Çin Tayvana silah satışına görə ABŞ hərbi sənaye şirkətlərinə qarşı sanksiya tətbiq edib
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Çin ABŞ-ın Tayvana irihəcmli silah satışına cavab olaraq bir sıra Amerika hərbi-sənaye şirkətləri və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
APA xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rəsmi Pekinin açıqlamasına görə, ABŞ-ın bu addımı “vahid Çin” prinsipini və Çin–ABŞ birgə kommünikelərini ciddi şəkildə pozur, ölkənin daxili işlərinə müdaxilə edir və Çinin suverenliyi ilə ərazi bütövlüyünə zərbə vurur.
Qərara əsasən, “Northrop Grumman”, “Boeing”, “L3Harris Maritime Services” də daxil olmaqla 20 ABŞ hərbi-sənaye şirkətinin Çindəki bütün daşınar və daşınmaz əmlakı dondurulacaq. Çin ərazisində fəaliyyət göstərən təşkilat və fiziki şəxslərə bu şirkətlərlə istənilən əməkdaşlıq və əməliyyatlar qadağan edilib.
Bundan əlavə, 10 yüksək vəzifəli menecerə qarşı da sanksiyalar tətbiq olunub. Onların ölkə ərazisindəki aktivləri dondurulacaq, Çinlə hər hansı əməkdaşlıqları qadağan ediləcək, həmçinin Çinə girişlərinə icazə verilməyəcək.
Sanksiyalar Çin Xarici İşlər Nazirliyinin müvafiq fərmanı ilə bu gündən qüvvəyə minib.
Baxış sayı:90
Bu xəbər 26 Dekabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















