Icma.az
close
up
RU
Azərbaycanda 2415 nəfər 18 yaşa qədər olan uşaqlar şəkərli diabetdən əziyyət çəkir Ləman Sultanova

Azərbaycanda 2415 nəfər 18 yaşa qədər olan uşaqlar şəkərli diabetdən əziyyət çəkir Ləman Sultanova

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda təəssüf ki, xeyli sayda uşaqlar arasında şəkərli diabet xəstəliyi geniş yayılıb. Bu xəstəliyin bu qədər yayılması nədən irəli gəlir? Bunun məsuliyyəti valideyninmi üzərinə düşür, genetik faktor əsas rol oynayır, yoxsa uşağın həyat tərzi dəyişilməlidir?

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan həkim-endokrinoloq Ləman Sultanova  bildirib ki, şəkərli diabet tip 1 uşaq və yeniyetmələrdə rast gəlinir:

“Şəkərli diabet inusilin çatışmazlığı, yaxud inusilin təsirində yetərsizlik nəticəsində meydana çıxan xroniki hiperqlikemi ilə xarakterizə olunan metabolik bir xəstəlikdir. Şəkərli diabetin 4 əsas növü olsa da, ən çox rast gəlinən formaları şəkərli diabet tip 1, şəkərli diabet 2 -dir. Şəkərli diabet tip 2 daha çox yetişkin şəxslərdə rast gəlinir. Ümumiyyətlə bütün diabetiklərin 90 %-dən çoxunu təşkil edir. Şəkərli diabet tip 1 isə uşaq və yeniyetmələrdə rast gəlinir. Bütün diabet növlərinin 5-10 faizini təşkil edir və inusilindən asılı diabet kimi də adlanır”.

Endokrinoloq vurğulayır ki, şəkərli diabet xəstəliyi artmaqda davam edərsə, 2040-cı ildə 14.7 milyon insan şəkərli diabetdən əziyyət çəkəcək:

“Həqiqətən də dünya üzrə şəkərli diabetin rast gəlməsində artma tendensiyası müşahidə olunur ki, 2025 -ci ilin beynəlxalq diabet federasiyasının atlasında verilən statistik məlumatlara görə 2025 -ci ildə 9.5 milyon insan tip 1 diabetdən əziyyət çəkir ki, bunlar arasında 0-19 yaş arası uşaqlar 1.8 milyonu təşkil edir. Ümundünya Səhiyyə Təşkilatının (ÜDM) statistikasına baxsaq, 2021- ci ildə bu rəqəm 8.4 milyon idi, 2025 -ci ildə 9.5 milyon nəfərə yüksəlibdi, bu isə 13 % artım deməkdir. Artma tendensiyası belə davam edərsə, 2040-cı ildə 14.7 milyon insan şəkərli diabetdən əziyyət çəkəcək.

Ölkəmizdəki statistikaya baxsaq, Respublika Endokrinoloji Mərkəzinin verdiyi məlumata görə, şəkərli diabet tip 1 -dən ölkəmizdə 35765 nəfər əziyyət çəkir ki, bunlar arasında da 2415-i məhz 18 yaşa qədər olan uşaqlar təşkil edir”.

Həkim-endokrinoloq qeyd edir ki, bu xəstəlikdə genetik meyillilik vacib rol oynayır:

“Tip 1 şəkərli diabetin meydana çıxma səbəbi tam aydın olmasa da, lakin autoimmun bir xəsətlikdir -yəni genetik bir meyilliliyi olur ki, orqanizmdə öz mədəaltı vəzini ya cism kimi qəbul edir, ona qarşı xüsusi antitellər ifraz edir və nəticədə həmin mədəaltı vəzinin immun hüceyrələri inusilin ifraz edə bilmir bu zaman xroniki hiperqlikemiya meydana çıxır. Genetik meyillilik vacib rol oynayır ki, əgər ailədə tip 1 diabetli şəxs varsa hər iki valideyn həmin ailədə uşaqların diabet olma ehtimalı 30 % təşkil edir. Şəkərli diabetin meydana çıxmasında genetik amillər müəyyən bir ətraf mühit faktorları, virus infeksiyaları da müəyyən rol oynaya bilir.

Ləman Sultanovanın sözlərinə görə, uşaqlar heç olmasa 1 yaş, 1.8 yaşa qədər ana südü ilə qidalanmalıdır:

“Erkən həyati faktorlar olduqca önəmlidir. Uşaqların 1 yaşa qədər ana südü ilə deyil, süni qidalarla qidalanması, erkən yaş dövründən inək südü ilə proteinlə təmasda həmin uşaqlarda diabet riskini artırmış olur. Təbii ki, genetik amillər də önəmlidir ki, uşaqların erkən yaşlardan qeyri-düzgün qidalanma, paketləşdirilmiş şirniyyatlarla erkən təmasları bağırsaq mikrobiotasını pozur bu da tip 1 diabetin meydana çıxmasına bir növ provokativ kimi rol oynayır. Ona görə uşaqların heç olmasa 1 yaşa qədər, 1.8 yaşa qədər ana südü ilə qidalanmasına  çox diqqət etmək lazımdır. Uşaqlar paketləşdirilmiş qidalarla, konservatlı qidalarla nə qədər gec tanış olarlarsa, ümumiyyətlə heç tanış olmazlarsa çox yaxşı olar. Burda sağlam qidalanma çox önəmlidir. Aktiv həyat tərzi- uşaqların həyatında idman aktivliyinin olması çox önəmlidir. Ümumiyyətlə sağlam qidalanma ailədən gəlməlidir. Valideynlər özləri də sağlam qidalanma qaydalarına əməl etməlidirlər ki, uşaqlar da həmin vərdişləri valideynlərdən götürmüş olsunlar.

Bir sözlə şəkərli diabet tip 1 -in yaranması birbaşa qidalanma ilə əlaqədar olmasa da, lakin xüsusilə erkən yaş dövründən təsir göstərən qida faktorları vardır ki,  bunlar immiun sistemə təsir göstərərək bunlar autoimmun prosesi başlada bilər. Bu uşaqlarda da erkən yaşlarda tip 1 diabet formalaşa bilər. Əsas amil burda genetik amildir.

Günel Həsənova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:50
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Avqust 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri