Icma.az
close
up
RU
Azərbaycanda nikahların sayı niyə azalıb? ARAŞDIRMA

Azərbaycanda nikahların sayı niyə azalıb? ARAŞDIRMA

Sonxeber.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda nikahların sayı niyə azalıb? ARAŞDIRMA

"Azərbaycanda bu ilin on ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 min 73 nikah və 17 min 907 boşanma halları qeydə alınıb" - bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb.

Bəs görəsən Azərbaycanda niyə nikahların sayı azalır?

Mövzu ilə bağlı sosioloq Lalə Mehralı Sonxeber.az – a açıqlama verib:

"Bu onu göstərir ki, hər 3 nikahdan 2-si boşanma ilə nəticələnib. Yəni əslində bu çox dəhşətlidir. Amma qarşıda bizi bunda da dəhşətli günlər gözləyir. Çünki proqnoz elə göstərir ki, boşanma ilə bağlı bu sürətli axın dayanmayacaq. Bu gün insanlar nikah bağlamaqdan imtina edir. Bu, əslində gözlənilən vəziyyət idi. Çünki, hazırki ailə insitutunda gedən aşınma gənclərin gözünü qorxudur. İnsanlar boş-boşuna evlənib, bir il sonra boşanıb ömür boyu aliment ödəmək fikrindən qorxurlar. Xüsusilə kişilər evlənməklə bağlı ciddi narahatlıq içindədirlər. Çünki ailə dağıldıqdan sonra hər iki tərəf mənəvi zərər görür. Amma maddi zərəri daha çox kişilər görür. Toy etmək, toya hazırlaşmaq prosesi kişilər üçün daha ağır keçir. Bu biraz mental dəyərlərdən, biraz kişilik fenomeninin qabarıq olmasından, aliment vermə ehtimallarında qaynaqlanır. Yəni, qısaca, maddi zərərə kişi tərəf uğrayır. Ona görə də evliliklə bağlı düşüncələrini dəfələrlə gözdən keçirirlər".

Psixoloq Aytən Ələkbərova hesab edir ki, gənclərin evliliyə meyilinin azalmasına səbəb onların məsuliyyətdən qaçmasıdır:

"Bu gün gənclərin evliliyə meylinin azalma səbəblərindən birincisi onların məsuliyyətdən qaçmasıdır. Digər tərəfdən isə öhdəlikləri yerinə yetirməkdən qorxurlar. Biz bu gün deyə bilmərik ki, sevgi yoxdur. Verməli olduğumuz sual budur ki, sevgi münasibətlərinin sonu niyə evliliklə nəticələnmir? Əsas səbəb odur ki, qızların həddindən artıq tələbləri var. "Mənim rəfiqəmin xınası filan yerdə keçirilib. Mən də istəyirəm", "Toyumda filan müğənni oxumayacaqsa evdə qalaram" və.s. Bu gün hətta sosial şəbəkədə gördüklərini təkrarlamaq üçün evlilik həyatına son qoyan cütlüklərimiz də var. Oğlanlarımız da onların istəklərinə yetə bilmir bəzən. "Toy etmək üçün istəklərini yerinə yetirsəm, kreditə girəcəm. Bunun özü də gələcəkdə ailəmizdə söz-söhbətə səbəb olacaq" deyirlər. Yəni, açıq-aşkar fikirlərini dedikləri halda bir-birlərini qəbul etməyi bacarmayanlar sözsüz ki, axırda evliliklərini bitirirlər və ya heç evlənmirlər".

Çiçək Sadatova


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:349
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 17 Dekabr 2024 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri