Icma.az
close
up
RU
Azərbaycançılıq: müstəqil hüquqi demokratik inkişaf üçün sağlam zəmin

Azərbaycançılıq: müstəqil hüquqi demokratik inkişaf üçün sağlam zəmin

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, dövlətin müstəqilliyinə, onun hüquqi və demokratik yolla inkişafına, milli təhlükəsizliyin qorunmasına xidmət edən dəyərlər sistemi - Azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir. Bütün bunların mahiyyəti ölkəni mənəvi, maddi, fiziki və digər yönlərdə zəifləmədən qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəlib.

Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Ulu öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlib. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 1990-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov deyir ki, Azərbaycançılıq ideologiyası XIX əsrin sonu - XX əsrin əvvəllərində təşəkkül taparaq formalaşıb və bir əsr ərzində davamlı təkamül yolu keçib. Ümummilli lider Heydər Əliyev azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsini, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsini təmin edib. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdi.

Rəvan Həsənovun sözlərinə görə, ideologiya olaraq azərbaycançılıq ideologiyası inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəldilib: "Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olmuşdur. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşmişdir. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir. Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir".

Azərbaycançılıq kontekstində vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar etməyərək hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə vətənpərvərlik Azərbaycan xalqının hər bir üzvünü ucaldan və ona şərəf verən vətəndaşlıq mövqeyidir. Azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. İdeologiya kimi, azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosiomədəni və etnik-geosiyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin mühüm əsasını təşkil edir.

Rəvan Həsənov bildirib ki, Azərbaycançılıq ideologiyasının təkamülündə İlham Əliyev mərhələsi özünəməxsus dinamizmi ilə bu ideologiyanı zənginləşdirməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki mövqelərini inamla yüksəltməkdədir. Azərbaycançılıq konsepsiyası bu gün cəmiyyətin inkişafının ideya təməlini təşkil edir. Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi xarakterizə edərək deyib: "Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır".

Millət vəkili Ceyhun Məmmədov deyir ki, Azərbaycançılıq Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, ifrat millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideologiyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin əsaslarının gücləndirilməsinə xidmət edir. Azərbaycançılığın xalqımızın milli-tarixi sərvəti olduğunu deyən millət vəkilinin sözlərinə görə, bu, ilk növbədə, vahid və bölünməz Azərbaycanın qorunub saxlanılması və möhkəmləndirilməsinin siyasi-ideoloji əsasıdır. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Azərbaycançılığın məzmununu müxtəlif xalqların, mədəniyyətlərin, ənənələrin, konfessiyaların üzvi şəkildə vəhdəti təşkil edir. Lakin azərbaycançılıq ideologiyası Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya həm də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini, ölkəmizin güclənməsini istəyən insanları birləşdirir.

Millət vəkili Hicran Hüseynovaya görə, müəllifi Ulu öndər Heydər Əliyev olan Azərbaycançılığın əsasında vətənə sevgi, dövlətə xidmət və xalqa etimad kimi mühüm baza elementləri dayanır. Heydər Əliyev siyasi fəaliyyətinin ən çətin anlarında bu elementlərə sadiqliyini nümayiş etdirərək xalqımızı və dövlətimizi ciddi böhranalardan xilas edib. 1990-cı illərdə Azərbaycanda vətəndaş müharibəsinin mövcud olduğu çətin zamanda məhz Ümummilli lider Heydər Əliyev özünün dərin zəkası və təcrübəsi əsasında bu qarşıdurmanı aradan qaldırdı. Sonrakı illərdə dövlət çevrilişinə və müstəqilliyimizə ciddi təhdidlər yarananda Ulu öndər məhz xalqa arxalanaraq suverenliyimizi qoruyub-saxlaya bildi. Bütün qeyd olunan faktlar Heydər Əliyevin Azərbaycan xalqına, dövlətinə və milli mənəvi dəyərlərinə nə qədər sıx bağlı olduğunu sübut edən faktların yalnız bir qismidir: "Ömrünün bütün çağlarında Ümummilli lider öz siyasətində Azərbaycan xalqını və dövlətçilik ənənələrini, tariximizi, mədəniyyətimizi və dini dəyərlərimizi hər zaman üstün tutub. Bütün bunlar Heydər Əliyev siyasətinin başlıca prinsipləri olub. Yeni Azərbaycan gəncləri hər zaman bu siyasəti örnək olaraq özlərinə nümunə götürməlidirlər. Bizi gələcək üfüqlərə apara biləcək siyasət və ideya Heydər Əliyev tərəfindən bizə miras qalmış azərbaycançılıq fəlsəfəsi və siyasəti olacaq. Heydər Əliyev hər zaman inkişaf dəyişikliklərini dəstəkləyən lider olub. Bizim milli ideologiyamız da dövrün tələblərinə uyğun yeni elementlərə hər zaman açıq olub. Təsadüfi deyil ki, müasir bilik-bacarıqlar, dünya görüşünə sahiblənmək, bütün bunlarla yanaşı, milli identiklik elementləri haqqında aydın təsəvvürlərə malik olaraq onları qoruyub-saxlamaq, davranışlarında istinad etmək, düşünürəm, elə azərbaycançılıq ideologiyasının aşıladığı məqamlardandır. Heydər Əliyev həm Azərbaycanın unikal, məğlubiyyətsiz inkişaf strategiyasını müəyyənləşdirməklə, həm bu strategiyanın həyata keçirilməsinin hərəkətverici qüvvəsi, ümummilli inkişafın əsas drayverlərindən olan milli ideologiya - azərbaycançılıq ideologiyasını formalaşdırmaqla Azərbaycan xalqının, dövlətinin qarşısında misilsiz xidmət göstərib".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Mart 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri