Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) ötən ilin sentyabr ayında Qazaxıstanın "White Hill Capital" vençur fondu ilə birgə yaratdığı "Tamar Vertures" MMC dövlət qeydiyyatına alınıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində bildirilir.
Məlumata görə, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, ev 45, mənzil 75, nizamnamə kapitalı 1 milyon ABŞ dolları, qanuni təmsilçisi isə "White Hill Capital"ın idarəedici ortağı Aslan Sultanovdur.
Qazaxıstan fondu 2021-ci ildə edilib, əsasən Mərkəzi Avrasiya ölkələrindən olan startaplara yatırım edir. Onun Azərbaycan bazarına daxil olması ilə bağlı Təsis Müqaviləsi ötən ilin sentyabr ayında Bakıda "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə keçirilmiş "INMerge 2025" İnnovasiya Sammitində imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 10 Oktyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















