Gəncə Dövlət Filarmoniyasının Həmrəyliyin rəngləri adlı sərgi açılıb FOTO
Icma.az bildirir, Milli.az portalına istinadən.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən regionlarda həyata keçirilən səyyar sərgilər layihəsi uğurla davam edir.
Layihə çərçivəsində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində "Həmrəyliyin rəngləri" adlı sərgi açılıb. Sərgi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunub.
Sərginin açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev və Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev çıxış edərək qarşıdan gələn həmrəylik bayramı ilə bağlı təbriklərini çatdırıb, sərginin əhəmiyyətini vurğulayıblar.
Sonra sərgi ilə tanışlıq olub. Məlumat verilib ki, sərginin ekspozisiyası iki əsas istiqaməti əhatə edir. Fotoqrafiya üzrə ekspozisiyada Azərbaycan Fotoqraflar Birliyinin üzvü olan peşəkar fotoqrafların əsərləri təqdim edilir. Fotolarda azərbaycançılıq ideyasının əsasını təşkil edən birlik, həmrəylik, xalqımızın multikultural və tolerant dəyərləri, həmçinin torpağa bağlılıq və milli qürur hissləri tərənnüm olunur.
Sərginin rəngkarlıq bölməsində isə rəssamların birlik və həmrəyliyi əks etdirən əsərləri yer alıb.
Tədbirin bədii hissəsində Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestri geniş konsert proqramı təqdim edib.
Sərgi və konsert proqramı ziyarətçilər tərəfindən maraqla qarşılanıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 26 Dekabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















