Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

​Azərbaycanda bu institutut bərpa olunmalıdır Komitə sədrindən AÇIQLAMA

​Azərbaycanda bu institutut bərpa olunmalıdır Komitə sədrindən AÇIQLAMA

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycanda 2019-cu ildən fəaliyyətini dayandırmış Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun yenidən bərpa olunması təklif edilir.

"AzPolitika" "Trend"ə istinadla xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Bakıda keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İçməli su hövzələrində iqlim dəyişikliklərinin yaratdığı problemlər: Xəzər dənizi nümunəsi” mövzusunda paneldə çıxışı zamanı deyib.

Deputat bildirib ki, dünyada hidrometeoroloji proseslərin kəskinləşdiyi, iqlim dəyişkənliyinin artdığı və su ehtiyatlarının azaldığı bir dövrdə Azərbaycanda Xəzərin və ümumilikdə hidrometeoroloji proseslərin elmi tədqiqi xüsusi əhəmiyyət daşıyır.

“Bu məqsədlə 50 ildən çox fəaliyyət göstərmiş və 2019-cu ildən fəaliyyətini dayandırmış Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun yenidən bərpa olunmasını təklif edirəm. Hesab edirəm ki, belə bir elmi-tədqiqat qurumunun bərpası ölkəmizin ekoloji, su və iqlim təhlükəsizliyi baxımından mühüm addım olardı”, — deyə o qeyd edib.

S.Qurbanovun sözlərinə görə, iqlim dəyişmələri dünyanın müxtəlif su hövzələrində ciddi dəyişikliklər yaradır. Temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi, çay axınlarının zəifləməsi və buxarlanmanın artması su ehtiyatlarının vəziyyətinə birbaşa təsir göstərir.

O vurğulayıb ki, Xəzər dənizinin su səviyyəsinin aşağı düşməsi xüsusi narahatlıq doğurur. Suyun geri çəkilməsi sahil xəttinin dəyişməsinə, limanların və nəqliyyat infrastrukturunun fəaliyyətinə, sahilyanı ekosistemlərə və balıqçılıq təsərrüfatına təsir göstərir.

Deputat qeyd edib ki, Azərbaycanda da iqlim dəyişmələrinin təsirlərini göstərən mühüm göstəricilər mövcuddur: “2007–2025-ci illərdə Azərbaycanda orta çoxillik temperatur çoxillik normaya nisbətən 1,3 dərəcə artıb. Yalnız 2025-ci ildə artım 1,8 dərəcə təşkil edib. Son altı ildə ən yüksək temperatur 2021-ci ildə 44,2 dərəcə, 2025-ci ildə isə 42,9 dərəcə olub”.

S.Qurbanov bildirib ki, Xəzərin su səviyyəsinin gələcək dəyişməsi ilə bağlı elmi proqnozlar da xüsusi diqqət tələb edir. Onun sözlərinə görə, su səviyyəsinin azalması davam edərək dəniz səviyyəsindən mənfi 30 metrə çatarsa, Azərbaycan akvatoriyasında dənizin sahildən uzaqlaşması Nabran–Şabran zonasında 4–5 kilometr, Sanqaçal–Ələt zonasında 10–12 kilometr, Lənkəran–Astara zonasında isə 2–3 kilometr təşkil edə bilər.

“Bu rəqəmlər sadəcə coğrafi göstəricilər kimi qəbul edilməməlidir. Onların arxasında limanların gələcəyi, nəqliyyat marşrutları, sahilyanı yaşayış məntəqələri, ekosistemlər və iqtisadi fəaliyyət dayanır”, — deyə deputat əlavə edib.

O bildirib ki, Xəzərdə su səviyyəsinin, temperaturun, duzluluğun, kimyəvi tərkibin, biomüxtəlifliyin və sahil xəttinin dəyişməsinin davamlı monitorinqi gələcək qərarların əsasını təşkil etməlidir.

S.Qurbanov süni intellektin də ekoloji idarəetmənin yeni aləti kimi nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

“Bəzi intellekt bizə yalnız mövcud vəziyyəti görmək yox, onun mümkün inkişaf istiqamətlərini əvvəlcədən hesablamaq imkanı verə bilər. Bu isə dövlət siyasətində qabaqlayıcı qərarların qəbulunu gücləndirər”, — deyə o bildirib.

Deputat Xəzərin gələcəyi ilə bağlı Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan arasında regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini də qeyd edib.

O bildirib ki, Xəzərin ekoloji təhlükəsizliyi, biomüxtəlifliyin qorunması, çirklənmənin qarşısının alınması, su səviyyəsinin dəyişməsinin öyrənilməsi və sahilyanı ərazilərin davamlı inkişafı beş Xəzəryanı dövlətin ortaq məsuliyyətidir.

S.Qurbanovun sözlərinə görə, bu əməkdaşlığın mühüm hüquqi əsaslarından biri 2003-cü ildə imzalanan və 2006-cı ildə qüvvəyə minən Tehran Konvensiyasıdır. O, həmçinin Xəzər üzrə elmi tədqiqat və monitorinq fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Deputat 2024-cü ildə Bakıda keçirilən COP29 çərçivəsində Xəzəryanı dövlətlərin ekologiya və ətraf mühit üzrə nazirləri və yüksək vəzifəli nümayəndələri tərəfindən Xəzər dənizində su səviyyəsinin azalması ilə bağlı əməkdaşlığın gücləndirilməsinə dair Bəyannamənin qəbul edildiyini xatırladıb.


“Düşünürəm ki, növbəti mərhələdə daha konkret addımlara ehtiyac var. Biz Xəzərin gələcəyinə dair birgə fəaliyyət proqramlarının hazırlanmasına daha böyük diqqət yetirməliyik. Çünki ortaq təbiət ortaq məsuliyyət yaradır”, — deyə o əlavə edib.

S.Qurbanov qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonaları elan edilməsi ölkənin gələcək inkişaf modelində ekoloji yanaşmanın mühüm yer tutduğunu göstərir.

Deputatın sözlərinə görə, Xəzərin gələcəyinin qorunması üçün elmi tədqiqatlar, məsuliyyətli idarəçilik, müasir qanunvericilik, qabaqcıl texnologiyalar və regional əməkdaşlıq bir-biri ilə əlaqələndirilməlidir.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) ikinci günü keçirilir.

İkinci gündə əsas diqqət dayanıqlı şəhərlər, nəqliyyat, su ehtiyatları və kənd təsərrüfatı məsələlərinə yönəldilib.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Sentyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see357

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see331

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see299

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see273

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see261

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see251

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see246

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see242

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see229

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see224

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see223

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see215

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see212

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see200

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see194

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see183

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see178

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see177

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see169

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri