Azərbaycanda bu institutun binasını gəmiricilər basıb?
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Geologiya və Geofizika İnstitutu müəssisənin inzibati binasının və zirzəmilərinin gəmiricilərdən, xəstəlik yayan mikroorqanizmlərdən təmizlənməsi ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.
İqtisadiyyat.az xəbər verir ki, binanın və zirzəmilərinin gəmiricilərdən və xəstəlik yayan mikroorqanizmlərdən təmizlənmə işlərinin icrası "Azbüllur” MMC-yə həvalə edilib və onunla müqavilə bağlanılıb.
Müqaviləyə əsasən, şirkət təmizlənmə işlərini 3 000 manata icra edəcək.
Qeyd edək ki, Geologiya və Geofizika İnstitutu əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərib. 2022-ci ildən isə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. İnstitutun binası paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın yanında yerləşir. Müəssisənin binası zirzəmidən əlavə, 5 mərtəbədən ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 11 Yanvar 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















