Icma.az
close
up
RU
Azərbaycanda 24 uşaq sifilisə necə YOLUXUB? SENSASİON AÇIQLAMA

Azərbaycanda 24 uşaq sifilisə necə YOLUXUB? SENSASİON AÇIQLAMA

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il yanvar-iyul aylarında ölkə üzrə sifilis diaqnozu ilə qeydə alınmış xəstələrin sayı 816 nəfər olub.
Dövlət Statistika Komitəsindən (DSK) Bizim.Media-ya verilən məlumata görə, sifilis xəstəliyi aşkarlananların 492 nəfəri kişi, 324 nəfəri isə qadındır.
Qeyd edilib ki, 0-17 yaş qrupu üzrə 24 nəfər bu xəstəliyə tutulub. 792 nəfər isə 18 və daha yuxarı yaş həddində olanlardır.
Əsasən yetkin insanlar arasında yayılan xəstəliyə uşaqlar, yeniyetmələr necə yoluxurlar?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb sahəsi üzrə mütəxəssis Adil Qeybulla deyib ki, təssüflər olsun ki, sifilisin, QİÇS virusunun ölkədə sayı artan dinamikadadır:
“İlk növbədə 0 yaş dedikdə, körpə, yeni doğulan uşaqdan söhbət gedir. Bunlara sifilis anadan keçə bilər. Əgər anada sifilis varsa, uşağa asanlıqla keçə bilir, hətta uşağın ölü doğulmasına və digər ağır fəsadlara səbəb ola bilər. Ona görə də əgər anada sifilis varsa, dərhal penisilinlə müalicəyə başlamalıdır. Bu, ən təhlükəsiz müalicə hesab edilir. Penisilin və ya bu qrup dərmanlarla müalicə aparılmalıdır. Uşaqda da tapıldısa, dərhal müalicə aparılmamalıdır”.
Həkim erkən və nəzarətsiz cinsi əlaqə zamanı da yoluxmanın mümkünlüyünü qeyd edib:
“Digər kateqoriya var ki, müəyyən yaşdan sonra erkən cinsi həyat başlayır. Nəzarətsiz, təhlükəsizliyi gözlənilməyən cinsəl yaş, yəni 10-12 yaşda bu xəstəliyə yoluxmaya gətirib çıxarır. Etiraf etmək laızdır ki, bu cür kontaktlar da az deyil”.
Tibb mütəxəssisi hesab edir ki, bu cür statistikalar daha dərindən araşdırılmalıdır:
“0-4 yaşa qədər uşaqlarda ola bilər ki, anadangəlmə sifilis yoxlanmasın, ana xəbərsiz olsun və bu, daha sonra müəyyən edilsin. Amma 5-10 yaşda olan xəstələrin mənşəyi araşdırılmalıdır. İkinci tərəfdən bu məsələ ilə bağlı ciddi dispanserizasiyası aparılsa, yaxşı olar. Düşünürəm ki, real mənzərə bundan daha ciddidir.
Həddi-büluğ dövrünə qədər, xüsusilə ikincili cinsi əlamətlərə qədər olan sifilisin oğlanlar və qızlar arasındakı nisbəti də müəyyən edilməldiir.
Burada sosial problemlər, hazırda cəmiyyətdə şaiyə şəklində gəzən bir sıra məsələlərə aydınlıq gətirmək mümkündür. Bu statistikanın üzərində işləmək və daha dəqiq statistika əldə etməklə bəzi məsələlərə aydınlıq gətirmək mümkündür”.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Avqust 2025 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri