Icma.az
close
up
RU
Azərbaycanda balığa nəcis verilir? Dəhşətli iddia var

Azərbaycanda balığa nəcis verilir? Dəhşətli iddia var

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlərdə balıq təsərrüfatlarında yem xərclərini azaltmaq məqsədilə kanalizasiya tullantılarından istifadə edilməsi ilə bağlı yayılan iddialar cəmiyyətdə ciddi narahatlıq doğurub. 

İddialara görə, bəzi balıqçılıq təsərrüfatları yemə xərci az olsun deyə, insan nəcisindən balıqların qidalanmasında istifadə edirlər. Bu isə qida təhlükəsizliyi və insan sağlamlığı üçün böyük risklər yarada bilər.

Bəs bu hal insan sağlamlığı hansı risklər yarada bilər?

Mövzu  ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən qida üzrə ekspert Asim Vəli bildirib ki, çirklənmiş yemlə bəslənən balıqlar həmin mikroorqanizmləri öz orqanizmində daşıyaraq insanlara keçirə bilər:

“Balıqların yemlənməsində sərfiyyatı azaltmaq məqsədilə insan nəcisindən və kanalizasiya tullantılarından istifadəyə dair iddiala var. Təbii ki, bu məsələ həm qida təhlükəsizliyi, həm də insan sağlamlığı baxımından çox ciddi risklər daşıyır. Əslində balıqlar xüsusi hazırlanmış yemlərlə bəslənir.

Yemlər balığın böyüməsini, sağlam inkişafını təmin edən zülal, vitamin və minerallarla zəngindir. Balıq yemində tullantıların, əsasən də insan nəcisi və kanalizasiya qalıqlarının istifadə edilməsi həm ekoloji, həm də tibbi baxımdan çox təhlükəli haldır.

İstər insan nəcisində, istərsə də heyvan peyinində müxtəlif bakteriyalar, viruslar və parazit yumurtaları mövcud ola bilir. Çirklənmiş yemlə bəslənən balıqlar həmin mikroorqanizmləri öz orqanizmində daşıyaraq insanlara keçirə bilər. Bu halda qida zəhərlənmələri, bağırsaq infeksiyaları, hətta ağır xəstəliklər yarana bilər”.

Onun sözlərinə görə, bu cür halların geniş yayılması kütləvi qida zəhərlənmələrinə səbəb ola bilər:

“Kanalizasiya tullantılarında dərman qalıqları, antibiotiklər, ağır metallar, zəhərli birləşmələr ola bilər. Bu maddələr balıqların orqanizmində toplanaraq insan orqanizminə keçə bilər.

Uzunmüddət istifadə zamanı xərçəng, hormonal pozuntular, böyrək və qaraciyər xəstəlikləri kimi ciddi sağlamlıq problemləri meydana gələ bilər. Çirklənmiş yemlə bəslənən balıqların əti keyfiyyətini itirir, pis qoxu və dad yarana bilər.

Bu cür halların geniş yayılması kütləvi qida zəhərlənmələrinə səbəb ola bilər. Xüsusilə uşaqlar, hamilə qadınlar və yaşlı insanlar daha həssas olduqları üçün ciddi risk altına düşürlər”.

Ekspert bildirib ki, balıq məhsulları yoxlamalardan keçirildikdən sonra satışa buraxılmalıdır:

“Balıq təsərrüfatlarının fəaliyyəti mütəmadi dövlət qurumları tərəfindən yoxlanılır. Yemləmə prosesinə ciddi nəzarət edilir. Qeyri-qanuni üsullardan istifadə edən təsərrüfatlara qarşı sərt sanksiyalar tətbiq olunmalıdır. Balıq məhsulları yalnız baytarlıq və sanitar yoxlamadan keçdikdən sonra satışa buraxılmalıdır.

Məhsulların üzərində mənşəyi və istehsal şəraiti barədə dəqiq məlumat göstərilməlidir. Balıq təsərrüfatları beynəlxalq standartlara uyğun yemlərdən istifadə etməli, tullantıların istifadəsi qəti şəkildə qadağan olunmalıdır”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: balıq Asim Vəli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see444

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see299

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see233

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see217

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see215

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see211

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see210

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see201

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see190

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see188

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see188

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see187

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see169

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see168

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see167

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see166

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see165

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see163

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see160

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri