Azərbaycanda 100 cü dəfə qan donorluğu edən şəxs məlum olub
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Qan Bankı” publik hüquqi şəxsi tərəfindən Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsulova rəsmi təşəkkür məktubu ünvanlanıb.
Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məktub ona 100-cü dəfə könüllü və təmənnasız qan donorluğu etməsi münasibətilə təqdim olunub.
Məktubda vurğulanır ki, F. Rəsulovun uzun illər ərzində göstərdiyi fədakar fəaliyyət təkcə statistik göstərici deyil, minlərlə insanın həyatına ümid və yaşamaq sevincini bəxş edən yüksək insanlıq nümunəsidir. Onun rəhbərlik etdiyi Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi tərəfindən təşkil olunan könüllü qanvermə aksiyaları cəmiyyətdə humanizm, həmrəylik və vətəndaş məsuliyyəti prinsiplərinin gücləndirilməsinə mühüm töhfə verir.
Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev təşəkkür məktubunda F.Rəsulova göstərdiyi yüksək insani mövqeyə görə dərin minnətdarlığını ifadə edərək, bu cür insanların cəmiyyət üçün əsl dəyər, gələcək nəsillər üçün isə nümunə olduğuna diqqət çəkib.
“Bu təşəkkür məktubu ölkədə könüllü qanvermə hərəkatının təşviqi, eləcə də fədakar donorların fəaliyyətinin yüksək qiymətləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”, - deyə məlumatda vurğulanıb.
Baxış sayı:103
Bu xəbər 30 Yanvar 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















