Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda əhalinin hər 1000 nəfərinə 1,9 boşanma düşüb.
Milli.Az Modern.az-a istinadla xəbər verir ki, ölkə üzrə ən yüksək boşanma göstəricisi Xocalı rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə 4,9 boşanma düşüb.
Naftalan şəhərində bu göstərici 4, Bakının Yasamal rayonunda 3,6, Qaradağ və Qubadlı rayonlarında 3,3, Xətai rayonu və Şirvan şəhərində 3,1, Nərimanov rayonu ilə Zəngilanda 3 olub.
İqtisadi rayonlar arasında boşanma səviyyəsi Şərqi Zəngəzurda daha yüksək olub. Burada hər 1000 nəfərə 2,5 boşanma düşüb. Bakı şəhərində göstərici 2,4, Qarabağ iqtisadi rayonunda 2,3, Naxçıvan iqtisadi rayonunda isə 2,2 təşkil edib.
Ən aşağı boşanma göstəricisi Qobustan rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərinə 0,7 boşanma düşüb. Yardımlıda göstərici 0,9, Cəlilabad və Qax rayonlarında 1, Biləsuvarda 1,2 olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 19 Avqust 2026 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















