Icma.az
close
up
RU
Azərbaycanda 1 ildə 10 min tələbə qovulub: Dəhşətli statistikanın şok səbəbləri

Azərbaycanda 1 ildə 10 min tələbə qovulub: Dəhşətli statistikanın şok səbəbləri

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hər il minlərlə abituriyent böyük ümidlərlə universitetlərə daxil olur. Amma bir neçə il sonra onların bir hissəsi təhsili başa vurmadan müxtəlif səbəblər üzündən universitetlərdən uzaqlaşdırılır. Məsələn, təkcə 2024-ci ildə 10 min 746 tələbə ali təhsil ocaqlarından kənarlaşdırılıb.

Son bir ildə universitetlərdən bu qədər tələbənin xaric edilməsi, minlərlə gəncin təhsil və gələcək planlarından uzaqlaşması ölkənin insan kapitalına ciddi təsir göstərən narahatedici göstəricidir. Eyni zamanda, bu qədər tələbənin sistemdən kənarda qalması ali təhsil müəssisələrinin idarəetmə modelləri və tədris keyfiyyəti ilə bağlı ciddi suallar doğurur.

Maraqlıdır, bir ildə 10 min 746 nəfərin universitetdən xaric edilməsi Azərbaycan təhsil sisteminin keyfiyyəti ilə bağlıdır, yoxsa buna səbəb olan hansısa başqa məqamlar var? Bu say əvvəlki illərlə müqayisədə artıb, yoxsa azalıb? Xaricolma səbəbləri arasında ən çox rast gəlinən faktor hansıdır: akademik borc, maliyyə problemləri, yoxsa intizamsızlıq? Problemin qarşısını almaq üçün nə etmək lazımdır? Xaric olunan tələbələrin təhsilə qayıtması üçün ikinci şans mexanizmləri varmı?

Bu və bu qəbildən olan digər suallara cavab tapmaq üçün təhsil eksperti Kamran Əsədovun fikirlərini öyrəndik.

Beləliklə, mövzu ilə bağlı Publika.az-a danışan ekspert bildirdi ki, 2023-2024-cü tədris ilində universitetlərdən 10 746 tələbənin xaric olunması ali təhsil sistemində davamlılıq, idarəetmə və keyfiyyət məsələlərinin ciddi şəkildə təhlilini zəruri edən statistik göstəricidir:

“Bu rəqəm təkcə fərdi uğursuzluqların deyil, sistemin bütövlükdə tələbəni ali təhsildə saxlamaq və ona uyğun dəstək vermək bacarığının məhdudluğunu ortaya qoyur. Məlumata əsasən, 2021-2022-ci illə müqayisədə (təxminən 9 200 nəfər) bu rəqəm 15%-dən çox artıb və son 5 ildə bu göstərici üzrə davamlı artım tendensiyası müşahidə edilir. Bu isə artıq epizodik deyil, sistemli struktur probleminin formalaşdığını göstərir”.

K.Əsədov ali təhsil müəssisələrindən xaricetmələrin əsas səbəbləri arasında ilk yeri akademik borc olduğunu qeyd etdi:

“Təhsil Nazirliyinin 2023-cü il hesabatında bildirilir ki, xaric olunanların 62%-i dərsə davamiyyətin az olması, imtahanlardan keçməmək və akademik ortalamanın aşağı olması səbəbindən universitetlə vidalaşıb. İkinci əsas səbəb maliyyə öhdəliklərinin yerinə yetirilməməsidir. Bu, əsasən ödənişli əsaslarla təhsil alan tələbələr arasında yayılıb. Xüsusilə regionlardan olan və sosial rifahı zəif tələbələr üçün təhsil haqqını ödəmək getdikcə daha da çətinləşir. İntizam qaydalarının pozulması, saxta sənəd təqdim olunması, qanunsuz fəaliyyətlərdə iştirak kimi hallar isə ümumi göstəricinin təxminən 7%-ni təşkil edir.

“Təhsil haqqında” Qanunun 19.2-ci maddəsinə görə, ali təhsil müəssisələri tələbənin təhsil hüququnu müdafiə etməli, ona təhsil müddətində müvafiq metodiki, psixoloji və maddi dəstək verməlidirlər. Ancaq praktiki müstəvidə bu prinsip sistemli şəkildə tətbiq olunmur. Universitetlərin çoxunda tələbələrin təhsildən kənarda qalmasına səbəb olan risklər erkən aşkar edilmir, mentorluq və akademik məsləhət sistemləri zəif inkişaf edib və psixoloji dəstək infrastrukturu demək olar ki, yoxdur. Təhsil prosesi əsasən formal dərs, imtahanla məhdudlaşır və tələbənin sosial, psixoloji və maliyyə çətinlikləri çox zaman nəzərə alınmır. Bu isə tələbənin ali təhsildə qalmasını şərtləndirən mühüm faktorların diqqətdən kənarda qalmasına səbəb olur.

Müsbət tərəf ondan ibarətdir ki, ali məktəblərin çoxunda akademik performansa ciddi yanaşılır və zəif nəticə göstərən tələbənin növbəti mərhələyə keçməsinə formal münasibət göstərilmir. Bu, təhsilin keyfiyyətini qorumaq baxımından vacibdir. Lakin bu sistemin bərabər və davamlı imkanlar yaratmadan tətbiqi sosial ədalətsizlik yaradır. Bilik və bacarıqlar zəif olan tələbəyə dəstək verilmədiyi halda onu sistemdən çıxarmaq, həm onun fərdi gələcəyini məhdudlaşdırır, həm də cəmiyyət üçün itki deməkdir".

Ekspertin sözlərinə görə, dünya təcrübəsində ali təhsildə tələbənin sistemdə qalması üçün bir sıra institusional mexanizmlər tətbiq olunur:

"Məsələn, Kanadada və Avstraliyada “academic probation” sistemi mövcuddur. Bu sistemdə zəif nəticə göstərən tələbə dərhal xaric edilmir, ona 1 və ya 2 semestr ərzində vəziyyətini düzəltmək üçün fərdi plan və dəstək proqramı təqdim olunur. ABŞ universitetlərində isə “Student Success Office” adlanan struktur bölmələr mövcuddur və bu orqanlar hər bir tələbənin davamiyyəti, nəticələri və psixoloji vəziyyəti barədə məlumat toplayaraq proaktiv şəkildə müdaxilə edirlər. Skandinaviya ölkələrində isə universitetlər “fasilə hüququ” verir – tələbə müəyyən müddət üçün təhsilini dayandırıb sosial və ya sağlamlıq problemlərini həll etdikdən sonra geri qayıda bilir. Bu model tələbəyə ikinci şans verir və sosial təbəqələşmənin qarşısını alır.

Azərbaycanda isə bu tip preventiv mexanizmlər ya yoxdur, ya da çox zəifdir. Universitetlərin əksəriyyətində risk qrupunda olan tələbələr üçün nə psixoloji dəstək, nə akademik məsləhət, nə də maddi yardım proqramları mövcuddur. Eyni zamanda, tələbələrin xaric olunduqdan sonra təhsilə bərpası üçün vahid, normativ əsaslı və çevik sistem yaradılmayıb. Bu isə təhsil hüququnun bərpasını çətinləşdirir və təhsildə ikinci şans prinsipini faktiki olaraq ləğv edir".

K.Əsədov onu da əlavə etdi ki, bu problemin qarşısını almaq üçün bir neçə istiqamətdə dəyişiklik zəruridir:

“Birincisi, universitetlərdə akademik risklərin erkən aşkar edilməsi üçün vahid məlumat bazası və monitorinq sistemi qurulmalıdır. Hər bir tələbə üçün fərdi akademik plan hazırlanmalı və nəticələrinə uyğun olaraq məsləhətçi-müəllimlə mütəmadi təmasda olmalıdır. İkincisi, psixoloji xidmətlər genişləndirilməli, xüsusilə depressiya, motivasiya itirilməsi, sosial təzyiq və ailə problemləri yaşayan tələbələr üçün fərdi psixoloji müdaxilə proqramları hazırlanmalıdır. Üçüncüsü, maddi çətinlik səbəbindən təhsildən uzaqlaşan tələbələr üçün dövlət və özəl sektor əməkdaşlığı çərçivəsində sosial təqaüd və təhsil krediti mexanizmləri genişləndirilməlidir. Təhsil kreditləri üzrə “ödə və oxu” modelindən “oxu və ödə” modelinə keçid tələbənin təhsildə qalmasını asanlaşdırar.

Nəticə etibarilə, ali məktəblərdən bu miqyasda tələbələrin xaric olunması həm iqtisadi, həm sosial, həm də pedaqoji baxımdan ciddi itkidir. Əgər sistem daxil olan tələbənin çıxışını təmin edə bilmirsə, bu, təhsilin yalnız giriş yox, proses və nəticə hissəsində də problemlər olduğunu göstərir. Təhsildə davamlılıq və bərpaolunma imkanları olmadan ali təhsil kütləvi deyil, seçici və eksklüziv bir modelə çevrilir. Ona görə də ali təhsil idarəçiliyində yeni mərhələyə keçid – tələbə mərkəzli, çevik, dəstək yönümlü yanaşma – artıq gecikmiş zərurətdir. Bu yanaşma təmin olunmadığı halda ali təhsil sistemi öz sosial ədalət missiyasını yerinə yetirə bilməyəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 10 İyun 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri