Azərbaycanda 210 ahıl dövlət himayəsindədir RƏSMİ
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkədə 3900 tənha ahıl və əlilliyi olan şəxs evdə sosial xidmət alır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni inzibati ərazi dairəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl ər-arvadlar və əlilliyi olan şəxslərə evlərində sosial xidmət göstərilir.
Hazırda 3900 nəfərə tənha ahıl və əlilliyi olan şəxs evlərində (səyyar) sosial xidmətlərlə təmin edilirlər.
Sosial xidmətçilər onların evlərinə gedərək, ev təsərrüfatında, əsas tələbat mallarının alınması və s. işlərdə, sosial işçilər isə hüquqi sənədləşmə və sosial müdafiə tədbirlərinin təşkili istiqamətində köməklik göstərirlər.
Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində 210 nəfər ahıl şəxs daimi dövlət himayəsində yaşayır. Onlar sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərə cəlb olunurlar.
Bundan başqa, Agentliyin sosial sifarişləri əsasında hazırda ölkənin 6 şəhər və rayonunda (Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Qazax və Tovuz) ahıllar üçün günərzi qayğı mərkəzləri fəaliyyət göstərir.
Həmin mərkəzlərdə 200 nəfər tənha ahıla sosial-məişət, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlər göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 14 Oktyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















