Azərbaycanda aktivləri ən gəlirli olan banklar
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda fəaliyyət göstərən bankların 2026-cı ilin III rübü üzrə Aktivlərin Gəlirliliyi (ROA) renkinqi məlum olub.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə bankların aktivlərin gəlirliliyi (Xalis mənfəət / Aktivlərin həcmi) göstəriciləri aşağıdakı kimi formalaşıb.
Siyahıya 2,75% ROA göstəricisi ilə Bank Melli İran Bakı filialı liderlik edir. İkinci pillədə 2,40% göstərici ilə AccessBank, üçüncü pillədə isə 2,19% ilə ABB (Azərbaycan Beynəlxalq Bankı) qərarlaşıb. Toyuqlu pizza
Liderlər dördlüyünü 2,13% göstərici ilə Kapital Bank tamamlayır. Yüksək ROA göstəricisi ilə diqqət çəkən digər banklar sırasına Bank VTB (Azərbaycan) (2,09%), Premium Bank (1,91%), Bank Respublika (1,89%), Bank of Baku (1,73%) və Bank Avrasiya (1,67%) daxildir.
Renkinqdə Expressbank 1,37%, PAŞA Bank 1,34%, Ziraat Bank Azərbaycan 1,30%, Unibank 1,12% və Yelo Bank 1,11% nəticə nümayiş etdirib.
Aktivlərin gəlirlilik əmsalı 1%-dən aşağı olan banklar isə Rabitabank (0,95%), Yapı Kredi Bank Azərbaycan (0,92%), Xalq Bank (0,85%), Azər Türk Bank (0,69%), eyni göstəriciyə malik ASB Bank (0,63%) və AFB Bank (0,63%), eləcə də siyahını 0,24% göstərici ilə tamamlayan TuranBank olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 22 Oktyabr 2026 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















