Icma.az
close
up
RU
Azərbaycanda 2025 ci ildə VƏFAT EDƏN tanınmışlar SİYAHI

Azərbaycanda 2025 ci ildə VƏFAT EDƏN tanınmışlar SİYAHI

Icma.az, Lent az saytına istinadən bildirir.

2025-ci ildə Azərbaycan ictimaiyyəti üçün ağır itkilərlə yadda qalıb, bir çox tanınmış vəfat edib.

Lent.az vəfat edənlərin adlarını və siyahısını təqdim edir.

Abdolbari Gozal – İş adamı, “Azərsun” holdingin qurucusu (1949-2025)

O, 1949-cu il avqustun 23-də İranın Maku şəhərində doğulub. 1997-ci ildə "Azərsun Holding" şirkətlər qrupunu yaradıb.

Abdolbari Gozal həm də xeyriyyəçi və iş adamı kimi tanınıb. Ona “Şöhrət” ordeni, “Tərəqqi” medalı və digər mükafatlar verilib. 2001–2015-ci illərdə "Qarabağ" futbol klubunun prezidenti olub, sonradan klubun fəxri prezidenti statusuna keçib. O, 2025-ci il yanvarın 18-də Dubayda vəfat edib.

Şəmsəddin Xanbabayev – Naxçıvan Muxtar Reapublikasının keçmiş baş naziri (1939-2925)

Şəmsəddin Hüseynqulu oğlu Xan-Babayev 1939-cu il aprelin 1-də Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. O, 1992-2000-ci illərdə Naxçıvan MR-nın naş naziri olub. Ş.Xanbabayev 2004-2019-cu illərdə isə Xaçmaz rayon İcra Hakimiyyətinə rəhbərlik edib. O, 2025-ci il yanvarın 13-də vəfat edib.

İlyas İsmayılov – Keçmiş baş prokuror (1938-2025)

İlyas Abbas oğlu İsmayılov 1938-ci il martın 20-də Tovuz şəhərində anadan olub. O, dövlət və ictimai-siyasi xadimi, Azərbaycan SSR-nin prokuroru və Azərbaycan Respublikasının keçmiş ədliyyə naziri, hüquq elmləri doktoru, professor, keçmiş deputat, Ədalət Partiyasının sədri kimi tanınıb.  2025-ci il fevralın 17-də vəfat edib.

Xanhüseyn Kazımlı – Keçmiş deputat (1941-2025)

Xanhüseyn Kazımlı birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, həmçinin 1994-2023-cü illərdə Azərbaycan Sosial Rifah Partiyasına sədrlik edib. O, 2025-ci il iyulun 24-də 83 yaşında dünyasını dəyişib.

Oktay Şirəliyev – Keçmiş səhiyyə naziri ( 1950-2025)

Oqtay Şirəliyev tanınmış Azərbaycan həkimi, tibb elmləri doktoru, professor və ən əsası, Azərbaycanın səhiyyə naziri (2005-2021) vəzifəsində uzun müddət (16 il) çalışmış dövlət xadimidir. O, Bakıda həkim ailəsində doğulub, Tibb İnstitutunu bitirib, cərrahlıq üzrə ixtisaslaşmış, tibb elmləri doktoru dərəcəsi almış, daha sonra səhiyyə sisteminə rəhbərlik etmiş, "Şöhrət" ordeni ilə təltif edilmişdi. O, 2025-ci il oktyabrın 3-də vəfat edib.

Əhməd Oruc – Azadlıq Partiyasının keçmiş sədri (1959-2025)

Əhməd Oruc uzun illər “fəaliyyəti dayandırılmış” Azadlıq Partiyasının keçmiş sədri olub. O, 1959-cu ildə Qazaxda anadan olub. 2025-ci il noyabrın 22-də vəfat edib.

Rasim Ağayev – Politoloq (1940-2025)

Rasim Ağayev 1940-cı il martın 17-də anadan olub. O, jurnalist, politoloq və ictimai xadimi idi. 1991–1992-ci illərdə isə Ayaz Mütəllibovun prezidentliyi dövründə mətbuat katibi vəzifəsini tutub. Rasim Ağayev 2025-ci il sentyabrın 14-də, 85 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Nadir İsrafilov – Tanınmış təhsil eksperti (1952-2025)

Nadir İsrafilov Bakı Şəhər Təhsil İdarəsində inspektor, Azərbaycan Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil idarəsində sektor müdiri vəzifələrində çalışıb. O,.çox sayda proqram, metodik tövsiyyələr, elmi-pedaqoji və tənqidi-analitik məqalələrin müəllifi olub. O,  2025-ci il iyunun 28-də vəfat edib.

Fatma Hüseynova - Sosialist Əməyi Qəhrəmanı, kənd təsərrüfatı əməkçisi (1939-2025)

Fatma Rza qızı Hüseynova1939-cu il oktyabrın 14-də Sabirabad rayonunun Abdulyan kəndində anadan olub.   O, pambıq sahəsində çalışmış, sovet dövründə yüksək nailiyyətlərinə görə 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.  Həmçinin “Lenin” ordeni, “Şərəf nişanı” ordeni, “Əməkdə fərqlənməyə görə” medal və s. kimi yüksək təltiflər alıb. 2017-ci ildə kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.  O, 2025-ci il oktyabrın 16-da, 86 yaşında vəfat edib.

Əsgər Əsgərov - Keçmiş deputat (1955-2025)

“Şöhrət” ordenli Azərbaycan ictimai-siyasi xadimi, Əsgər Əsgərov 1990-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. 2001-2020-ci illərdə isə Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri vəzifəsində çalışıb. O, 2025-ci il iyunun 2-də Bakıda vəfat edib.

Fazil İsmayılov – Fəlsəfə elmləri doktoru, ilahiyyatçı alim (1947-2025)

Fazil İsmayılov 1947-ci ildə İmişli rayonunun Qaradonlu kəndində anadan olub. O, Quranı ilk dəfə hər iki dilə, həm Azərbaycan, həm də rus dilinə çevirən tək tərcüməçidir. Alim On dörd il Ankarada Qazi Universitetində çalışıb. Prezident Ərdoğanın şəxsi tapşırığı ilə Osmanlı arxivlərində araşdırma aparmaq icazəsi alıb. Fazil Qaraoğlu bu vaxta qədər Türkiyə Böyük Millət Məclisində çıxış edən ikinci azərbaycanlıdır. 2025-ci il oktyabrın 22-də vəfat edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:363
embedMənbə:https://lent.az
archiveBu xəbər 05 Dekabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see231

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see220

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see218

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see216

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see210

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see204

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see202

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see199

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see198

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see193

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see192

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see190

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see187

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see187

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see186

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see185

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see185

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see184

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see180

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri