Icma.az
close
up
RU
Azərbaycanda boşanmalar artır, doğumlar azalır Niyə çoxuşaqlılıqdan uzaqlaşırıq?

Azərbaycanda boşanmalar artır, doğumlar azalır Niyə çoxuşaqlılıqdan uzaqlaşırıq?

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Azərbaycanda boşanmaların sayı ildən-ilə artır, bununla bərabər uşaq doğumlarının, eləcə də çoxuşaqlılığın sayı azalır. Təkcə ötən ilin statistikasına əsasən ölkədə 44996 nikah və 18832 boşanma olub. Eləcə də, 96062 uşaq doğumu qeydə alınıb. Qeyd edək ki, 2024-cü ildə doğulan uşaqların sayı 102961 idi.

Bəs görəsən, müasir, gənc ailələrdə çoxuşaqlılığa marağın olmamasının, həmçinin doğum saylarının ildən-ilə azalmasının səbəbi nədir? Çoxuşaqlılığın təşviqi üçün hansı addımlar atılmalıdır?

Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı Lent.az-a açıqlamasında bildirib ki, çoxuşaqlılıq cəmiyyət üçün dəyərli, hörmətli və nümunəvi həyat tərzi kimi təqdim edilməlidir:

“Ailə Azərbaycan cəmiyyətinin əsas dayağıdır. Dövlət siyasətinin mərkəzində məhz sağlam, güclü ailə modelinin formalaşdırılması dayanır. Son illər bu istiqamətdə bir neçə mühüm proqram və mexanizm həyata keçirilir. Gənc ailələrin mənzil təminatı, sosial ipoteka layihələri, doğum və uşağa qulluq müavinətləri, aztəminatlı ailələrə ünvanlı sosial yardım proqramları, qadınların məşğulluğunun artırılması və sosial müdafiəsinin gücləndirilməsi ailə institutunun möhkəmlənməsinə xidmət edən əsas addımlardır. Eyni zamanda ailə dəyərlərinin qorunması, valideyn məsuliyyətinin gücləndirilməsi və uşaqların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə proqramları da xüsusi əhəmiyyət daşıyır.

Gənc ailələrdə çoxuşaqlılığa marağın azalması və doğum səviyyəsinin aşağı düşməsi yalnız Azərbaycanda deyil, bir çox dövlətlərdə, xüsusilə qonşu Rusiya və Avropa məkanında müşahidə olunan tendensiyadır. Gənclərin karyera qurmaq istəyi, həyat tərzinin dəyişməsi, məsuliyyət yükünün artması kimi amillər ailə planlamasına təsir edir. Bundan əlavə, informasiya mühitində ailə və valideynlik anlayışının bəzən arxa plana keçirilməsi də bu prosesdə rol oynayır.

Hesab edirəm ki, bu məsələ kompleks yanaşma ilə həll olunmalıdır. Çoxuşaqlılıq cəmiyyət üçün dəyərli, hörmətli və nümunəvi həyat tərzi kimi təqdim edilməlidir. Bu, mental yanaşma səviyyəsində öz əksini tapmalıdır.

Dəstək mexanizmlərinə gəldikdə isə, ilk növbədə çoxuşaqlı ailələr üçün diferensial sosial paketlərin tətbiqi vacibdir. İşləyən analar üçün çevik iş qrafikləri və uşaq bağçalarına çıxışın genişləndirilməsi mühüm stimul ola bilər.

Eyni zamanda işəgötürənlər üçün çoxuşaqlı ailələrin valideynlərini işlə təmin etməyə təşviq mexanizmlərinin yaradılması, regionlarda uşaq infrastrukturlarının, uşaq bağçalarının  artırılması ailə yükünü əhəmiyyətli dərəcədə azalda bilər.

Digər mühüm məqam ailə dəyərlərinin təbliğidir. Ailə modeli cəmiyyətə güc mənbəyi kimi təqdim olunmalıdır. Uşaqlı ailə uğurlu gələcəyin, demoqrafik təhlükəsizliyin və milli davamlılığın əsas təminatıdır.

Məqsədimiz ailəni strateji dəyər kimi qorumaqdır. Güclü ailə güclü dövlət deməkdir. Çoxuşaqlılığın təşviqi sağlam, mənəvi cəhətdən dayanıqlı və gələcəyə inamla baxan cəmiyyət qurmaq üçün zəruri addımdır”.

Bəs görəsən, doğum səviyyəsində müşahidə olunan dəyişikliklər Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən necə qiymətləndirilir?

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Lent.az-a açıqlamasında qeyd edib ki, komitə tərəfindən ölkədəki doğum səviyyəsində müşahidə olunan dinamika mütəmadi olaraq təhlil edilir:

“Son illərdə doğum göstəricilərindəki dəyişikliklər həm də qlobal demoqrafik trendlərlə bağlıdır. Xüsusilə, ailə planlamasına yanaşmanın dəyişməsi, gənclərin fərdi karyera hədəflərinə üstünlük verməsi və nikah yaşının yüksəlməsi doğum sayına təsir edən əsas amillər kimi qiymətləndirilir.

Eyni zamanda müşahidə olunan azalma tendensiyası ailə qurma yaşının yüksəlməsi, iqtisadi gözləntilər, miqrasiya prosesləri, urbanizasiya, həmçinin gənc ailələrin sosial məsuliyyətlərə yanaşmasındakı dəyişikliklərlə əlaqələndirilir.

Komitə bu sahədə müvafiq dövlət qurumları ilə birgə ailənin möhkəmləndirilməsi, valideyn məsuliyyətinin təşviqi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə tədbirlərinin gücləndirilməsini prioritet hesab edir və bu istiqamətdə işlər aparılır.

Qeyd edim ki, ailələrin rifahının yüksəldilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Dövlət tərəfindən ailələr daim diqqətdə saxlanılır, sosial rifahın yüksəldilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və həssas ailə qruplarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Görülən tədbirlər ailə institutunun möhkəmləndirilməsinə, sağlam sosial mühitin formalaşmasına və dayanıqlı demoqrafik inkişafın təmin olunmasına xidmət edir”.

Boşanma hallarının artmasında psixoloji amillər nə dərəcədə rol oynayır? Əvvəlki dövrlərlə müqayisədə indi boşanmaların sayı niyə artır?

Peşəkar psixoloq Nizami Orucov Lent.az-a açıqlamasında qeyd edib ki, müasir ailələrdə ən çox rast gəlinən psixoloji problemlərin başında ünsiyyət çatışmazlığı dayanır:

“Tərəflər bir-birini eşitməkdə və hisslərini açıq ifadə etməkdə çətinlik çəkir. Emosional uzaqlaşma, qarşılıqlı gözləntilərin uyğun gəlməməsi, məsuliyyət bölgüsündə balansın pozulması və etimad problemləri də tez-tez müşahidə olunur. Bundan əlavə, stress, maddi çətinliklər və sosial şəbəkələrin münasibətlərə təsiri ailə daxilində gərginliyi daha da artırır”.

N.Orucov onu da qeyd edib ki, boşanma hallarının artmasında psixoloji amillər çox mühüm rol oynayır:

“Emosional yetkinliyin gec formalaşması, konfliktləri sağlam şəkildə həll edə bilməmək, keçmiş münasibət travmaları və ailədən gətirilən yanlış münasibət modelləri evlilikdə davamlı problemlərə səbəb olur. Bir çox hallarda insanlar evliliyə psixoloji hazırlıqsız daxil olur və ilk ciddi çətinlikdə münasibətdən çıxış yolu kimi ayrılığı görür.

Əvvəlki dövrlərlə müqayisədə boşanmaların artmasının bir neçə səbəbi var. Bu, təkcə insanların bir-birinə dözümünün azalması ilə bağlı deyil. Müasir dövrdə fərdi azadlıq, özünüreallaşdırma və psixoloji rifah daha çox ön plana çıxıb. Keçmişdə insanlar sosial qınaq, iqtisadi asılılıq və “ailə naminə səbr” düşüncəsi ilə problemlərə dözürdülər. İndi isə insanlar xoşbəxt olmadıqları münasibətdə qalmaq istəmirlər. Yəni boşanmaların artması bəzən dözümsüzlükdən yox, sağlam olmayan münasibətləri davam etdirməmək istəyi və azadlıq hissinin güclənməsi ilə əlaqəlidir”.

Evlilik və uşaq doğumu ilə bağlı ailə dəyərlərinə münasibət dəyişibmi?

Sosioloq Naib Niftəliyev Lent.az-a açıqlamasında qeyd edib ki, Azərbaycanda ailə dəyərlərinə münasibət dəyişib:

“Ailə dəyərlərinə münasibət dəyişib. Lakin onun zəiflədiyini itdiyini deyə bilmərik. Dəyərlər çox zaman sabit və dəyişməz olaraq qalır. Sosial şərait, mühit, insanların davranışı, eləcə də maddi əsaslar, iqtisadi motivlər dəyişdikdə, ailəyə olan münasibətin forması, strukturu dəyişir. Təbii ki, müəyyən geriləmə var, sadəcə buna dəyərlərin zəifləməsi kimi baxmamalıyıq. Bu, insanların dəyərlərə münasibətdə stereotiplərdən kənar davranaraq, öz dəyərini sərbəst şəkildə müəyyənləşdirməsi ilə bağlıdır. Fərdiyyətçilik artdığı üçün ailə insanların şəxsi iddialarının, ambisayalarının, eləcə də şəxsi azadlığın fonunda qalır.

Çoxuşaqlılıq isə şəxsi seçim məsələsidir. Ailə planlaması olan yerdə müəyyən mənada çoxuşaqlılıqdan söhbət gedə bilməz. Digər tərəfdən isə uşaq pulunun verilməməsi, maddi imkanların məhdudluğu, iş stressi də bu məsələdə rol oynayır. Demoqrafik azalma qlobal tendensiyanın təzahürünün nəticəsidir. Ölkədə təkcə uşaq doğumlarının sayı azalmır, bəzi hallarda ölümlərin sayının artması da müşahidə olunur. Boşanmaların sayında baş verən artım məsələni bir qədər mürəkkəbləşdirir və ailə irsinin gələcəyini müəyyən risklər altına alır".

Yazı Medianın İnkişafı Agentliyinin “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda dərc edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 Yanvar 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri