirdikdə azərbaycançılıq məfkurəsi Azərbaycan ərazisində yaşamış yerli və gəlmə etnosların həyatının ictimai təkamülü haqqında təbii inamlara, mifoloji baxışlara söykənən fikir forması kimi meydana çıxıb. Məlumdur ki, ideoloji dəyərlərin yaranması, inkişafı və formalaşmasında Vətən, məkan anlayışının böyük rolu var. Məhz tarixin ilk dövrlərində azərbaycançılıq məfkurəsi bir tərəfdən mənəvi və dini-fəlsəfi mahiyyət daşıyırdısa, digər tərəfdən siyasi-coğrafi məfhumla qırılmaz sürətdə bağlı idi.

Millət vəkili Sevinc Hüseynovanın sözlərinə görə, azərbaycançılıq ideologiyası milli özünü dərk, milli kimlik üzərində formalaşan dəyərlər sistemidir. Bu mənada azərbaycançılıq təkcə Azərbaycanda yaşayan azərbaycanlıları və ya etnik xalqları əhatə etmir. Bu, eyni zamanda harada yaşamasından və hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Milli mənsubiyyət və dinindən asılı olmayaraq Azərbaycana mənən və fiziki cəhətdən bağlı olan və onun nüfuzunu hər zaman şərəflə uca tutan hər bir şəxs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Ümummilli lider, böyük dövlət xadimi Heydər Əliyev deyirdi: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır".

Bu mənada Azərbaycan xalqı hər zaman öz milli kimliyi, birliyi, həmrəyliyi ilə örnək, nümunə olub. Tarixin ən çətin dövrlərində belə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı vətən, dövlət, torpaq naminə birlik nümayiş etdirib: müstəqilliyi bərpa etmək, torpaqlarımızı yadelli işğallardan qorumaq üçün atılan addımlar bu gün tariximizin şanlı səhifələrindən bir kimi yüksək səviyyədə hörmət və ehtiramla qeyd edilir: "1989-cu ilin dekabrından başlanan hərəkat daha sonra özünün xarakterinə görə, azadlıq, müstəqillik mahiyyəti kəsb etməyə başladı. Xalq öz milli kimliyini bir daha ortaya qoydu. Ulu öndər Heydər Əliyev vurğulayırdı ki. "Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır". Tarixin sonrakı dövrlərində baş verən hadisələr və xalqımızın başına gətirilən faciələr bizim bir xalq olaraq milli özünü dərk prosesindən keçərək milli kimliyimizə sahib olmamızı zəruri edirdi".

Millət vəkili hesab edir ki, azərbaycançılıq məfkurəsinin formalaşması birmənalı olaraq Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu öndər heç də təsadüfən vurğulamırdı ki, "Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik". Dahi şəxsiyyət azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Ulu öndər Heydər Əliyev hələ respublikamıza birinci rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı".

Millət vəkili bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Ümummilli lider Heydər Əliyevin xalqımız üçün göstərdiyi misilsiz xidmətlərindən biri də onun, hər bir xalqın varlığını təsdiq edən başlıca amil, milli mənəvi dəyərlərini yaşadan, mənəvi sərvəti olan ana dilinin qorunub saxlanması və inkişafı sahəsində olan fəaliyətidir: "Tarix üçün o qədər də böyük zaman kəsiyi hesab olmayan, təxminən onillik bir müddətdə görkəmli dövlət xadimi həqiqətən böyük tarixi olan vacib işləri həyata keçirib. İlk növbədə Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR-in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) öz əksini tapıb, Moskvanın etirazlarına baxmayaraq, ölkədə rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Azərbaycandilli məktəbin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün dövlət rəhbərliyi əlindən gələni edib, Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazıb, Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları - "Azərbaycan", "Ulduz" jurnalları, "Ədəbiyyat və incəsənət" qəzeti Azərbaycan dilində nəşr edilib. Eyni zamanda Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılıb, həmin çoxcildliklərdən biri - ali məktəblər üçün "Müasir Azərbaycan dili" dərsliyi Azərbaycan Dövlət mükafatına layiq görülüb, ana dilini araşdıran alimlərin əməyi yüksək qiymətləndirilməklə, əslində, ana dilinin nüfuzu bir daha təsdiq edilib. Bu həm də, anadilli ədəbiyyatın inkişafına və Azərbaycan ədəbiyyatı klassiklərinin təbliği imkan yaratdı. Həm rəsmi, həm də qeyri-rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktik olaraq ana dilinin ictimai-siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib, başqalarına nümunə olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hazırlayıb həyata keçirdiyi dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub".

Sevinc Hüseynovaya görə, bu gün güclü və qalib Azərbaycanın qarşısında çox mühüm vəzifələr dayanır: "Azərbaycanı yox olmaqdan parçalanmaqdan xilas edən Ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsi ilə suverenliyimizin qorunub təmin edilməsiniə nail olmağın yol və istiqamətlərini müəyyənləşdirib. Ulu öndər Heydər Əliyev vurğulayıb ki, "Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik ərazi bütövlüyümüzü təmin edəcəyik". Sözsüz ki, Ulu öndərin milli birliyimizə hədəflənən strateji planları sayəsində biz qalib olduq özümüzə məxsus olanı işğalçıdan ala bildik. Artıq Dünya Azərbaycanlılarının Şuşada qurultayı keçirilib. Bu, Ulu öndər Heydər Əliyevin görmək istədiyi qalib Azərbaycanın real mənzərəsinin əksi idi. Çünki illərdir, 50 milyonluq dünya azərbaycanlıları "Azərbaycançılıq" ideologiyası ətrafında birləşib. Soydaşlarımızın qarşısında qoyulan əsas vəzifə yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi, mədəni həyatında yüksək mövqelər tutmaq, eyni zamanda tarixi Vətənləri ilə əlaqələri kəsməmək idi. Böyük Qələbədən sonra artıq diasporun da vəzifələri dəyişib, yeni reallıqlara uyğunlaşıb. Biz artıq dünya ölkələrində müzəffər xalqın nümayəndələri kimi təmsil olunuruq. Bölgədə yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunması təbii ki, bizim üstünlüyümüzdür".

Millət vəkili Mehriban Vəliyeva bildirib ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etsə də, ölkə özünün istiqlalını, varlığını itirmək təhlükəsində idi. 1993-cü ildə xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddətdə Azərbaycanı düşdüyü vəziyyətdən xilas etdi. Bu xilaskarlıq missiyasının kökündə müasir azərbaycançılıq ideologiyası durur: Heydər Əliyevin bütün həyatı boyu inandığı, dəstəklədiyi, formalaşdırdığı, varislik prinsipinə əsaslanaraq inkişaf etdirdiyi, vahid amala çevirdiyi, xalqı bu amal ətrafında birləşdirdiyi, dövlət siyasəti səviyyəsinə qaldırdığı azərbaycançılıq ideologiyası. "Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir".

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqdakı nitqində söylədiyi bu fikirlər həm də müasir azərbaycançılıq ideologiyasında gənc nəslin tərbiyəsi üçün konseptdir. Bu konseptin əsas komponentləri milli dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər toplusudur. Gənc nəsli azərbaycançılıq ideologiyası ətrafında birləşdirmək isə onları dövlətçilik və milli-bəşəri dəyərlər əsasında tərbiyə etmək deməkdir. Bu prinsiplər gəncliyi dünəndən bu günə və bu gündən sabaha doğru aparır.

Ulu öndərin siyasi fəaliyyətinin örnək xarakteri daşıyaraq əbədi dövlətin milli mənafeyini ifadə edən, milli ideologiyamızın formalaşması üçün əsas prinsiplər müəyyənləşdirən bir məktəb rolunu oynadığını bildirən deputat xatırladıb ki, Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən müstəqil dövlətin quruculuğu istiqamətində ciddi siyasi fəaliyyətə başlayıb, Azərbaycanda sabitliyə nail olub, vətəndaş qırğınının qarşısını alıb. O, bütün istiqamətlərdə inkişafı təmin etmək üçün iqtisadi inkişafın əsas təməl daşlarının atılması, Azərbaycan həqiqətlərini ölkə hüdudlarından kənarda tanıtmaq üçün xarici siyasətin milli maraqlara uyğun həyata keçirilməsi, dövlətçiliyin qanuni əsası olan Konstitusiyanın qəbul edilməsi kimi müstəqil dövlət quruculuğunda mühüm siyasi fəaliyyətlər həyata keçirib.

"Müstəqil dövlətçiliyin formalaşmasında həyata keçirilən müxtəlif istiqamətlərin hər biri tarixi proses, milli dövlət quruculuğu yaddaşıdır. Dövlətçilik tərbiyəsi məhz bu tarixi yaddaşdan keçir. Tarixdən dərs alaraq milli kimliyin, vətənpərvərliyin aşılanması, hüquqi, siyasi şüurun yüksəldilməsi milli ideologiyanın əsasında duran tərbiyədir. Şəxsi nümunəsində hər bir azərbaycanlı gəncə yol göstərən Heydər Əliyevə görə, dövlətçilik tərbiyəsi dövlətçilik ənənələrinə, ideologiyasına, praktikasına sədaqətdən yoğrulur. Ulu öndərin müasir həqiqətlərə tarixi aspektdən baxması milli kökə sədaqətin, tarixə istinadən reallığı dərk etməyin, "Azərbaycan" şeirini söyləyərkən kövrəlməsi Vətənə olan böyük sevgidən doğan həssaslığın, mədəniyyətin bu sevginin formalaşmasında ötürdüyü emosional təsirin, "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" ifadəsi isə milli kimliyin yaratdığı qürurun nümunələridir. Məhz bu ruhda tərbiyə alan Azərbaycan gənci Qarabağı azad etdi", - deyə M.Vəliyeva vurğulayıb.

O qeyd edib ki, Ulu öndərin "Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır", - fikri yalnız tövsiyə deyil, əməli fəaliyyətin nümunəsidir. Dövlətçilik tərbiyəsi "Torpaqdan pay olmaz " ənənəsindən başlayır, Vətən sevgisi ilə yoğrulur, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqda tamamlanır. Dövlətçilik tərbiyəsi insan hüquqlarından başlayır, vətəndaş mövqeyindən keçir, mədəniyyət və milli dəyər kontekstində yoğrulur, şəxsiyyət tərbiyəsində tamamlanır. Bu ruhda tərbiyə alan və yetişən gənclik həmin ideyaların varisi olan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, siyasi liderliyi ilə XXI əsrin bütün dünyaya nümunə ola biləcək yeni hərb tarixini yazdı, vətəndaşlıq, dövlətçilik, vətənpərvərlik tərbiyəsinin nəticəsini nümayiş etdirdi, dövlətçilik ənənələrinə sədaqət və onun müasir dövrün çağırışlarına uyğun inkişafı Azərbaycanı bugünkü inkişaf zirvəsinə qaldırdı və nəticədə dövlətçilik ənənələri üzərində qurulmuş siyasi fəaliyyət İlham Əliyevi yeni əsrin böyük dövlət xadiminə çevirdi.

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:20
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Aprel 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan məhkəməsi Paşinyana alma atan təqaüdçüyə bəraət verib

12 Aprel 2025 05:06see200

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see190

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see135

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see134

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see132

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see130

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see124

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see124

ABŞ də təyyarə yola çırpıldı

12 Aprel 2025 05:29see122

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see121

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see115

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see115

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see114

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see114

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see113

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see113

Amerika Kino Akademiyası tryukların dizaynında nailiyyətlərə görə yeni mükafat təsis edib

12 Aprel 2025 05:30see112

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see112

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see111

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri