Icma.az
close
up
RU
Azərbaycanda AİB in dəstəyi ilə istilik təchizatı üzrə 1,1 mln. dollarlıq layihənin icrasına başlanılıb

Azərbaycanda AİB in dəstəyi ilə istilik təchizatı üzrə 1,1 mln. dollarlıq layihənin icrasına başlanılıb

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə Azərbaycanda “İstilik təchizatı sektorunun dekarbonizasiyası və bərpa olunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi” texniki yardım layihəsinin icrasına başlanılıb. AİB-nin Təmiz Enerji Fondu və Texniki Yardım Xüsusi Fondu tərəfindən maliyyələşdirilən layihənin dəyəri 1,1 milyon ABŞ dolları təşkil edir.

Gununsesi.info xəbər verir ki, layihənin əsas məqsədi istilik təchizatı sahəsində Milli Strategiyanın və “İstilik təchizatı haqqında” Qanunun icrasından irəli gələn normativ hüquqi sənədlərin layihələrinin hazırlanması, istilik sektorunun dekarbonizasiyası, mövcud isitmə sistemlərinin enerji səmərəliliyinin artırılması, tarif siyasətinin optimallaşdırılması, pilot layihə vasitəsilə bərpa olunan mənbələrdən istilik enerjisinin inteqrasiyasının təşviqi, “Azəristiliktəchizat” ASC-nin inkişaf strategiyasının hazırlanmasını əhatə edir.

Texniki yardım layihəsinin icrası məqsədilə məsləhətçinin cəlb edilməsi üçün AİB tərəfindən aparılmış seçim prosesi avqust ayında yekunlaşıb və “NİRAS” (Danimarka), “Integration Environment & Energy GMBH” (Almaniya) və “ENERGAZER” MMC (Azərbaycan) şirkətlərindən ibarət birgə müəssisə məsləhətçi kimi seçilib. Layihə çərçivəsində nəzərdə tutulan xidmətlərin 2027-ci ilin mart ayınadək tamamlanacağı planlaşdırılır.

Qeyd edək ki, layihənin icrası müddətində müvafiq texniki və təşkilati dəstəyin göstərilməsi Energetika Nazirliyi və “Azəristiliktəchizat” ASC tərəfindən həyata keçiriləcək.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Sentyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2009

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see230

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see188

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see153

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see148

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see140

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see137

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see136

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see136

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see135

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see128

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see127

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see127

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see126

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see125

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see122

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see122

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see122

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri