Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Azərbaycanda ad seçimi: valideynlər niyə milli adlardan uzaqlaşır? ARAŞDIRMA

Azərbaycanda ad seçimi: valideynlər niyə milli adlardan uzaqlaşır? ARAŞDIRMA

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin ilk üç ayı üzrə yeni doğulan uşaqlara qoyulmuş adların statistikası cəmiyyətdə maraqlı bir tendensiyanı yenidən gündəmə gətirib.

Ədliyyə Nazirliyinin Teleqraf İnformasiya Agentliyinin sorğusuna cavabında açıqlanan siyahı göstərir ki, valideynlər daha çox ərəb, türk və Avropa mənşəli adlara üstünlük verirlər.

Oğlanlara ən çox Uğur, Raul, Hüseyn, Əli, Miran, Yusif, Ömər, Murad, Fateh, Tunar, qızlara isə Məryəm, Melisa, Nilay, Zəhra, Alisa, İnci, Zeynəb, Ayla, Fatimə adları verilib.

Məlum olduğu kimi, şəxs adları təkcə fərdi identifikasiya faktı deyil, həm də milli kimlik, dövlət mənsubiyyəti deməkdir. Bu siyahı sadəcə statistika sayılmır, həm də cəmiyyətin zövqünün, identitet axtarışının və mədəni transformasiyasının göstəricisidir. Bu baxımdan uşaqlara ad verilməsinə diqqətlə yanaşmaq lazımdır.

Üç istiqamətli meyl

Müşahidələr göstərir ki, ad seçimində üç əsas istiqamət formalaşıb: ərəb, türk və Avropa təsiri.

Hüseyn, Əli, Yusif, Ömər, Zəhra, Fatimə kimi adlar əsrlərdir istifadə olunur. Bu adların populyarlığına səbəb İslam dini ilə bağlılıq, Peyğəmbər və dini şəxsiyyətlərin adları, “mənəvi dəyər” və “bərəkət” inancı ilə bağlıdır. Valideynlər bu adları seçərkən yalnız estetikaya deyil, mənəvi yükə də önəm verirlər.

Qloballaşma və trend effekti

Bəzi adlar isə ölkəmizdə daha çox türk serialları və medianın təsiri ilə geniş yayılıb. Sadə və müasir səslənmə insanları cəlb edir və bu adlar həm “milli”, həm də “qlobal” ad kimi qəbul edilir. Türk serialları və xarici filmlər Ece, Nilay, Miran, Melisa, Sofiya kimi adları trendə çevirir, nəticədə lokal adları kölgədə qoyur. Bəzi valideynlər Avropa adının daha prestijli olduğunu düşünür və yerli adları kifayət qədər “dəyərli” və ya “dəbli” hesab etmir.

Misal üçün, Raul, Melisa, Alisa kimi adlar daha çox sosial media və pop mədəniyyətin təsiri ilə genişlənir. Fərqli və modern görünmək istəyi, Qərb həyat tərzinə meyl, "övladım beynəlxalq mühitdə rahat qəbul olunsun" fikri bu adları daha da populyarlaşdırır.

Ən diqqət çəkən məqamsa klassik Azərbaycan adlarının siyahıda demək olar ki, olmamasıdır. Köhnəlik stereotipinin təsiri ilə bir çox valideynlər düşünür ki, “Səmayə”, “Bəxtiyar”, “Ənvər”, “Gülçöhrə” kimi adlar köhnə səslənir və müasir dövrə uyğun deyil.

Ad seçimi milli kimliyin bir hissəsi olmaqla yanaşı, gələcək nəsillərin mədəni yaddaşını da formalaşdırır. Bu baxımdan adlar dəyişdikcə, mədəni kodlar da dəyişir. Ad seçimi prosesində çox ciddi - milli adlarımızın tədricən unudulması riski var. Çünki bu, sadəcə dil və ya zövq deyil, bir daha qeyd edirik, kimlik məsələsidir.

Niyə milli adlar populyarlaşmır?

Xalq şairi Sabir Rüstəmxanlının fikrincə, bəzən valideynlər uşaqlara şüursuz şəkildə əcnəbi adlar qoyurlar: “Şüursuzluq özünü tanımamaq və öz keçmişini, öz tarixini bilməməkdir. Ədliyyə Nazirliyinin adlarla bağlı müəyyən siyahısı var. Bu adlar bütün vətəndaş aktlarının qeydiyyat idarələrində mövcuddur. Övladına doğum haqqında şəhadətnamə alarkən vətəndaşa deyilməlidir ki, yalnız azərbaycanlı adlar qoyula bilər, əcnəbi dildəki adlar qəbul olunmur. Bu, vətəndaşın hüququnu pozmaq deyil, dövlətin və xalqın hüququnu qorumaqdır”.

S.Rüstəmxanlı yazarların yeni adlar təqdim edib-etməməsi məsələsinə də aydınlıq gətirib: “Bu, təbii şəkildə gedən proses olmalıdır. Azərbaycan yazıçıları cəmiyyətə adlar təklif edirlər. Bəzilərinə heç yeni ad da demək olmur. Vaxtilə belə bir prosesin önündə gedən böyük dramaturq Cəfər Cabbarlının təqdim etdiyi adların çoxu qədim türk kitablarında var. Ona görə də qədimdən gələn adların dirçəldilməsi və yenidən gündəmə gətirilməsi prosesi davam etdirilməlidir.

Yazıçılar yeni adlar yaradırlar. Düşünürəm ki, tədricən onlar da məşhurlaşacaq. Bundan ötrü gərək ədəbi əsərlər oxunsun, populyarlaşsın.

Adla yanaşı soyad məsələsinə də diqqət çəkmək istəyərdim. Valideynə izah olunmalıdır ki, soyaddakı "ov" və "ev" şəkilçiləri dəyişdirilə və milliləşdirilə bilər. Sovet-rus soyad sonluğundan qopmaq gərəkdir”.

"Övladlarımıza verdiyimiz adlara ciddi yanaşmalıyıq"

AMEA Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyevanın sözlərinə görə, insan adlarına ciddi yanaşmaq lazımdır:

"Hər bir fərd müəyyən yaşa çatıb özünü dərk edəndə adı ilə bağlı xoşagəlməzliklə qarşılaşarsa, psixoloji travma ala bilər. Hər bir şəxs öz adını eşidəndə rahatlıq hiss etməlidir.

Statistik göstəricilərə əsasən, insan 15-18 yaşına çatanda öz adının mənası ilə maraqlanır. Nəzərə almalıyıq ki, ad bir insanın şəxsiyyətini formalaşdıra bilər. Fikrimcə, valideynlər övladlarına daha çox qəhrəman adları qoymağa çalışmalıdırlar. Bizim qəhrəmanlıq və sevgi dastanlarımızda çox gözəl antrotoponimlərimiz var. Belə şəxs adlarına həmişə müraciət etməliyik.

Bir ara uşaqlara "Kitabi-Dədə Qorqud" dastanından, Cəfər Cabbarlının əsərlərindən adlar qoyulurdu. Bir dövrdə isə daha çox dini adlar populyarlıq qazandı. Ailələrdə gecikən övladlara dini ad qoymağı xoşlayırlar. İndiki dövrdə isə serialların, mahnıların təsiri ilə, eləcə də qloballaşan dünyada xalqların ünsiyyət prosesi və mədəniyyətlərin qarşılıqlı əlaqəsi nəticəsində əcnəbi adların qoyulmasının daha çox şahidi oluruq. Onlar arasında uğurlu olanı da var, uğursuz olanı da".

Sevinc Əliyeva hesab edir ki, Azərbaycan mənşəli adlara üstünlük verilməlidir: "Bizim çox gözəl dastan və tarixi abidələrimiz var. Ad qoyarkən anlara müraciət edilsin. Uşaqlara türk dastanlarında olan qəhrəmanların adlarını vermək məsləhətdir. Türk dünyasına məxsus çox gözəl adlar var".

Həmsöhbətimizin fikrincə, milli adların təbliğində şair və yazıçıların əsərləri mühüm rol oynayır: "Əsər müəllifləri qəhrəmanlara elə ad qoymalıdırlar ki, bu, minlərlə oxucu üçün bir fürsət olsun. Ailələr doğulan uşaqlara həmin qəhrəmanın adını verməyi arzulasınlar".

Professorun sözlərinə görə, Azərbaycanın uzun illərə söykənən zəngin adqoyma ənənəsi var: "Fikrimcə, bu prosesə yenidən təkan vermək lazımdır. Adlardan ibarət kitabçalar tərtib olunmalıdır ki, valideynlərdə maraq yaratsın. Televiziya verilişlərində, radiolarda, sosial mediada maarrifləndirmə məqsədilə müzakirələr keçirilməlidir.

Mən, ümumiyyətlə, Azərbaycan və türk mənşəli adlardan başqa demək olar ki, digər adların çoxuna etiraz edirəm və münasibətimi bildirirəm. Müəyyən ərəb və fars adları var ki, əsrlər boyu onlara öyrəşmişik. Onlaradan müəyyən uğurlu olanları qəbul etmək mümkündür. Amma bu gün ruslar və rus dili vasitəsi ilə Avropadan gəlmə adların təsirini daha çox hiss edirik. Belə adların uşaqlara verilməsini uğursuz hesab edir, təəssüflə qarşılayıram".

"Serial qəhrəmanının adı gələcəkdə uşağa problem yarada bilər"

Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, ümumi şüur səviyyəsində müəyyən eniş müşahidə olunduğuna görə tamamilə fərqli və ənənədən uzaq adların qoyulması müşahidə edilir:

“Xarici və türk seriallarından təsirlənərək uşaqlara həmin obrazların adlarının verilməsi geniş yayılıb. Nəticədə qarışıq bir vəziyyət yaranır. Hazırda bu məsələ cəmiyyət tərəfindən birmənalı qarşılanmır, hesab edirəm ki, uşaqlara ad qoyulması ilə bağlı müəyyən bir sistem üzərində düşünmək lazımdır. Bu istiqamətdə maarifləndirmə və təbliğat işləri aparılmalıdır ki, insanlar ad seçiminə daha məsuliyyətlə yanaşsınlar.

Bəzi adlar var ki, onların mənası aydın deyil. Valideynlər hansısa seriala baxıb həmin adı uşağa qoyurlar, amma gələcəkdə övladı üçün müəyyən problemlər yarada bilərlər. Uşaq xüsusilə məktəb mühitində, yaşıdları arasında sıxıntı yaşaya bilər”.

"Adlarla bağlı vahid informasiya bazası yaradılsın"

Deputat hesab edir ki, bu sahədə vahid bir bazanın yaradılması və adların seçimi ilə bağlı müəyyən meyarların müəyyənləşdirilməsi vacibdir:

“Biz övladlarımıza milli adlar qoymaqla milli kimliyimizi qorumalıyıq. Məsələyə ümummilli maraqdan nəzər salanda görürük ki, xaricdən gələn adların artması gələcəkdə bizim üçün ciddi problemlər yarada bilər. Hesab edirəm ki, bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Hətta bizim dinimizdə belə tövsiyə var, uşaqlara ad qoyarkən diqqətli olun ki, gələcəkdə onların adları gülüş hədəfinə çevrilməsin. Çox təəssüf ki, milli adlardan istifadə getdikcə sıradan çıxır. Məsələ barədə ciddi düşünməli, prosesi ciddi təhlil etməliyik. Vəziyyət bu cür davam edərsə, Azərbaycan ənənələrinin dəyişməsinə şahid ola bilərik”.

Ceyhun Məmmədov insanların dini adlara üstünlük verməsini belə izah edib: “Peyğəmbər və imam adları tarixən bizdə formalaşmış adlardır. Bu adlardan uzun müddətdir Azərbaycanda istifadə olunur. Düşünürəm ki, burada narahatlığa əsas yoxdur. Məsələnin digər səbəbi isə kimdə dinə meyl artır və bu, adlara da təsir göstərir. Getdikcə Azərbaycanda dinə meylin açıq şəkildə gücləndiyini görürük”.

"Ad seçimi yalnız şəxsi zövq deyil"

Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, övladlara ad seçimi hər bir ailənin fərdi hüququ olmaqla yanaşı, eyni zamanda cəmiyyətin mədəni kimliyi ilə də sıx bağlı məsələdir.

Onun sözlərinə görə, qloballaşma şəraitində müxtəlif mədəniyyətlər arasında qarşılıqlı təsir təbii prosesdir və bu, ad seçimində də özünü göstərir:

"Bu meylə yalnız fərdi seçim prizmasından deyil, milli-mədəni kontekstdə də yanaşmaq zəruridir. Azərbaycan zəngin dil və mədəniyyət irsinə malik ölkədir. Tarixi, ədəbi və mənəvi dəyərlərimizdə formalaşmış adlar təkcə identifikasiya vasitəsi deyil, həm də milli kimliyimizin daşıyıcısıdır. Bu baxımdan, əcnəbi adlara həddindən artıq üstünlük verilməsi müəyyən mənada milli-mənəvi dəyərlərin arxa plana keçməsi kimi qiymətləndirilə bilər.

Xüsusilə bu adların mənası, fonetik uyğunluğu və Azərbaycan dilinin norma və prinsipləri ilə uzlaşması hər zaman nəzərə alınmalıdır. Digər tərəfdən, dövlət siyasəti səviyyəsində də adların qeydiyyatı zamanı müəyyən meyarların tətbiqi təsadüfi deyil. Məqsəd uşaqların gələcəkdə sosial mühitdə çətinliklərlə qarşılaşmasının qarşısını almaq, eyni zamanda milli dilin və kimliyin qorunmasını təmin etməkdir.

Bu yanaşma həm hüquqi, həm də mədəni baxımdan balanslı mövqe kimi qiymətləndirilə bilər. Ümumilikdə onu deyə bilərəm ki, valideynlərin seçim azadlığına hörmət edilməklə yanaşı, milli kimliyin, dilimizin saflığının və mədəni irsimizin qorunması prioritet olaraq qalmalıdır. Ad seçimi yalnız şəxsi zövq deyil, həm də gələcək nəsillərə ötürülən mənəvi mirasın bir hissəsi kimi dəyərləndirilməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Aprel 2026 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri