Icma.az
close
up
RU
Azərbaycanda brend yaradıb dünya bazarına çıxarmaq asandı?

Azərbaycanda brend yaradıb dünya bazarına çıxarmaq asandı?

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkənin bəzi tanınmış brendlərinin toplandığı Milli Brendlərin Pərakəndə zirvəsi həm də ölkədə biznes mühitinin inkişafına dair müxtəlif sualların maraqlı cavabları ilə yadda qaldı.

Qeyd edək ki, milli brendlərin yaradılması, inkişafı, dünya bazarına çıxışının təmin edilməsi təkcə kiçik və orta sahibkarlığın inkişaf göstəricisi sayılmır.

Bu eyni zamanda, böyük markaların hökmranlıq etdiyi və inhisarlaşma mühitində öz imkanları və resursları ilə biznes sahəsində öz yerini qurmağa çalışan orta təbəqənin ayaqda qalmaq istəyi və iqtisadi mübarizəsidi. Pərakəndə sektorun inkişaf imkanları da milli brendlərə hər zaman dəstək olmaya bilər. Milli brend məhsullar əksər hallarda geniş istehsala malik deyil və pərakəndə bazarının tələbinə uyğunlaşmır. Kiçik, butik məzmunlu, məhdud və bəzən konseptual mahiyyət daşıyan yerli brendlər və markalar böyük iqtisadi çağırışlar dövründə çox geridə qalır. 

Bəs yerli brendlərimizin bu baxımdan hansı potensialı var? Onlar biznes mühitində liderlik edə bilirmi və ya hansı strateji baxışlara malikdi? 

Bəzi brend sahiblərinin, xüsusilə də gənc biznesmenlərin uğur hekayələri əksər hallarda inandırıcı görünmür.

Böyük biznesə gedən yol həqiqətən bu qədər asanmı? 

Mia.az saytının əməkdaşı bununla bağlı “YelloAd”, “Meta4Fashion” şirkətlərinin yaradıcısı Namiq Bayramovla söhbət edib:

- Milli brendlərin forumundakı çıxışınızda səmimi notlar vardı, düşünürəm, sualıma da səmimi cavab ala bilərəm. Azərbaycanda hazırda biznes mühitində sıfırdan başlayaraq bəlli bir yerə gəlib çatmaq olurmu həqiqətən? Siz bunu özünüz bacarmısınızmı? Heç bir dəstək, təkan, arxanızda bir güc olmadan? Panel müzakirədə sizə qulaq asanda məndə belə təsəvvür yarandı ki, istənilən bir gənc, cibində bir az pulu varsa, brend yarada bilər və onu sonra dünya bazarına çıxarar. Azərbaycanda inhisarlaşan bir biznes mühitində buna necə nail olmaq olar? Sizcə, bir az nağıl kimi səslənmirmi? Özünüz dünya bazarına necə çıxmısınız, bilmək olar?

- Çox gözəl sualdı, təşəkkür edirəm. Azərbaycanda dövlətin yuxarı instansiyaları tərəfindən nə qədər münbit şərait yaradılıb müvafiq qərar və sərəncamlar verilsə də, orta və aşağı səviyyədə olan və türklər demişkən, “qalınkafa” insanlar və sovet dövründənqalma düşüncə ilə yaşayan məmurlar üzündən biznes mühiti üçün yaradılan imkanlar öz ünvanına çatmır. Bu, xüsusilə kiçik və orta biznesə aiddi. 

Bizim şirkətimiz “YelloAd” artıq 14 ildi bazardadı və bir çox tanınmış markalara xidmət göstərir. Əgər 14 illik bir mövcudluğumuz varsa, deməli ayaqda qalmağı bacarırıq. Amma bu heç də asan başa gəlməyib. Mən Azərbaycanda “marketinq” peşəsinə yiyələnən ilk diplomlu mütəxəssislərdənəm. 1997-ci ildə “marketinq” ixtisası üzrə ilk dəfə tələbə qəbulu həyata keçirilmişdi və mən həmin vaxtda oxuyub diplom almışdım. Universiteti bitirdiyim 2001-ci ildə ölkədə marketinq peşəsi üzrə əlidiplomlu çox az adam vardı. Mən onda sadəlövhcəsinə düşünürdüm ki, yəqin bütün şirkətlər qapıda məni gözləyir və elə qapıdan içəri girən kimi işə götürəcəklər. Magistraturaya qəbul olandan sonra 1-ci kursda əlimdə CV bütün Bakını, bütün şirkətləri piyada tək-tək dolaşdım. Bir ay ərzində 150 şirkətə CV payladım. Mən onda görürdüm ki, şirkətlərin dünyadan xəbəri olmayan mühafizəçiləri gözümün önündə həmin CV-ni necə cırıb zibil qutusuna atır. Dinə bilmirdim. İş yox, tanış yox. Dözməyə məcbur idin. Bu çətinliklərdən sonra marketoloq kimi nəhayət iş tapdım, 3 ay işlədim. Malın üstünə qiymət kağızı yapışdıraraq rəfə düzürdüm. Amma o 3 ayın təcrübəsi sonradan mənim biznes həyatımda çox böyük rolu oldu. Çünki reklam sahəsi insan psixiologiyasının, bədən dilinin öyrənilməsi ilə çox bağlıdı. 2015-ci ildən artıq marketinq fənni üzrə həm də tədrislə məşğulam və bu sahədə təcrübəmi tələbələrimlə bölüşürəm. 

Azərbaycanda biznes mühiti çox çətindi, sizinlə razıyam. Bu mühitdə ayaq üstə qalmağın da şərtləri var. Çox təəssüf ki, dövlətin bu sahədə attığı addımlardan hər kəs faydalana bilmir. Kaş ki, yuxarılarda biznes üçün yaradılan şərait aşağılara da gəlib çataydı. Dövlətin ayırdığı yardım yuxarıdan aşağıya gələnə qədər kaş ki, ortalarda itib batmayaydı. O zaman biz ölkədə tamamilə başqa bir büznes mühiti görərdik.

Zülfiyyə Mustafayeva
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://mia.az
archiveBu xəbər 10 İyun 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri