Icma.az
close
up
RU
Azərbaycanda atalar sözləri necə təhrif olunub?

Azərbaycanda atalar sözləri necə təhrif olunub?

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Azərbaycan dilində gündəlik danışıq zamanı işlədilən atalar sözlərindən bəzilərinin əsrlər ərzində ağızdan-ağıza keçərkən dəyişdiyi, ayrı-ayrı sözlərin unudulduğu və nəticədə ilkin mənanın təhrif olunduğu bildirilir.
Yeniavaz.com
xəbər verir ki, son günlər sosial şəbəkələrdə və müxtəlif dil müzakirələrində belə ifadələrin əsl forması ilə bağlı maraqlı versiyalar yayılır.
Onlardan bəzilərini təqdim edirik:
Səhv variant: “Su kiçiyin, yol böyüyün”
Əsli: “Yol böyüyün, suç (günah) kiçiyin”
İzahı: Əsrlər boyu kiçiklərin su gətirməsi bu səhv formaya əsaslandırılsa da, ifadənin su ilə heç bir əlaqəsi yoxdur. Qədim türkcədə “suç” günah deməkdir. Məna odur ki, böyük yol göstərməli, kiçik isə səhv (suç) edəndə bağışlanmalıdır. Zamanla “ç” samiti düşərək “su”ya çevrilib.
Səhv variant: “Eşşək nə bilir, zəfəran nədir”
Əsli: “Eşşək nə bilir, zər palan nədir”
İzahı: Atalar burada qızıl naxışlı, qiymətli (“zər”) palanın belə eşşək üçün adi yük altlığından fərqlənmədiyini, yəni nadan insanın dəyərli şeylərin qiymətini bilməyəcəyini vurğulayıblar.
Səhv variant: “Şərikli malın olunca, şərikli arvadın olsun”
Əsli: “Şərikli malın olunca, şərikli arvatın olsun”
İzahı: İlk baxışda mentalitetimizə tamamilə zidd görünən bu ifadədəki sirr sondakı “t” hərfindədir. Dialektlərimizdə və qədim dildə “arvat” – tərəzi daşı (çəki daşı) deməkdir. Atalar deyib ki, tərəzin, ölçün şərikli və ədalətli olsun, amma malın yox.
Səhv variant: “Gözələ baxmaq savabdır”
Əsli: “Gözəl baxmaq savabdır”
İzahı: Cəmiyyətdə xanımlara baxmaq üçün bəhanə edilən bu söz tamamilə təhrif olunub. Atalar hər hansı bir insana və ya əşyaya “gözəl niyyətlə”, saf və təmiz qəlblə baxmağın savab olduğunu vurğulayıblar.
Səhv variant: “Tələsən təndirə düşər”
Əsli: “Tələsən qəndilə (lövhəyə/işığı) dəyər”
İzahı: Burada qaranlıqda tələsik qaçan insanın divardan asılan qəndilə (çırağa) dəyəcəyi və ya hədəfə (lövhəyə) səhv tuş gələcəyi nəzərdə tutulur.
Səhv variant: “Şər deməsən, xeyir gəlməz”
Əsli: “Şər demə, sən, xeyir gələr”
İzahı: Biz çox vaxt pis variantı da nəzərə almaq mənasında “şər deməsən...” işlədirik. Halbuki atalar tam əksini – “Pis danışma (şər demə), sən yaxşı düşün ki, xeyir gəlsin” nəsihətini veriblər.
Səhv variant: “Anasına bax, qızını al, qırağına bax, bezini al”
Əsli: “Aslına bax, qızını al, qatına bax, bezini al”
İzahı: Buradakı “asıl” sözü kök, soy-kök, nəsil mənasını verir. Atalar təkcə bioloji ananı deyil, qızın gəldiyi ailənin soy-kökünü, əslini (mənşəyini, tərbiyəsini) əsas götürməyi nəsihət edirdilər.
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 29 Sentyabr 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see397

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see375

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see361

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see331

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see301

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see282

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see276

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see271

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see269

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see262

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see243

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see242

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see236

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see235

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see230

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see216

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see212

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see210

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri