Azərbaycanda 800 dən artıq məscid tikilib Eldar Əzizov
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəccüb və təəssüf doğurur".
Bunu Bakıvaxtı.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
Eldar Əzizov deyib ki, Azərbaycan dövlətinin İslama və ümumiyyətlə, dini irsə münasibətini müzakirə edərkən ayrı-ayrı ifadələrə deyil, son yüzilliklərin konkret faktlarına əsaslanmaq vacibdir: "Ölkəmizdə heç bir tarixi dövrdə, heç bir ictimai-siyasi sistemdə Ulu öndər Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyevin dövründə olduğu qədər çoxlu sayda məscid tikilib, bərpa edilməyib.
Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəccüb və təəssüf doğurur. Faktlar öz sözünü deyir. Prezident İlham Əliyev dini abidələrin qorunmasına və bərpasına, məscidlərin tarixi və mənəvi əhəmiyyətinin bərpasına xüsusi diqqət yetirir. Belə ki, 2003-cü ildən bəri Azərbaycanda 800-dən artıq məscid tikilib, təmir edilib və ya yenidən qurulub.
Burada Qarabağ nümunəsini xüsusilə qeyd etmək olar. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra məscidlərin və digər dini abidələrin bərpası prioritet istiqamətə çevrilib. Dövlət başçısı şəxsən bərpa olunmuş müqəddəs yerləri ziyarət edərək, ölkədə islami və mənəvi irsin qorunmasının vacibliyini vurğulayıb. Bu danılmaz faktdır".
Baxış sayı:100
Bu xəbər 14 Oktyabr 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















