Icma.az
close
up
RU
Azərbaycanda 4 saytın sahibi gürcü iş adamı 6 milyard dollar...

Azərbaycanda 4 saytın sahibi gürcü iş adamı 6 milyard dollar...

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gürcüstanlı iş adamı Mixeil Lomtadze yenidən Forbes jurnalının versiyasına görə ən varlı Gürcüstan vətəndaşı olub.

"Cebheinfo.az" xəbər verir ki, o bu göstərici ilə keçmiş baş nazir Bidzina İvanişvilini də geridə qoyub.

Batumidə anadan olan və 2007-ci ildən bəri Qazaxıstanda yaşayan Lomtadzenin sərvəti nəşr tərəfindən 6 milyard dollar olaraq qiymətləndirilir. İş adamının sərvəti son bir ildə təxminən 100 milyon dollar artıb. Bu sərvətlə o, dünyanın ən varlı insanlarının siyahısında 680-ci yerdədir.

Hakim "Gürcü Arzusu" partiyasının təsisçisi Bidzina İvanişvili 2,7 milyard dollarlıq sərvəti ilə 1543-cü yerdədir ki, və son 1 ildə mövqeyi dəyişməz qalıb. Əvvəllər Forbes jurnalı onun 2025-ci ilə qədər sərvətini 4,9 milyard dollar olaraq qiymətləndirirdi, lakin nəşr aktivlərin şəffaflığının azalması səbəbindən qiymətləndirmələrini yenidən nəzərdən keçirib.

Lomtadzenin əsas kapital mənbəyi Qazaxıstanın "Kaspi.kz" fintech holdinqidir və o, burada səhmdar, idarə heyətinin sədri və direktorlar şurasının üzvü vəzifələrini tutur. Kaspi.kz rəqəmsal bank, ödəniş platforması, mobil maliyyə xidmətləri sistemi, kreditləşmə, depozit məhsulları və elektron ticarət bazarını əhatə edir.

Bundan başqa, Lomtazde İngiltərənin "Wycombe Wanderers" futbol klubuna, Azərbaycanda isə  sahibdir və Qazaxıstanda idman layihələrini, o cümlədən futbol akademiyalarının yaradılmasını dəstəkləyir. Qazaxıstanda yaşayıb biznes aparsa da, Forbes vətəndaşlığına görə onu gürcü kimi təsnif edir.

Lomtadzenin aparıcı Azərbaycan elan saytları olan "turbo.az", "tap.az", "boss.az" və "bina.az"-ı satın alma tarixi məlum deyil. Lakin saytlara sahib olan "DIGITAL CLASSIFIEDS" MMC 16 avqust 2021-ci ildə dövlət reyestrində qeydiyyata alınıb. MMC-nin nizamnamə kapitalı 50.000 manatdır və hüquqi ünvanı Nəsimi rayonu, Rəsul Rza küçəsi, 75-dir. Şirkətin qanuni nümayəndəsi Gürcüstan vətəndaşı Mamuka Krivalidzedir.(Modern.az)

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Mart 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri