Icma.az
close
up
RU
Menu

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xarici ticarət: ixrac və idxal azalır

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

Azərbaycanda avtomobil istehsalının “sirri” “Faktiki olaraq yığım həyata keçirilir...”

Azərbaycanda avtomobil istehsalının “sirri” “Faktiki olaraq yığım həyata keçirilir...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Toğrul Maşallı: “Avtobusun yerli istehsal sayılması üçün onun ölkəyə oturacaqsız, tutacaqsız və monitorsuz gətirilməsi kifayətdir”

“Biz doğrudan da əlavə dəyər yaradırıq, yoxsa sadəcə daha az rüsum ödəməklə idxalı ‘istehsal’ adı altında rəsmiləşdiririk?”

Dövlət Vergi Xidmətinin (DVX) Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov yerli avtomobil istehsalı ilə bağlı açıqlamasında bildirib ki, dövlətin həyata keçirdiyi proteksionist siyasət minik avtomobilləri üzrə istehsalın stimullaşdırılmasına, daxili bazarın qorunmasına və avtomobil istehsalında lokallaşdırmanın dəstəklənməsinə yönəlib.

İqtisadçı Toğrul Maşallı isə bu yanaşmanın real statistik göstəricilərlə nə dərəcədə uzlaşdığını sual altına alaraq, Azərbaycanda “yerli istehsal” kimi təqdim olunan prosesin mahiyyətinə diqqət çəkib.

Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycanda ən çox satılan avtomobil modeli “Chevrolet Cobalt” olub.

“Turbo.az və oxşar platformalara baxdıqda görmək mümkündür ki, satılan “Cobalt” avtomobillərinin böyük əksəriyyəti məhz 2024-cü il istehsalıdır. Bu isə həmin avtomobillərin istehsalçı ölkədən gətirildiyini göstərir”, – deyə Maşallı qeyd edib.

İqtisadçı bildirib ki, “Chevrolet Cobalt” avtomobilləri Özbəkistanda istehsal olunur və rəsmi statistikaya əsasən, təkcə 2024-cü ildə bu modeldən 164,8 min ədəd buraxılıb.

“Modellər üzrə baxdıqda ikinci yerdə 100 min ədəd istehsalla “Damas”, ondan sonra isə “Chevrolet Tracker” və “Chevrolet Onix” qərarlaşıb. Yəni Azərbaycanda satılan bu avtomobillər rəsmi statistikada Özbəkistandan idxal kimi əks olunmalıdır”, – deyə o, vurğulayıb.

Toğrul Maşallının sözlərinə görə, Dövlət Statistika Komitəsinin xarici ticarət məlumatlarına baxdıqda isə tam fərqli mənzərə ortaya çıxır: “Avtomobillərin idxal olunduğu 30-dan çox ölkə arasında Özbəkistanı çətinliklə tapmaq mümkündür. Rəsmi məlumata görə, 2024-cü ildə 870323 kodu ilə (mühərrik həcmi 1500–3000 kub sm olan minik avtomobilləri) cəmi 6 ədəd idxal qeydə alınıb”.

İqtisadçı bu uyğunsuzluğun səbəbini avtomobillərin Azərbaycanda istehsal edilməsində tətbiq olunan SKD (semi knocked down) – iri aqreqatların yığımı üsulu ilə izah edib.

“Azərbaycanda avtomobil, avtobus və ya yük maşınları istehsal edilmir, onlar burada yığılır. Yığım isə iki formada olur: xırda detallardan və ya iri aqreqatlardan. Xırda detallardan yığım daha mürəkkəbdir və həm logistika, həm də yerli detal istehsalı tələb edir. Azərbaycanda bu imkanlar hələ formalaşmayıb”, – deyə Maşallı bildirib.

Onun sözlərinə görə, bu sahədə real istehsalın qurulması uzun illər və böyük investisiyalar tələb edir: “Məsələn, Özbəkistanda avtomobil zavodu 1996-cı ildən fəaliyyət göstərir və yerli istehsal bu müddətdə mərhələli şəkildə inkişaf edib. Azərbaycanda isə qısa müddətdə nəticə göstərmək istəyi üstünlük təşkil edir”.

İqtisadçı qeyd edib ki, dövlətin 8 il müddətinə vergi və rüsum güzəştləri tətbiq etməsi də məhz iri aqreqatlarla yığımı stimullaşdırır: “Bu səbəbdən idxalı ƏDV-dən azad olunan siyahılarda ‘minik avtomobillərinin sənaye yığımı üçün komplekt kuzovlar’, ‘bamperlər və onların hissələri’ kimi məhsullar yer alır”.

Toğrul Maşallı bildirib ki, bu yanaşma “yerli istehsal” anlayışının formal xarakter almasına gətirib çıxarır:“Vergi Məcəlləsinə edilən əlavələrə əsasən, avtobusun yerli istehsal sayılması üçün onun ölkəyə oturacaqsız, tutacaqsız və monitorsuz gətirilməsi kifayətdir. Yəni faktiki olaraq bütöv avtobus idxal olunur, yalnız xırda əlavələr edilir və bu artıq yerli istehsal kimi rəsmiləşdirilir. Eyni yanaşma minik avtomobillərinə də tətbiq olunur”.

İqtisadçının diqqət çəkdiyi digər məqam isə statistik rəqəmlərdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2024-cü ildə Özbəkistandan Azərbaycana 3723 ədəd minik avtomobili üçün kuzov idxal olunub.

“2023–2025-ci illər ərzində (2025-ci il sentyabra qədər) bu rəqəm 7185 ədədə çatıb. Bu, DVX nümayəndəsinin ‘yerli istehsalın həcmi artıb və əlavə dəyər yaranır’ fikrinin əsaslandırılması kimi təqdim olunur. Amma kuzovların ölkəyə gətirilməsi hansı real əlavə dəyər yaradır – bu suala cavab verilmir”, – deyə Maşallı vurğulayıb.

İqtisadçı sonda SKD modelinin mahiyyətinə toxunaraq qeyd edib ki, beynəlxalq mənbələrdə bu üsulun əsas üstünlüyü hazır məhsullara tətbiq edilən yüksək gömrük rüsumlarından yayınmaq kimi izah olunur: “Bu halda sual yaranır: biz doğrudan da əlavə dəyər yaradırıq, yoxsa sadəcə daha az rüsum ödəməklə idxalı ‘istehsal’ adı altında rəsmiləşdiririk?”

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:35
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Dekabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see334

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see200

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see198

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see180

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see174

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see168

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see164

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see156

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see156

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see154

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see149

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see148

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see147

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see140

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see139

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see139

İran ayətullahı “anti Azərbaycan xoru”nda

24 Dekabr 2025 16:35see139

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see137

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see136

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri