Icma.az
close
up
RU
Azərbaycanda 4 nəfərdən ibarət ailənin ərzaq xərcləri 1010 manatdır

Azərbaycanda 4 nəfərdən ibarət ailənin ərzaq xərcləri 1010 manatdır

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

 2025-ci ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 13,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 30,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Gununsesi.info xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli bildirib.

Əli Məsimlinin sözlərinə görə ötən ilin yekun nəticələri ilə müqayisədə bu ilin 4 ayı ərzində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 58,20 manat və ya  13 faiz az mal, o cümlədən  26,40 manatlıq və ya 11 faiz az ərzaq, 31,8 manatlıq və ya 16  faiz az qeyri-ərzaq malları  almışdır.

O qeyd edib ki, Azərbaycanda əhalinin xərclərində ərzağın payı bütün xərclərin yarısı ətrafında olmaqla, çox yüksək olmaqda davam edir. Əhalinin aztəminatlı təbəqəsinin xərclərinin isə əksər hissəsi ərzağa sərf olunur. İnkişaf etmiş ölkələrdə əhalinin xərclərində ərzağın payı 8-10 faiz, bəzi ölkələrdə bundan bir qədər yüksəkdir. Əhalinin xərclərində ərzağın payının yüksək olması həyat səviyyəsinin aşağı olmasını göstərən amillərdən biridir. Əhalinin xərclərində ərzağın payı nə qədər çox olarsa, əhalinin orta və uzunmüddətli alıcılıq qabiliyyəti, eləcə də yığım qabiliyyəti bir o qədər aşağı olur:

Millət vəkili vurğulayıb ki, Azərbaycanda 2021-ci ilin ilk aylarında 4 nəfərdən ibarət  orta ölçülü ailənin ticarət xərcləri 1200 manat, o cümlədən ərzaq xərcləri 642 manat, qeyri-ərzaq xərcləri 566 manat idi. 2023-cü ilin əvvəllərinə bu cür orta ölçülü ailənin aylıq ticarət xərci 1622 manata, ərzaq xərci 912 manata, qeyri-ərzaq xərci 710 manata yüksəlib:

“2025-ci ilin ilk aylarında isə 4 nəfərdən ibarət  orta ölçülü ailənin ticarət xərcləri 1800 manat, ərzaq xərcləri 1010 manat, qeyri-ərzaq xərcləri 790  manat olub. Son illər ailələrin ticarət xərclərində 600 manat və ya 1,5 dəfə, o cümlədən ərzaqda 368 manat və ya 1,6 dəfə, qeyri-ərzaqda 224 manat və ya 1,4 dəfə artım baş verib. Xərclərin bu cür sürətlə artmasının əsas səbəbi əhalinin alıcılıq qabiliyyətin artması yox, həmin illərdə inflyasiyanın yüksək olması, ötən il bir qədər səngisə də, bu ildən yenidən aybaay sürətlənib”.

Rəsmi statistikaya görə, 2025-ci ilin aprel ayında istehlak qiymətləri indeksi 2024-cü ilin aprel ayına nisbətən 106,3 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 107,6 faiz, qeyri-qida məhsulları üzrə 102,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,6 faiz təşkil etmişdir.

Millət vəkili deyir ki, inflyasiyanın artması əlavə mal və məhsul almadan da əhalinin xərclərini artırır:

“Xüsusən də əhalinin aztəminatlı təbəqəsinin güzəranına çox ciddi zərbə vurur. Ona görə də islahatları genişləndirməklə bir tərəfdən, iqtisadi fəalliğın təşviqləndirilməsi,yeni iş yerlərinin açılması,əhalinin gəlirlərinin artırılması istiqamətində real nəticəsi olan işlərin dairəsi denişləndirilməli, digər tərəfdən isə əmək haqqı və digər ödənişlər artanda onun  inflasiyanın yeminə çevrilməsinin qarşının almaqdan ötrü, Rəqabət Məcəlləsini işə salmaq, onun  səmərəli faliyyətini təmin etmək və  antiinflasiya tədbirlərini gücləndirmək lazımdır”.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda əhalinin pərakəndə ticarət şəbəkəsindən aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər, tütün məmulatlarının, 14,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 30,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub. Ötən il ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 508,0 manatlıq, o cümlədən 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları alıb.

Yanvar-aprel aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 449,8 manatlıq, o cümlədən 252,4 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 197,4 manatlıq qeyri-ərzaq malları alıb.

Günel 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 May 2025 21:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri